İ qtisadi fikir tarixindən
P
ol Samuelson (15 may 1915)
Orta məktəblər üçün 1948-ci ildə yazılmış ilk dərsliyin müəllifidir. «İqtisadiyyat: giriş kursu» adlanan bu dərslik 20-dən çox dilə tərcümə olunaraq, 15 nəşriyyat tərəfindən çap olunub.
Pol Samuelson 1915–ci ildə doğulub. Orta məktəbi əla qiymətlərlə bitirən Samuelson bakalavr təhsilini məşhur Çikaqo Universitetində, sonrakı təhsilini isə məşhurluqda ondan heç də geridə qalmayan Harvard Universitetində alıb və Massaçusets Texnologiya İnstitutunda dərs deyib.
O, etiraf edib ki, iqtisadçı olmağı sırf təsadüf ucbatından baş tutub, belə ki, Pol həmişə riyaziyyat və fizika ilə maraqlanıb və elmin bu sahələrinə daha çox aludə olub. Samuelson müəyyən edib ki, riyaziyyatın köməyi ilə iqtisadiyyatı, iqtisadi prosesləri daha rahat izah etmək olur, nəinki fizikanı.
Pol Samuelson müasir iqtisad elminin riyaziyyatlaşdırılmasına böyük töhfə verib və özünü müxtəlif spektrli elmi tədqiqatları ilə şöhrətləndirib.
O, 1970- ci ildə Nobel mükafatına layiq görülüb.
Xülasə
1
. İqtisadiyyat nadir resurslardan istifadə zamanı cəmiyyətin necə seçim etdiyini öyrənən elmdir.
2. Əhaliyə həddindən artıq lazım olan, iqtisadiyyatın istehsal edə biləcəyi bütün nemətlər (əmtəələr, xidmətlər) nadirdir.
3. İqtisadi resursları material (təbii və kapital) və əmək (iş qüvvəsi və sahibkarlıq qabiliyyəti) resursları kimi təsnifləşdirmək olar.
4. Resursların məhdudluüu hamını daimi olaraq seçim aparmaq məcburiyyətində qoyur.
Dostları ilə paylaş: |