Фуат рясулов


Məcmu gəlir qiymətin satılmış bütün mallara hasilini ifadə edir



Yüklə 4,2 Mb.
səhifə46/176
tarix01.01.2022
ölçüsü4,2 Mb.
#103376
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   176
Məcmu gəlir qiymətin satılmış bütün mallara hasilini ifadə edir.

Qiymət dəyişikliyi, məsələn bahalaşması iki effekt yaradır: Birincisi, qiymət effekti. Qiymət artdıqca məcmu gəlir çoxalır.



İkincisi, miqdar effekti. Alınmış malın miqdarı aşağı düşdükcə, məcmu gəlir də azalır. Qiymət və miqdar effekti bir-birinin əksinə işləyir.

Bu halları ayrı-ayrılıqda növbəti qrafiklərin köməyi ilə nəzərdən keçirək. Birinci halda təsəvvür edək ki, məcmu gəlirə münasibətdə qiymətin effekti miqdarınkından çoxdur. Bu vəziyyəti 18-ci qrafik təsvir edir. Bu zaman A məhsuluna qiymət üzrə tələb qeyri-elastikdir.



R


4

2





















































Tələb A
































































































Qiymətin


effekti























































D























Miqdar


effekti


























































2 6 10 Q

Şəkil 18. Qiymət effekti

R












































4

2

















































Tələb B

























































Qiymətin effekti


























































































D











Miqdarın effekti










































2 4 10 Q

Şəkil 19. Miqdar effekti
Əks halda məcmu gəlirə münasibətdə miqdarın effektinin qiymətindən çox olduğunu nəzərdən keçirsək (bax: şək.19) görərik ki, B məhsuluna qiymət üzrə tələb elastikdir.

Qiymətin və miqdarın effekti bir-birinə bərabər olanda isə qiymət üzrə tələb elastikliyi vahidə bərabər olur.

Gəlin qiymət və miqdarda baş verən dəyişikliklərin elastikliyə təsirini cədvəl şəklində müşahidə edək.

Cədvəl 8.


Qiymət

Məcmu gəlir

Tələbin elastikliyi





elastikdir





elastikdir





qeyri-elastikdir





qeyri-elastikdir

Burda  artır,  isə azalır.

Əgər qiymətin aşağı düşməsi məcmu gəlirin artmasına və ya qiymətin artımı məcmu gəlirin azalmasına gətirib çıxarırsa onda qiymət üzrə tələb elastikdir. (Er >1)

Əks halda qiymətin aşağı düşməsi məcmu gəlirin azalmasına və ya qiymətin artımı məcmu gəlirin artmasına gətirib çıxarırsa, onda qiymət üzrə tələb qeyri-elastikdir (Er <1)

(Er = 1)

Qiymət üzrə tələbin elastikliyi adətən aşağıdakı mallar üzrə müşahidə olunur:



  1. Dəb-dəbəli mallar (zinət əşyaları, ləl-cəvahirat, əntiq mallar)

  2. Ailənin büdcəsində əhəmiyyətli yer tutan mallar (televizor, mebel, avtomobil və s.)

  3. Asan əvəz edilə bilən mallar (ətin ayrıca növləri, meyvə-tərəvəz və s.)

Qiymət üzrə tələbə qeyri-elastik olan mallara isə aiddir:

  1. Ən zəruri mallar (dərman, ayaqqabı, elektrik avadanlıqları, telefon və s.)

  2. Ailə büdcəsində əhəmiyyətli yer tutmayan mallar (karandaş, diş pastası, xətkeş, pozan və s.)

  3. Çətin əvəz edilə bilən mallar (elektrik lampası, benzin, maraqlı konsertə bilet, çörək, duz, süd)


İ qtisadi fikir tarixindən





Alfred Marşall (1842-1924)
Gəncliyində Marşall riyaziyyat sahəsində fitri qabiliyyətə malik olub. Kembric Universitetini bitirdikdən sonra o riyaziyyat müəllimi işləyib və çox keçmədən iqtisadiyyatın problemlərini öyrənməyə başlayıb. O, bu zaman riyazi metodlardan aktiv istifadəyə üstünlük verib. İqtisadçılar tələb və təklif əyrisini öz tədqiqatlarında istifadə etməyinə görə məhz Marşala minnətdar olmalıdırlar.

Marşall ömrünün böyük hissəsini Kembric Universitetində «İqtisadi nəzəriyyə»nin tədrisinə həsr edib. Görkəmli iqtisadçının əsas elmi əsəri 1890-cı ildə nəşr olunmuş «İqtisadiyyat elminin prinsipləri» kitabıdır. Bu kitabda bazar iqtisadiyyatının başlıca qanunauyğunluqları təhlil olunur. Bu əsər müəllifin həyatı boyunca 8 dəfə təkrar nəşr olunub.

Marşalın tədqiqat sahələri arasında rəqabət şəraitində tələb və təklifin tarazlığını təmin edən qiymətin müəyyən olunması xüsusilə seçilir. Ümumiyyətlə tələb və təklif qanunauyğunluqları Marşalın əsas tədqiqat sahəsi hesab olunur.

Alfred Marşall müasir iqtisad elminin əsasını qoyanlardan biri sayılır.



Xülasə
1

. İqtisadiyyat sonsuz istəklərlə məhdud olan resursları necə uzlaşdırmağı öyrənən elmdir. Bu məqsədə nail olmaq üçün iqtisadiyyat üç suala cavab axtarır. 1) Hansı nemətləri istehsal etməli? 2) İstehsalı hansı texnologiyalarla necə təşkil etməli? 3) İstehsal olunmuş məhsulu kimlərə satmalı?

2. İqtisadi sistemləri üç tipə bölmək olar. bazar, inzibati-amirlik və ənənəvi. Ayrıca götürülmüş ölkədə mövcud olan iqtisadi sistem bu və ya digər proporsiyada bütün üç tipin cəhətlərini özündə əks etdirə bilər.

3. Tələb şkalası (və ya tələb əyrisi) bərabər şərtlər daxilində alıcının almaq istədiyi əmtəənin (və ya xidmətin) miqdarı və qiyməti arasındakı əlaqəni göstərir.

4. Təklif şkalası (və ya təklif əyrisi) bərabər şərtlər daxilində, istehsalçının satmaq istədiyi əmtəənin (və ya xidmətin) miqdarı və qiyməti arasındakı əlaqəni ifadə edir.

5. Tarazlıq qiyməti, tələbin ölçüsünün təklifin ölçüsü ilə tam uyğunluq təşkil etdiyi qiymətdir.

6. Qeyri-qiymət amillər

7. Elastiklik


Müzakirə üçün suallar


1. Müasir Azərbaycan iqtisadiyyatında ənənəvi, inzibati-amirlik və bazar iqtisadiyyatının elementlərini tapın.

2. İzah edin ki, tarazlıq qiyməti tələb və təklifin kəsişməsinə uyğun olur. İzah edin ki, bazarda qiymət həddindən artıq yüksək və ya aşağı olduqda iqtisadiyyatda nə baş verir.

3. İzah edin ki, nəyə görə aşağıdakılardan heç biri düzgün deyil.

a) Lənkəranda, uzun sürən şaxtalar limonun qiymətinin aşağı düşməsinə gətirib çıxarır.

b) «Coca-Cola»nın qiymətinin bahalaşması, qiymətində dəyişiklik baş verməsinə baxmayaraq «Fanta»ya tələbi aşağı salır.

4. İzah edin ki, nəyə görə tələb və təklifin dəyişikliyi aşağıdakı halların baş verməsinə gətirib çıxarır?

a) Tələbin artımı adətən qiymətin və tələbin ölçüsünün yüksəlməsinə;

b) Tələbin aşağı düşməsi adətən qiymət və tələbin ölçüsünün aşağı düşməsinə;

5. İzah edin ki, nəyə görə əvəzedicisi çətin tapılan mallara qiymət üzrə tələb qeyri-elastikdir

6 Təklifin artımı təklif əyrisini sağa sürüşdürür, nəticədə məhsulun qiyməti aşağı düşür və təklifin həcmi genişlənir


TEST




2.1. Tələb və təklif əyrisinin kəsişdiyi nöqtəyə nə deyilir:

a) qiymət

b) tarazlıq nöqtəsi

c) qiymət tarazlığı

d) tələb
2.2. Əgər tələb artarsa, onda mübadilə olunan malın qiyməti və miqdarında hansı dəyişiklik baş verir.

a) Qiymət dəyişmir miqdar dəyişmir

b) artır aşağı düşür

c) artır artır

d) aşağı düşür artır

e) aşağı düşür aşağı düşür


2.3. Portağalın təklif əyrisinin sağa hərəkət etməsinə hansı səbəblər şərait yaradıb.

a) Şaxtalar düşməsi portağal ağaclarının böyük əksəriyyətini sıradan çıxartmışdır

b) Bütün bazarlarda portağalın qiyməti bahalaşmışdır.

c) Portağalın maya dəyəri artmışdır.

d) Portağal yetişdirilən bütün rayonlarda yaxşı məhsul yığılmışdır.
2.4. Tələb qanunu bildirir ki:

a) Əgər malın keyfiyyəti əladırsa, alıcı onu yüksək qiymətə də almağa hazırdır.

b) Satıcı yüksək qiymətə aşağı qiymətlə müqayisədə daha çox mal təklif edir.

c) Alıcılar aşağı qiymətə yuxarı qiymətlə müqayisədə daha çox mal almağa meyllidirlər

d) Qiymət dəyişməsinin əmtəəyə olan tələbin ölçüsünə təsiri az olur
2.5. Qiymət qalxdığı halda tələbin ölçüsündə nə baş verir

a) tələb dəyişməyəcək

b) tələb təklifdən çox olacaq

c) tələb aşağı düşəcək

d) tələb artacaq
2.6. Kömürün qiyməti düşüb, eləcə də satılan malın miqdarı da azalıb.
Aşağıda verilən hadisələrdən hansı bu hala uyğundur (digər şərtlərin bərabərliyi şərti ilə)?

a) Neftin qiyməti düşüb

b) Şaxtaçıların maaşı xeyli qalxıb

c) Daha səmərəli şaxta avadanlığı quraşdırılıb

d) İstehlakçıların gəlirləri çoxalıb

e) Tələb qeyri-elastik olub.


2.7. Qiymət dəyişən zaman alınmış malların miqdarı sabit qalarsa, onda tələb haqqında nə demək olar

a) tarazlıqdadır.

b) qeyri-elastikdir.

c) doyma halındadır.

d) elastikdir.

2.8. Bir neçə məhsula tələb qeyri-elastikdirsə, onun başlıca səbəbi nədir

a) bu mallar ilkin tələbat məhsulu deyil

b) onun üçün əvəzləyici tapmaq çox çətindir

c) onlar nisbətən bahadır

d) istehlakçının ç\seçimi çoxdur
2.9. Marketinq tədqiqatının nəticəsinə görə, "Kəpəz" futbol komandasının iştirakı ilə keçirilən oyunlarda biletlərin qiyməti qalxarsa, hətta satılmış biletlərin sayı azalsa da belə, bilet satışından daxil olan ümumi gəlir artar. Bu zaman "Kəpəz"in oyunlarına biletin qiyməti üzrə tələbin elastikliyi haqqında nə demək olar.

a) Tələb elastikidir

b) Tələb qeyri-elastikdir

c) Tələb vahid elastikliyə malikdir

d) Tələb tamamilə qeyri-elastikdir

e) Tələb tamamilə elastikdir




Üçüncü fəsil
Bu fəsli oxuyarkən aşağıdakı
termin və anlayışlara diqqət yetirin:



  • Başlıca sosial məqsədlər




  • İqtisadi təfəkkür




  • Rəqabət və bazar




  • Bazarın dayanıqsızlıq halları




  • Dövlətin iqtisadiyyatda rolu

İqtisadiyyatda ayrıca şəxslərin, bir qrup insanların və ya hökumətin hərəkətinin bütövlükdə cəmiyyətin inkişafına təsiri xüsusi maraq doğuran məsələlərdən hesab olunur. Bu məsələyə münasibətdə bir sıra iqtisadçılar hesab edirlər ki, iqtisadiyyatın dövlət tənzimlənməsi sərbəst seçimi məhdudlaşdırdığına görə məqbul deyil.

Başqalarının mövqeyinə görə, dövlət siyasəti bir qrup insanlara sərbəstlik verməklə bazar iqtisadiyyatının yaratdığı imkanlardan daha yaxşı istifadəyə şərait yaradır.

Eyni məsələyə müxtəlif münasibətlərin bu cür fərqləndiyi zaman ilk növbədə söhbətin hansı azadlıqlardan getdiyini araşdırmaq tələb olunur. Müasir iqtisad elmində iqtisadi sistemlərin qarşısında duran başlıca sosial məqsədlər beş qrupa ayrılır:



- İqtisadi azadlıq

- İqtisadi səmərəlilik

- İqtisadi bərabərlik

- İqtisadi təhlükəsizlik

- Tam məşğulluq və qiymət sabitliyi

Gəlin sadalanan məqsədlər üzərində daha ətraflı dayanıb, onların mənasını başa düşməyə çalışaq.


İqtisadi azadlıq

İqtisadi azadlıq dedikdə bazar münasibətləri iştirakçılarının sərbəstliyi başa düşülür.

Daha doğrusu:



- istehlakçılar vəsaitlərini hara və necə xərcləməyi sərbəst surətdə və müstəqil olaraq həll edirlər;

- işçilər iş yerlərini sərbəst surətdə seçmək və dəyişmək imkanına malik olurlar;

- insanlar qazanclarının hansı hissəsini yığıma yönəltmək, nə qədərini hansısa işə qoymaq seçimində müstəqil hüquqa malikdirlər və s.

Haqqında bəhs etdiyimiz azadlıqlar insanların bir çoxuna öz-özlüyündə sanki belə də olmalıymış kimi görünə bilər. Lakin, unutmayaq ki, ölkəmizin çox da uzaq olmayan tarixində hökmranlıq etmiş inzibati-amirlik iqtisadiyyatında sadalanan azadlıqların heç biri yox idi.



İqtisadi səmərəlilik - bunu texniki səmərəliliklə qarışdırmayın. Gəlin, "kvadrat təkərlər" misalını yadımıza salaq. Xatirinizdədirsə biz məqsəd kimi texniki səmərəlilik məsələsini qarşıya qoymuşduq və bizdən az xərclə keyfiyyətli məhsul istehsal etmək tələb olunurdu. Lakin, istehlakçılar bu məhsula maraq göstərmədiyinə və dairəvi təkərlərə üstünlük verdiyinə görə kvadrat təkərlərin istehsalını iqtisadi baxımdan səmərəli hesab etmək olmaz.
İqtisadi bərabərlik

Kimin düzgün və ya yalan, eləcə də vicdanlı və ya vicdansız olduğunu dəqiq müəyyənləşdirmək çox çətindir. İnsanların düşüncəsində ədalət sözünə münasibətin özü də kəskin fərqlənir. Lakin iqtisadi sistemlərin fəaliyyətini qiymətləndirən zaman nə qədər insanın varlı və ya yoxsul yaşadığını tədqiq etmək mümkündür. Məsələn, hökumətin hansısa fəaliyyətinin nəticəsi olaraq bəzi məhsulların qiyməti dəyişə bilər: bir məhsulun qiyməti ucuzlaşdığına görə burda istehlakçılar, hansısa malın qiyməti bahalaşdığından isə istehsalçılar udurlar. Birinci məhsulun qiymətinin aşağı düşməsinə gətirib çıxaran qərara görə, istehsalçılar hökumətin fəaliyyətini ədalətsiz, istehlakçılar isə ədalətli hesab edirlər.

Adətən insanlar hökumətin siyasətinə biganə qalmır və hər bir fəaliyyətə münasibətdə istənilən insanın şəxsi mövqeyi formalaşır. Onları düşündürür ki, hökumətin yeritdiyi siyasət nə dərəcədə ədalətlidir.

Buna görə də biz iqtisadi bərabərlikdən danışarkən, ilk növbədə bilməliyik ki, söhbət gəlirlərin və sərvətlərin bölgüsündən gedir: bu bölgüdə kimisi uduzur və kimlər isə udur?

İmkanların və nəticələrin bərabərliyi iqtisadi bərabərliyi daha dəqiq müəyyənləşdirməyə şərait yaradır.
İqtisadi təhlükəsizlik

Bu çox vacib sosial məqsədlərdən sayılır. Burda məqsəd insanların istəklərinin iqtisadi risklərdən nə dərəcədə qorunmasına nail olmaqdan ibarətdir.

Soruşa bilərsiniz ki, "iqtisadi risk" nədir?

İqtisadi risklərə işsizlik, inflyasiya, yoxsulluq, müəssisələrin, bankların müflisləşməsi və sairə aid edilir. Əlbəttə ki, harda insanlar ömrü boyu vəsait yığır, orda risk aşağı düşür. Eyni zamanda dövlətin işsizliyə görə müavinəti, çoxuşaqlı ailələrə maliyyə köməkliyi, qaçqınlara maddi yardımı və sair də iqtisadi riski azaldır. Lakin, bəzən dövlət də elə vəziyyətdə olur ki, vətəndaşlarına lazımi səviyyədə sosial qayğı göstərə bilmir.


Tam məşüulluq qiymətlərin sabitliyi

"Tam məşğulluq" termini əsasən əhalinin məşğulluğuna aid edilir. Lakin bunu elə başa düşmək lazım deyil ki, bütün insanlar işləyir. Adətən əhalinin uşaqlardan, qocalardan ibarət təbəqəsi əmək qabiliyyəti olmayanlar hesab olunur. Mövcud qanunvericiliyimizə görə, 16 yaşdan yuxarı insanlar əmək qabiliyyətlilər sayılırlar. Lakin onların  arasında elələri də var ki, ümumiyyətlə işləmək istəmirlər! Bir çox dövlətlərdə işləmək istəməyənlər işsiz hesab olunmurlar. İşləməyi bacaran və işləmək istəyənlərinsə, bir hissəsi işləyir, digər hissəsi isə iş axtarır. Belə olan halda, məhz sonuncular işsiz sayılırlar.

Gerçək həyatda qiymətlərin sabitliyi az ehtimal olunur. Burda söhbət ondan gedir ki, qiymətlər həmişə az da olsa dəyişir, "üzür". Belə olan halda baş verən dəyişiklik, əhalinin həyat səviyyəsinə ciddi təsir göstərmir.

İqtisadi sistemlərin sosial məqsədləri mövzusundakı söhbətlərimizi başa çatdırarkən, onu da qeyd etməliyik ki, bütün bu məqsədlərə eyni zamanda çatmaq mümkün deyildir. Diqqət yetirdinizsə, bəzi məqsədlərə yönələn fəaliyyətlər hətta bir-birilə ziddiyyət təşkil edir. Əgər onlar eyni vaxtda tətbiq olunarsa, onda daha pis vəziyyət yarana bilər. Ona görə də bu fəaliyyətləri həmişə ölçüb-biçmək gərək olur. Belə olanda da biz tez-tez seçim  etmək məcburiyyətində qalırıq. İnanın ki, bu, asan deyildir!

Məsələn,  əgər minimum əmək haqqını birdən-birə bir neçə dəfə artırsaq, onda bəzi firmalar işçilərinin bir hissəsini işdən qovacaqlar. Nəticədə, kimlərsə işsiz qalacaq.

Və yaxud, fərz edək ki, atmosferin çirklənməsinin qarşısını almaq üçün hökumət bütün avtomobillərdə xüsusi təmizləyici qurğunun quraşdırılması barəsində qərar qəbul edir. Təbii ki, bu bizlər – avtomobilsiz vətəndaşlar üçün faydalı olacaq. Çünki, ekoloji baxımdan nisbətən təmiz hava udacağıq. Lakin, hökumətin bu qərarı avtomobillərin qiymətinin bahalaşmasına gətirib çıxaracaq. Bu isə avtomobil sahiblərinin narazılığına səbəb olacaq. Hər hansı bir iqtisadi məqsədlərə yönələcək qərar qəbul edərkən cəmiyyətin və konkret fərdin bundan nə qədər udacağından və itirəcəyindən çıxış etmək lazımdır. Bu isə, həmişə kompromis seçim tələb edir.


QƏRAR QƏBUL EDƏRKƏN ATILAN ADDIMLAR

Kompromiss seçim tələb olunan daha tənqidi düşünməyi və qərar qəbul etməyi bacarmaq üçün,  Sizlərə aşağıdakı ardıcıllığa əməl etməyi tövsiyə edirik:



1) Problem nədən ibarətdir? (Hansı qərarı qəbul etməyə cəhd göstərirsiniz?)

2) O, hansı alternativlərə malikdir?

3) Qiymətləndirmənin meyarı necədir? (Qərar qəbul etməklə hansı məqsədlərə nail  olmaq ümidindəsiniz?)

4) Bu meyarları vaciblik dərəcəsi üzrə düzün. (Hansı meyar daha vacibdir? Nisbətən az vacib olanı hansıdır? Meyarları uyğun nömrələrlə sıralayın).

5) Alternativləri qiymətləndirin.

6) Qərar qəbul edin (Alternativlərdən hansı biri ilk məqsədlərinizin yerinə yetirilməsinə daha çox uyğun gəlir? Hər bir alternativ qədər uduşa malikdir? Alternativlərdən hər birini qəbul edərkən sizdən  nəyi qurban vermək tələb olunur?).

İqtisadiyyat sizə bizim  hamımızın bildiyi, lakin bir çox hallarda lazımi səviyyədə izah etməkdə çətinlik çəkdiyimiz bəzi sirlərin açılmasını öyrənməyə kömək edir. Aşağıda təqdim olunan və hamını düşündürən suallara diqqət yetirək.



Nəyə görə ölkəmizin gələcəyi olan gənclər arasında işsizlik səviyyəsi daha yüksəkdir?

Nəyə görə boksçular, karateçilər və bu kimi başqa zədə  yetirən insanlar həmin zədəni müalicə edən həkimlərə nisbətən daha çox qazanc əldə edirlər?  

Nəyə görə respublikada istehsal müəssisələrinin böyük hissəsinin dayandığı və əhalinin işsiz qaldığı bir şəraitdə insanlar xaricdən gətirilmiş ərzaq, paltar və digər idxal malları almağa üstünlük verirlər? və s.

Mümkündür ki, insanın davranışının belə öyrənilməsi heç də  hamı üçün böyük maraq doğurmasın. Əgər, siz bütün insanlar üçün ümumi qəbul edilən prinsiplərdən istifadə etsəniz, öyrənmək istədiklərinizin böyük hissəsinin cavabını bu kitabdan tapacaqsınız. Bu prinsiplər insanların irqindən, dinindən, cinsindən, mədəniyyətindən, siyasi mənsubiyyətindən asılı deyildir. Siz mütləq bilməlisiniz ki, iqtisadiyyat yalnız pulu deyil, ilk növbədə - istehlakçıların davranışını öyrənir.



İqtisadiyyat - istehlakçıların davranışının təhlili qaydasıdır.

Əgər iqtisadi düşüncələrin prinsiplərini xatırlasaq görərik ki, əksər hallarda insanların davranışını əvvəlcədən müəyyənləşdirmək olur:



1. İnsanlar seçirlər! Resursların məhdudluğu insanları həm varlı və həm də yoxsul, həm böyük və həm də kiçik ölkələrdə seçməyə məcbur edir. Çünki adətən insanların tələbatları onların imkanlarını üstələyir.

2. İnsanların həyata keçirdikləri seçim həmişə xərclərlə bağlı olur! İnsanlar öz seçimləri haqqında  düşünmədən qərar qəbul etmirlər. Adətən, onlar öz seçimlərini edərkən müəyyən hesablama aparır. Bu zaman onlar hərdən intuitiv olaraq, bir çox hallarda isə hər bir alternativ üzrə gəlir və xərcləri nəzərdən keçirirlər.  

3. İnsanlar  stimullara müəyyən formada reaksiya verirlər. Müsbət stimullar iqtisadi fəaliyyətə kömək, mənfi stimullar isə mane olur. Stimullar heç də həmişə pul formasında  çıxış  etmir, ona insanların  mükafat kimi qəbul etdiyi hər bir şey aid oluna bilər.

4. İnsanlar iqtisadi sistemləri yaradır ki, o da fərdi seçim və stimulları hərəkətə gətirir. Qanun və qaydalar hər dəfə  dəyişərkən alternativlər çoxalır  və yaxud əksinə məhdudlaşır ki, bunun da nəticəsi olaraq stimullar dəyişir. Müxtəlif iqtisadi sistemlər iqtisadi fəaliyyətin ayrı-ayrı növlərini fərqli qaydada mükafatlandırır.

5. İnsanlar könüllü mübadilədən fayda əldə edirlər. Adətən, iki nəfər mübadilə edərkən onlardan hər biri nisbətən  az dəyərli nəyisə qurban verir ki, daha çox dəyərli bir şey ala bilsin. Mübadilə başa çatdıqdan sonra məlum olur ki, hər bir iştirakçı ayrı-ayrılıqda onlar üçün böyük dəyəri olan nə isə əldə edib. Deməli, mübadilə hər iki iştirakçı  və bütövlükdə iqtisadiyyat üçün əlavə dəyər (sərvət) yaradıb.

6. Seçim insanları özünü gələcəkdə büruzə verən məqsədlərə çatdırır. Məsələn: əgər məktəbli dərsinə hazırlaşmaq əvəzinə televizorda dedektiv filmə baxırsa, onda bu seçim özünü gələcəkdə hansısa qaydada göstərəcək. Mümkündür ki, şagird növbəti dərsdən qeyri-kafi qiymət alsın və yaxud, ola bilər ki, bir neçə ildən sonra şagirdin vaxtı ilə öyrənmədiyi məşğələ ona yaxşı iş tapmaqda mane olsun. Bu prinsipləri, həmçinin "qərar qəbulu addımları"nı öyrəndikdən sonra bir neçə "İqtisadi tapmacaya" cavab axtarmağa cəhd  edək.

