Фуат рясулов


Bəs büdcə necə hazırlanır?



Yüklə 4,2 Mb.
səhifə152/176
tarix01.01.2022
ölçüsü4,2 Mb.
#103376
növüDərs
1   ...   148   149   150   151   152   153   154   155   ...   176
Bəs büdcə necə hazırlanır?

Azərbaycan Respublikasının büdcə sisteminin tarixini xronoloji olaraq 3 dövrə bölmək olar. İlk büdcə quruculuğu prosesi 1918-20-ci illərdə fəaliyyət göstərmiş Demokratik Cümhuriyyətin dövrünə təsadüf edir. Sonradan keçmiş SSRİ-nin tərkibinə  qatılan "müttəfiq respublikamız" suverenliyi ilə yanaşı, büdcə müstəqilliyini də itirmişdi. Nəhayət, 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra  yenidən büdcə proqnozlaşdırılması və icrası məsələləri dövlətin iqtisadi siyasətinin başlıca alətlərindən birinə çevrilmiş və onun parlament müzakirəsi təşkil olunmuşdur.

Azərbaycan Respublikasında büdcə sisteminin təşkilinin, büdcələrin (dövlət və yerli) tərtibinin, təsdiqinin, icrasının və icrasına nəzarətin təşkilati, hüquqi və iqtisadi əsasları  "Büdcə  sistemi  haqqında"  Qanunla müəyyənləşdirilir. Bu qanunla büdcə ili də müəyyənləşdirilib.

Büdcə ili - büdcənin icrasının həyata keçirildiyi bir illik zaman müddətidir. Büdcə ilinin zaman çərçivələri ayrı-ayrı ölkələrdə fərqlidir. Məsələn, ABŞ-da maliyyə ili oktyabrın 1-dən başlayıb növbəti ilin sentyabrın 30-da, Böyük Britaniyada isə mayın 1-dən başlayıb növbəti il aprelin 30-da başa çatır. Əksər ölkələrdə, o cümlədən Azərbaycanda, büdcə ili yanvarın 1-dən başlayıb dekabrın 31-də başa çatır.


Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin