İqtisadi sistemin tipləri
İnsanlar bu suallar üzərində düşündükləri vaxtdan etibarən dövlət quruculuğu zəruri olub. Bununla da onlar ictimai həyatın ideal planlarını hazırlamağa çalışıblar.
Belə layihələrdən ən məşhurunun müəllifi ingilis yazıçısı-fantast Tomas Mor olub. O, “Utopiya” adasında ideal dövlətin layihəsini təsvir edib. Bu ölkənin sakinləri bərabər imkanlara malikdirlər, nə bacarırlarsa onu edir, nə istəyirlərsə onu alırlar.
“Utopiya” sözü indiyə qədər də müxtəlif xalqların dillərində tamamilə real olmayan təklifi ifadə edən ümumi məfhuma çevrilmişdir.
Məhz utopik ideyaların əsasında 1917-ci ildə Rusiyada, sonralar isə digər sosialist ölkələrində ideal dövlət qurmaq məqsədilə xüsusi iqtisadi siyasət yeridilməyə başlandı. Bu dövlətlər iqtisadiyyatı xalq təsərrüfatı planları əsasında vahid mərkəzdən idarəetməyə cəhd göstərirdi.
Hər bir cəmiyyət iqtisadiyyatın üç başlıca sualını cavablandırmaq məqsədilə öz reseptini işləyib hazırlamışdır.
Cəmiyyətin bu üç sual üzərində qurulan iqtisadi sisteminin özü də üç tipə bölünür: bazar, inzibati - amirlik və ənənəvi.
Dostları ilə paylaş: |