1. Nəyə görə dünyada balinaların sayı az, toyuqların sayı isə çoxdur?

2. Nəyə görə  insanlar cəzalandırılacaqlarını bilə-bilə  yenə cinayət edirlər?

3. Nə  üçün Azərbaycan  Yaponiya ilə müqasiyədə daha çox təbii ehtiyatlara malik olduğu halda dünyanın kasıb ölkələri siyahısına salınır?

4. Nə üçün Bakıda sovet dövründə tikilmiş binaların xarici görünüşü və girişi səliqəsiz olduğu halda, mənzillərin içi təmiz və səliqəlidir?

Belə tapmacaların sayını çoxaltmaq olar. 1 və 4-cü tapmacanın cavabına açar rolunda «xüsusi mülkiyyət", 3-cü sualda "səmərəlilik" çıxış edir. Bəs ikinci sualın cavabı necədir?  Bildiyimiz kimi, insanlar özlərinin sonsuz istəkləri ilə məhdud imkanlarını uzlaşdıra bilmirlər.  Belələri cinayət etməyə qərar verərkən  hesab edirlər ki, onun uduşu cəzalanmaq şansından xeyli  dərəcədə çoxdur.



BAÇARIN DAYANIQSIÇLIQ HALLARI

Müasir iqtisadiyyatda müəyyən funksiyaları yerinə yetirmək məqsədilə bir çox qərarları "bazar" diktə edir. Adətən bazarın funksiyası 5 qrupa bölünür:



1. Qiymətqoyma;

2. İnformasiya;

3. Vasitəçilik;

4.  Tənzimləmə;

5. Sağlamlaşdırma.

Bu funksiyalar hansı əlamətlərinə görə fərqləndirilir və bazar onları  hansı formada həyata keçirir?



Qiymətqoyma. Tələb təklif qanununa müvafiq olaraq qiymət bazarda təyin olunur.

İnformasiya. Bazarda alıcılar yeni mal xidmətlərlə tanış olur, onların qiymətini istehlakçı xüsusiyyətlərini öyrənirlər. Eyni zamanda istehlakçılar hz bazardan bu ya digər mala olan tələb haqqında informasiya alırlar.

Vasitəçilik. Bazarda alıcı satıcı bir-birini tapır onlar kompromis əldə edirlər.

Tənzimləmə. Bazar bu ya digər mallara olan tələbat onların qiyməti haqqında informasiyalara malikdiir. Məhz bu informasiyalar əsasında istehsalçı bu ya digər malın buraxılışının  artırılması ya ixtisar edilməsi haqqında qərar qəbul  edir.

Sağlamlaşdırma - bu çox  vacib funksiyadır. Bu terminin mənası ondan ibarətdir ki, bazar "sanitar"  rolunu yerinə yetirir. Meşədə canavarlar zəif və xəstə heyvanları məhv etdiyi kimi, bazar da ziyanla işləyən və mənfəət əldə edə bilməyən firmaları sıradan  çıxarır. Buraxdığı məhsulları heç kimə lazım olmayan, istehlakçıları cəlb edə bilməyən firmalar rəqabət mübarizəsində uduzur və sıradan çıxırlar.

Biz, Sizinlə bazarın bir çox qanunlarını öyrənmişik və indi hamı bilir ki, tələb və təklif nədir. Bazar iqtisadiyyatının başlıca prinsiplərindən biri satılmış məhsulun əvəzinə fayda əldə etməkdən ibarətdir. Bu zaman iş qüvvəsi, istehsal olunmuş məmulat, şəxsi torpaq, tikili və yaxud biznes işinin təşkili bacarığı və s. satışın predmeti ola bilər.

Əgər satış üçün buraxdığınız malınız keyfiyyətlidirsə və  onu alıcıya münasib qiymətə təklif edirsinizsə, onda rəqabət mübarizəsində qələbə qazanıb maliyyə imkanlarınızı daha da yaxşılaşdıracaqsınız.

Şəxsi faydaya görə alıcı və satıcılar hər gün öz maraqları ilə cəmiyyətin ümumi maraqları arasında ən yaxşı kompromis axtarıb tapırlar. Bazarın bu "görünməz əli" hər bir satıcını nəinki öz maraqları, hətta ölkəsinin maraqları haqqında düşünməyə məcbur edir. Yoxsa, onun buraxdığı mal heç kimə gərək olmaz.  





Базар - ямтяя вя хидмятляря гиймят гойулан вя онларын мцбадиляси апарылан мякандыр.

Bu tip məsələlərin həllində bazar mexanizmi inzibati-amirlik iqtisadiyyatına nisbətən xeyli  dərəcədə az səhv buraxmaqla yanaşı, qərarları da  tez bir zamanda və çevik şəkildə qəbul edir. Çünki, bu zaman hər kəsin şəxsi marağı önə çıxır və onların hər biri öz marağından çıxış edir. Təəssüflər olsun ki, bazar mexanizmi də qüsursuz deyil. O heç də həmişə cəmiyyətin bütün problemlərinin həllini təmin edə bilmir.



Bazar "sınaq və səhv" metodu ilə işləyir. Bunu müxtəlif ölkələr üzrə müşahidə etdiyimiz iqtisadi böhranlarla izah etmək olar. Ayrıca şirkətlər həmişə çalışırlar ki, öz rəqiblərini sıradan çıxartsın, bazarı bütövlükdə ələ keçirsinlər. Belə olan halda, həmin şirkət istehlakçılara özünün istədiyi  qiyməti diktə edir və daha çox qazanmaq imkanları yaradır və bundan da bəhrələnməyə çalışır.

İntensiv istehsal ətraf mühitə ziyan vurur. Bazar qüvvələrinin fəaliyyəti nəticəsində bir sıra yanaşı mənfi və müsbət effektlər yaranır. Daha doğrusu, elə hal olur ki, bazar iqtisadiyyatda yaranmış problemi həll etməyi bacarmır. Belə hallara  bazarın dayanıqsızlıq halları deyilir.

Bu cür halların aradan qaldırılması məqsədilə dövlət orqanları məhsulun istehsalı və istehlakını  tənzimləyə bilər.

Yanaşı effektlər o vaxt mövcud olur ki, hər hansı bir malın istehsalı və istehlakı ilə bağlı xərclər və ya faydalar həmin məhsulun nə istehsalçısı, nə də istehlakçısı sayılmayan üçüncü şəxslərə təsir edir.

Yanaşı effektə aid bir misal göstərməklə onu daha asan başa düşmək olar. Fərz edək ki, avtomobil şəhərdaxili yolla gedir. Yoldan keçən piyada avtomobilin buraxdığı qazı udur. Piyada avtomobilin nə istehsalçısı, nə də istehlakçısıdır. Ətrafı zəhərləyən qaz yanaşı effektdir, o həm  istehsalçıya, həm istehlakçıya, həm də üçüncü şəxsə ziyan vurur.  

