P
D
P1 = 1500
P0 = 1000
Q1 = 170 Q0 = 200 Q
Şəkil 17. Qiymət üzrə elastikliyin qrafiki
İndi isə qrafik əsasında elastikliyi hesablayaq. Əgər başlanğıc qiymətə satılan malların miqdarını – 200 ədədi 100 faiz götürsək, onda miqdarın nisbi dəyişməsini tapmaq üçün 170 vahidin neçə faiz təşkil elədiyini müəyyənləşdirə bilərik. Bunun üçün tənasüb quraq.
Q0=200 100%
Q1=170 X
170 x 100%
Burdan X= ------------------------ = 85%
200
Belə olan halda Δ Q=100-85=15%
Oxşar qaydada qiymətin də nisbi dəyişməsini müəyyənləşdirək.
P 0 = 1000 100%
P 1 = 1500 x
Burdan X = 1500 x 100% = 150%
1000
Δ P = 100% - 150% = 50%
İndi isə alınmış göstəriciləri düsturdakı uyğun yerlərinə qoyaq.
15
Er = ------ = 0,3
50
Deməli, həmin məhsulun elastikliyinin 0,3 -ə bərabər olduğunu müəyyən etdik. Bu nə deməkdir?
Əgər, Er >1 olarsa, onda tələb elastikdir.
Əgər Er <1, olarsa, onda bu o deməkdir ki, tələb qeyri-elastikdir.Yox əgər Er=1 olarsa, onda buna vahid elastiklik deyilir ki, bu da belə izah olunur: qiymətin hər 1 % dəyişməsinin müqabilinə görə alınmış malların miqdarı 1% artır.
Deməli, bizim misalda qiymət üzrə tələb qeyri-elastikdir. Qiymət üzrə tələbin elastikliyini müəyyən etməyin digər metodu da mövcuddur. Bu üsul qiymət dəyişdikcə gəlirlərdə baş verənlərlə əlaqədardır.
Dostları ilə paylaş: |