Belə olanda, dövlət vergilərin və digər tənzimləyici vasitələrin köməyi ilə vəziyyəti  qismən  və ya tamamilə düzəldə bilər. Lakin bazarın dayanıqsızlığının mənfi nəticələrinin korrektəsinə yönəldilmiş bu cür proqramlar və onların reallaşdırılması dövlətə xeyli baha başa gəlir. Və onlar o vaxt həyata keçirilir ki,  gözlənilən fayda zəruri xərcləri üstələsin.

Ətrafdakı zavodlar və fabriklər, təyyarələr və avtomobillər atmosferə hər gün çoxlu miqdarda işlənilmiş qazlar atır. Biz də bu cür çirkli hava  ilə nəfəs alır, tərkibində külli miqdarda zəhərləyici elementlər olan sudan içirik. Fərz edək ki, hər yüz stəkandan birində ölüm riski var, onda biz bu sudan içərikmi?

Və yaxud  zəhərlənmək şansı milyarddan bir olarsa, qərarınız necə ola bilər?

Cəmiyyət insanları zəhərləyici çirklənmələrdən istənilən qiymətə müdafiə etməlidirmi?

Sizcə, bununla biz nə demək istəyirik? Gəlin bu problemi daha yaxşı başa düşmək üçün  belə bir suala cavab verməyə çalışaq: insan ömrü  neçəyədir? Əminik ki, çox adam deyəcək ki, insan ömrünü qiymətləndirmək mümkün deyil, onun dəyəri yoxdur. Gəlin fikirləşək görək, insan ömrünün qiymətini necə təyin etmək olar. Təsəvvür edin ki, uşaq qəza nəticəsində dağılmış evin altında qalıb, faciə baş verib. Hamı uşağı təhlükədən xilas etməyə çalışır. İnsanların bir qismi tunel qazır, digərləri donor axtarır və s. Nəhayət uşaq xilas olunur!

Gəlin, uşağın xilas edilməsinə  sərf olmuş resursların (insan, kapital, təbiət) miqdarını  qiymətləndirək. Bu məqsədlə işə çoxlu texnika cəlb olunmuş, həyəcan təbili çalınmışdır. Sizcə, insan ömrünün qorunmasına bu qədər xərc çəkməyə dəyərmi? Yəqin ki, sizlərin çoxu bu suala birmənalı şəkildə müsbət cavab verər və özünüzü də haqlı hesab edərsiniz.

İstisnasız qəbul edirsiniz ki, uşağı xilas etməyə çəkdiyimiz xərclərin ümumi dəyəri «insan ömrünün qiyməti»ndən dəfələrlə azdır. Çünki insan ömrü cəmiyyət üçün qiymətsizdir. Başqa bir hala baxaq. Tutaq ki, həmin resursların köməyi ilə bir yox, bir neçə insanın həyatını xilas etmək mümkündür. Bəs onda necə, insan ömrünün qiyməti aşağı  düşmürmü? Axı bizim öyrəndiyimiz iqtisadiyyat elmi sübut edir ki, resurslar məhduddur. Məsələn, iki müxtəlif yerdən təcili tibbi yardım çağrışı daxil olmasına baxmayaraq, yalnız bir sərbəst maşını olan təcili tibbi yardım stansiyasının işçiləri seçim qarşısında qalır. Çünki, bu maşınla bir xəstənin ünvanına getmək olar, bu halda isə ikinci xəstəyə baş çəkmək mümkün  deyil. İstənilən halda kiminsə həyatı təhlükədə qalır. Onda, təcili yardım maşınını hansı xəstənin ünvanına göndərməli?

Axı, resursların (təcili tibbi yardım maşınlarının) məhdudluğu ucbatından biz kiminsə həyatını qurban vermək (hətta insan ömrü qiymətsiz olsa da belə) məcburiyyətindəyik.

Son vaxtlar tez-tez eşidirik ki, hansısa ölkədə həyat şəraiti bizdəkindən yaxşıdır, orda insanların qayğısını daha çox çəkirlər. Bəs, bu fərqləri necə izah etmək mümkündür?

Bir neçə statistik göstəricilərə nəzər yetirsək, görərik ki, insan ömrü daha çox hansı hallarda təhlükəyə məruz qalır? Alimlərin hesablamalarına görə, dünya əhalisinin hər milyonunun aviaqəzadan ölüm ehtimalı 0,3, infarktdan 0,6, ildırım vurmaqdan 1,0, avtoqəzadan 200, siqaret çəkməkdən 6250 nəfərdir.

Göründüyü kimi, risklər əhəmiyyətli dərəcədə  fərqlənirlər və onların heç birində ölüm ehtimalı sıfıra bərabər  deyil.

İnsanlar öz həyatlarını daha çox pul ödəməklə, hava, su üçün təmizləyici qurğular, təhlükəsiz maşınlar, mənzillər almaqla qoruyurlar. Bunun üçün onlar  ölüm riskinin aşağı salınması məqsədilə qabiliyyətləri və imkanları çərçivəsində xərc çəkməyə  hazırdırlar. Bəs, insan ömrünün qiyməti neçəyədir? Bəlkə, bunu müəyyənləşdirmək üçün, insan  orqanizmini təşkil edən kimyəvi maddələrin, elementlərin dəyərini hesablamaq lazımdır. Gəlin, bu məqsədlə insanın bədənini tərkib hissələrə bölək: oksigen, hidrogen, karbon, maqnezium , dəmir, sink və sair. Hər bir elementin miqdarını müəyyənləşdirib kimyəvi maddələrin orta bazar qiymətinə  vuraq və alınan məbləğləri toplayaq. Bu, insan ömrünün  qiymətini təyin etməyin  bir üsuludur.

Başqa bir yanaşma  ilə orqanizmin ayrı-ayrı orqanlarının  dəyərini  qiymətləndirək. Orqanizmin bir çox hissələrinə (qana, ürəyə, böyrəyə və s.) transplantasiya (köçürmə ) məqsədilə tələb əmələ gələcək və beləliklə onun bazar qiyməti formalaşacaq.

İnsan ömrünü qiymətləndirməyin digər üsulu hər bir insanın özünü sığortalamaq istədiyi haqqla da ölçülə bilər. Məsələn, populyar aktyor Demi Mur həyatını 1 milyard dollar məbləğində sığortalayıb. Başqa bir misala müraciət edək: bu günlərdə keçirilmiş hərracda populyar caz ulduzu mərhum Elvis Preslinin 1 dişi 100 dollara satılıb. Bu hesabla, onun dişlərinin hamısını hərraca çıxarmaqla 3200 dollar vəsait qazanmaq olar.

Və ya bir insanın ölümündən  cəmiyyətin itirəcəyi məhsul buraxılışı və xidmətlərin həcmini müəyyənləşdirərək, insan ömrünün  hesablanmasını sınaqdan keçirək.

İnsan ömrünün  qiymətsiz olduğu haqqında artıq danışmışıq. Gəlin, belə bir suala da cavab verək. İnsanlar nəyin  naminə öz həyatlarını riskə qoyurlar? Axı onların ömrü qiymətsizdir? Bu sualın yeganə düzgün  cavabını aşağıdakı qaydada tapmaq olar. İnsan ömrünün qiymətini onların ölümdən və ya bu kimi  digər hallardan yaxa qurtarmaq məqsədilə nə qədər məbləğdə vəsait ödəməyə hazır olması ilə də müəyyənləşdirmək mümkündür. Məsələn, ekoloji cəhətdən təhlükəli vəziyyətdə olan şəhərdə 100 min nəfər əhali yaşayır və hər il onların 110 nəfəri atmosferin çirklənməsi, içməli suyun təmizlənməməsi səbəbindən vəfat edir.

Tutaq ki, şəhərin hər bir sakini suyun və havanın təmizlənməsi məqsədilə 500 manat  vəsait ödəməyə hazırdır. Hesablamalar göstərir ki, toplanmış vəsaitlə hər 10 min nəfərə düşən ölüm ehtimalını 11-dən 10-a endirmək  mümkündür. Nəticədə 10 nəfər insanın həyatını xilas etmək olar.

Onda xilas edilmiş 10 nəfər insanın  həyatının ümumi dəyəri 50 milyon manat, hər bir ömrün dəyəri isə 5 milyon manatdır.

Lakin, cəmiyyət, o cümlədən insanlar bu məqsədlə daha 500 manat xərcləməyə hazır deyildir. Belə olsa idi, daha 10 nəfərin ömrünü xilas etmək mümkün olardı. Lakin, bunun üçün 50 milyon manatdan da çox vəsait xərcləmək tələb olunur.


Dövlət nə üçün lazımdır?

Yəqin ki, Sizdə də özünüzə bu  sualı vermək istəyi nə vaxtsa olub. «Liberallar» adlanan baxışı müdafiə edən insanlar belə fikirləşirlər ki, dövlətin rolu mütləq məhdudlaşdırılmalıdır. Onlar dövlətin iqtisadi və sosial problemləri həll etmək qabiliyyətinə şübhə ilə yanaşır və bunu dövlət bürokratiyasının çoxluğu, nəzarətin isə çətinliyi ilə izah edirlər.

"Mühafizəkar" baxışı müdafiə edən insanlar isə cəmiyyətin problemlərini bazarın həll  etmək imkanlarına şübhə ilə yanaşırlar.

Onlar qeyd edirlər ki, dövlət özəl firmaların az istehsal etdiyi və yaxud ümumiyyətlə  istehsal etmədiyi malların buraxılışı ilə məşğul ola bilər.

Lakin, gəlin xatırlayaq, bizə öyrədiblər ki, bazar iqtisadiyyatında əksər iqtisadi qərarları dövlət deyil, ayrı-ayrı satıcı və alıcılar qəbul edirlər.

Lakin bununla yanaşı, dövlətin 6 başlıca iqtisadi funksiyası fərqləndirilir. Bunları əksəriyyət qəbul edir. Gəlin, görək onlar hansılardır:



1. Hüquqi baza və sosial təminat əsaslarının yaradılması;

2. Rəqabətin dəstəklənməsi;

3. Gəlirlərin yenidən bölüşdürülməsi;

4. İctimai əmtəə və xidmətlərin buraxılışı;

5. Yanaşı effektlərə düzəliş edilməsi;

6. İqtisadiyyatın sabitləşdirilməsi.

Bu funksiyaları ayrı-ayrılıqda öyrənməyə və onların məğzini başa düşməyə cəhd edək.


1. quqi baza sosial təminat
əsaslarının yaradılması

Mülkiyyət hüququ dəqiq müəyyənləşdirildikdə, eləcə də bağlanmış müqavilələrə, imzalanmış kontraktlara riayət edilməsi qanunla təsbit edildikdə bazar effektiv işləyir. Standartlaşdırılmış pul, ölçü və çəki vahidlərindən istifadə olunur. Ticarət maneələri minimuma endirilir (gömrük qaydaları və rüsumları və s.).

Dövlətin bu istiqamətdə qanunvericilik fəaliyyətini həyata keçirən institut kimi parlament çıxış edir. Parlament polisin, məhkəmələrin, sahibkarların və digərlərinin funksiyaları ilə əlaqədar müxtəlif qanunlar hazırlayır və qəbul edir. Pulun çap olunması və tədavülü, onun dövriyyəsinin tənzimlənməsi məsələləri ilə isə Milli Bank məşğul olur. Bu barədə sonrakı fəsillərin birində daha geniş danışacağıq.

İqtisadiyyatın bazar "relslərinə" keçidinin  başlanğıcında bir çox insanlar onlara tamamilə tanış olmayan şəraitlə üzləşir. İnsanlar qeyri-müəyyənliklərdən, ictimai və siyasi sabitsizlikdən qorxduğundan dövlətin bu funksiyasının rolu "keçid" iqtisadiyyatında daha da yüksəlir.


2. qabətin dəstəklənməsi

İnhisar hakimiyyətinin məhdudlaşdırılması çox çətin və ağrılı prosesdir. Bəzən dövlətin iqtisadiyyatın bütün sferalarına müdaxilə cəhdi müşahidə olunur. Bu köhnəliyin xəstəliyidir.

Ayrıca bir firmanın bazarı zəbt etmə cəhdi də malların keyfiyyətinin aşağı düşməsinə, qiymətlərin bahalaşmasına gətirib çıxarır ki, dövlət də qanunların köməyi ilə belə hallara qarşı mübarizə aparmalıdır. Nümunə olaraq antiinhisar qanunvericiliyini və onların icrasına nəzarət edən orqanları göstərmək olar.
3. lirlərin yenidən bölgüsü

Bu funksiyanın üzərində ətraflı dayanaq. Bu funksiya vasitəsilə ölkə əhalisinin həyat səviyyəsi tarazlaşdırılır.



Həyat səviyyəsi - insanların fiziki, mənəvi və sosial tələbatlarının ödənilməsi səviyyəsinin inteqral xarakteristikasıdır. Əhalinin həyat fəaliyyətinin müxtəlif tərəflərini əks etdirən göstəricilər sistemi ilə ifadə olunur: əhalinin hər nəfəri (adambaşı) hesabı ilə istehlak edilən mal və xidmətlərin həcmi, ən mühüm məhsulların natural istehlakının həcmləri, adambaşına real gəlir, mənzil təminatı, habelə kommunal, nəqliyyat və rabitə xidmətləri ilə təmin edilmə səviyyəsi, təhsil, səhiyyə və mədəniyyət xidmətlərinin əldə edilə bilməsi və s. Beynəlxalq standartlara uyğun olaraq buraya həmçinin məşğulluq, əmək şəraiti, iş gününün uzunluğu, şəxsiyyət hüquqlarının sosial təminatları, onun təhlükəsizlik şərtləri, demoqrafiya, ekologiya, sağlamlıq, ərzaq təminatı göstəriciləri, maddi və maliyyə yığımları, sosial diferensasiya (təbəqələşmə), cinayətkarlığın yayılması və s. kimi göstəricilər də daxildir. Göründüyü kimi həyat səviyyəsini xarakterizə edən müxtəlif göstəricilər vardır və insanların hamısının onlara çıxış imkanları eyni deyildir.Buna görə də insanlar yaşayış səviyyələrindəki kəskin fərqlərdən narazı qalırlar. İqtisadiyyatda bu fərqi əks etdirən qrafik mövcuddur ki, onu da yaradıcısının şərəfinə "Lourens əyrisi" adlandırırlar.

Gəlirlər










Əhalinin sayı

Şəkil 20. Lourens əyrisi
Bu qrafik kamanı xatırladır, gördüyümüz düz xətt o gövdəyə, əyri xətt isə gərilmiş ipə bənzəyir. Belə ki, gövdə bütün ölkələrin gəlirlərinin mütləq bərabərliyini, əyri xətt isə mütləq bərabərsizliyini xarakterizə edir. Gerçək həyatda cəmiyyət həmişə mütləq bərabərliklə bərabərsizlik arasındakı sahədə dayanır. Lourens əyrisindən də bu ölkədəki gəlirlərin bölgüsünün mütləq bərabərsizliyə və ya bərabərliyə yaxın olması görünür.

İpin gərilməsi nə qədər çoxdursa cəmiyyət bərabərsizliyə bir o qədər yaxın olur. Lourens əyrisinin düz xəttə yaxınlaşması gəlirlərin bərabərliyini əks etdirir. Belə vəziyyət əmək məhsuldarlığına stimulları məhv edir. İstənilən ölkədə insanlar fərqli qabiliyyətlə doğulurlar. Çox az insan elmdə kəşflər etməyə və ya idman olimpinin yüksəlişinə çatmağa və yaxud da yaratdığı müəssisəni çiçəkləndirməyə və s. qadirdir.

Onların əməyi necə qiymətləndirilir? Cəmiyyət üçün hansı vacibdir - əmək faktı, yoxsa onun nəticəsi?

Bir vaxtlar sosialist dövlətlərində məvaciblər əməyə görə, əmək məhsuldarlığından asılı olmayaraq hamı üçün eyni qaydada ödənilirdi.

Yox, əgər maaşlar nəticələrə görə ödənilirsə, onda az qabiliyyətli insanlar çox qabiliyyətlilərə nisbətən yoxsul yaşayacaq. Hazırda bazar iqtisadiyyatına keçidlə əlaqədar xüsusi mülkiyyətin üstünlüyü, onun vərəsəlik üzrə ötürülməsi bərabərsizliyi daha da çoxaldır. Gəlin razılaşaq ki, iqtisadiyyatın normal inkişafı üçün bərabərsizliyin mövcudluğu qəbul olunandır. Yoxsa, insanların əmək fəallığını heç nə ilə mükafatlandırmaq mümkün olmur. Axı, dövlət heç bir  iqtisadi tədbirlə bütün insanların təxminən eyni gəlirlər səviyyəsində yaşayışını təmin edə bilməz.

Yeri gəlmişkən onu da qeyd edək ki, "Lourens kamanının gərilmə həddi " əhalinin 40 faiz yoxsul təbəqəsinin gəlirlərinin  ümumilikdə ölkə üzrə gəlirlərin 12 faizindən az olduğu zaman başlanır. Gəlirlər əməyin nəticəsindən və mülkiyyətin həcmindən asılı ola bilər və hökmən asılı olmalıdır. Lakin, heç vaxt əhalinin həyat səviyyəsində həddindən çox fərqlər yaranmasına imkan vermək olmaz. Bu sosial partlayışlara gətirib çıxara bilər.  Yoxsul təbəqə ilə varlıların istəkləri arasında  yaranan ziddiyyətlər təbii hesab olunmalıdır. İşə götürəni sosial ədalət məsələləri maraqlandırmır. Onlar resurslardan istifadəyə görə haqq ödəyərək, əmtəə və xidmətlər istehsal edirlər.  Dövlət həmişə çalışır ki, öz vətəndaşlarına az və ya çox dərəcədə şərait yaratsın və bununla da sosial partlayışlardan qaça bilsin. Soruşa bilərsiniz ki, bu hansı formada həyata keçirilir? Cavab belədir: əhalinin gəlirlərinə vergi qoyulması və əhalinin daha yoxsul təbəqələrinə dövlətin sosial yardım sisteminin tətbiqi vasitəsilə.

Dövlət sosial yardım siyasətini yoxsulluğun azaldılması məqsədilə həyata keçirir və bu siyasətin subyektində yoxsullar dayanır.

Bəs, yoxsulluq səviyyəsi necə müəyyənləşdirilir?

Bunun üçün biz bilməliyik ki, ölkədə yaşayış minimumu nə qədərdir və o necə ölçülür.

Yaşayış minimumu - insanın həyat fəaliyyətini qoruyub saxlaması üçün fiziki baxımdan zəruri olan yaşayış vasitələrinin minimum qiymətidir. Adambaşına yaşayış minimumunun  səviyyəsi, mütəmadi olaraq, istehlak mallarının və xidmətlərin minimal dəsti (istehlak səbəti) və onların fəaliyyətdə olan qiymətləri əsasında təyin edilir. Yaşayış minimumundan əhalinin yaşayış səviyyəsinin, minimal əmək haqqının, minimal pensiya, təqaüd və müavinətin, aztəminatlı vətandaşlara sosial dövlət yardımının qiymətləndirilməsi zamanı istifadə olunur. Adətən yaşayış minimumunun səviyyəsi yoxsulluq həddi kimi qəbul edilir.

Deməli, yoxsulluq yaşayış minimumundan aşağı həyat səviyyəsi hesab olunur. Daha doğrusu insanların və ya ailələrin aldıqları gəlirlər, hətta onların başlıca tələbatlarını belə ödəmirsə, deməli onlar yoxsullar təbəqəsinə aiddir.



Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin