Фуат рясулов



Yüklə 4,2 Mb.
səhifə6/176
tarix01.01.2022
ölçüsü4,2 Mb.
#103376
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   176
Birinci fəsil
Bu fəsli oxuyarkən aşağıdakı
termin və anlayışlara diqqət yetirin:



  • İqtisadiyyat nədir?




  • Məhdudluq




  • İstehsal imkanları əyrisi




  • Alternativ dəyər




  • Seçim







  • Fayda və səmərəlilik

İnsan həyatını iqtisadiyyatsız təsəvvür etmək olmaz. Hərçənd, bizim çoxumuz, hətta müəyyən qədər təhsil görmüş olsaq da, iqtisadiyyatın həyat tərzinin əsasını təşkil etdiyini nəzərimizə gətirmirik. Robinzon Kruzonu xatırlayırsınızmı? O, gəmisi qəzaya uğrayıb kimsəsiz bir adaya düşənədək, iqtisadi çətinliyi dəf etmək haqqında düşünmürdü. Ancaq zərurət onu bunu anlamağa vadar etdi. Və ən maraqlısı budur ki, insan bu barədə - iqtisadiyyat qanunları haqqında müəyyən biliyə sahib olmadan iqtisadi tələblərə əməl etməli olur. Yaşayış bunu tələb edir.

Bax, bizlər orta məktəbi bitirməmiş sərbəst yaşamaq, müstəqil olmaq istərdik.

Elə ki, orta təhsili başa çatdırdıq, özümüzə sənət seçmək, ömür yolumuzun sonrakı illəri haqqında çətin fikrə gəlməli oluruq. Kimisi elm adamı, başqası rəssam, kimlər isə sahibkar və ya həkim, jurnalist və ya menecer olmaq istəyir. Doğrusu, bu peşələr haqqında anlayışımız çox bəsit olur. Əslində, həkim olmaq istəyən kəs heç öz orqanizminin funksiyalarını yaxşı bilmir. Çünki, biz bu peşələr haqqında hələlik ümumi anlayışa malikik.

Bundan narahatçılıq keçirməyə dəyməz, hər şeyin öz vaxtı var. Elə iqtisadi bilikləri qavramağın, istəkləri reallaşdırmağın özü də bəşəri bir tələbdir. Bəşəriyyətin səhəri açılandan, lap ibtidai dövrlərdə də adamlar yaşamaq üçün müəyyən məqsədlər, vasitələr, üsullar axtarıb tapmalı olmuşlar. Yaşamaq üçün mübarizə həmişə olub, var və olacaqdır. Bunsuz həyat amorf-ətalət siqlətli, mənasız bir şey olardı.

Belə müdrik söz var: iştah dişin altındadır. Götürək iqtisadiyyatı. Biz iqtisadiyyatın nə olduğunu o zaman dərk edirik ki, pul qazanırıq və onu xərcləməli oluruq. Necə qazanmalı və necə xərcləməli - bu həyata maraq doğurur.

Çoxəsrlik bəşər tarixi bu suallara saysız-hesabsız, bir-birinə bənzəməyən cavab axtarışı ixtiyarındadır.

İnsanlar yaşamaqla bağlı istəklərini reallaşdırmaq üçün hər şeyə əl atıblar: qanlı, talanlı müharibələr ediblər. Lap elə bu günümüzə nəzər salaq. Qarabağ müharibəsi -xalqımızın ağrılı-acılı, yaralı yeridir. Erməni separatçıları namərdlik edərək, öz çoxdankı istəklərinə qovuşmaq üçün - ərazi iddialarını reallaşdırmaq, münbit torpaqları ələ keçirmək məqsədilə qonşusu Azərbaycanın ərazisinin beşdə birini işğal etmişlər. Bu ədalətsiz istəkdir. İmperiya - iddialı hakim dairələr xalqları dəfələrlə belə fəlakətlərə düçar etmiş, sonda özləri də məhvə məhkum olmuşlar. Tarix güzəranın yaxşılaşması üçün müharibələrin labüd olmadığını çoxdan sübut edib.

Əmin-amanlıqda yaşamaq üçün mütərəqqi məqsədlər və vasitələr var: insan əməyini yüngülləşdirmək, zəhmət müqabilində daha çox fayda-mənfəət əldə etmək üçün yeni texnika, texnologiya ixtira etmək, biologiyanı insanın sağlam böyüməsinə yönəltmək, tibbi nailiyyətlərlə nahaq ölümlər üzərində zəfər çalmaq və s.

Bir sözlə, elm və həyat təcrübəsi sübut edir ki, rifahın, dolanışığın səviyyəsi-ölkə vətəndaşlarının əmtəə istehsalının, xidmətinin yaxşı təşkili ilə bağlıdır. Yalnız belə olduqda insanlar rahat, təhlükəsiz həyat sürə bilər və hərtərəfli təmin olunar.

Nəinki, iqtisadçı alimlərin nəzəri fikirləri, lap bizim gözümüz qarşısında baş verən möcüzəli hadisələr-sıçrayışlı inkişaflar da bunu təsdiq edir.

Bir vaxtlar ölkənin varı - təbii sərvətlərin, resursların zənginliyi ilə, münbit torpaqların çox olması ilə, bol suyun, meşələrin mövcudluğu ilə müəyyən edilirdi.

İkinci dünya müharibəsi başa çatdıqdan sonra ictimai-iqtisadi inkişafın yeni vüsəti bu fikrə ciddi düzəliş verdi. Cənubi-Şərqi Asiyanın təbii sərvətlər cəhətdən heç də zəngin olmayan ölkələrində bənzərsiz sıçrayışlar qeydə alındı. Doğrudur, təbii sərvətlərin çoxluğu həyat tərzinin yüksəlməsi üçün mühüm istehsal amillərindən biridir. Ancaq nəinki bu resurslar tükənəndən sonra, hətta bunların mövcudluğu şəraitində də belə ölkələr zamanın inkişafı ilə ayaqlaşa bilirlər. İki ölkənin həyatına - zəngin sərvətli şimal qonşumuz Rusiyanın və təbii sərvətlər sarıdan kasıb-kasad ölkə sayılan Yaponiyanın inkişaf səviyyəsinə nəzər salaq: birində rifah səviyyəsi aşağı, digərində isə yüksəkdir.

Bəs, rifah səviyyəsi özü nə deməkdir?




Рифащ сявиййяси - юлкя вятяндашларынын ямтяя, хидмят, ращат вя тящлцкясиз щяйат тярзи иля тямин олунма дяряъясидир.



Rifah səviyyəsi - əhalinin həyat şəraitinin və tələbatlarının ödənilməsinin sosial-iqtisadi xarakteristikasıdır. BMT-nin tövsiyələrinə əsasən rifah səviyyəsi aşağıdakı elementlərin sistemini əks etdirir: sağlamlıq, o cümlədən demoqrafik şərait, qidalanma, geyim, istehlak və yığım fondları; əmək şəraiti, məşğulluq, əməyin təşkili; təhsil, o cümlədən savadlılıq; mənzil təminatı; sosial təminat; insan azadlıqları. Rifah səviyyəsinin beynəlxalq (ölkələrarası) müqayisəsi üçün BMT “İnsan İnkişafı İndeksi (İİİ)” adlanan göstəricidən istifadə edir.

Bu indeksin hesablanması üçün 3 göstərici əsas götürülür:

-adambaşına düşən ÜDM;

- savadlılıq səviyyəsi;

-orta ömür müddəti.

Birinci göstərici üzərində sonrakı fəsillərdə geniş dayanacağıq.

BMT İnkişaf Proqramının Qlobal İnsan İnkişafı (Qİİ) hesabatlarında Azərbaycan İİİ-nin reytinqinə görə, 1995-ci ildə 110-cu (həmin ildə Türkiyənin reytinqi 69, Rusiyanın 72, Gürcüstanın 108, Ermənistanın isə 99 olub), 1997-ci ildə 103-cü, 1998-ci ildə 107-ci, 1999-cu ildə 110-cu, 2000-ci ildə 90-cı, 2001-ci ildə 79-cu, 2002-ci ildə 88-ci, 2003-cü ildə 91-ci yerdə dayanıb.

İİİ-nin səviyyəsinə görə ölkələr 1-dən (insan inkişafının ən yüksək səviyyəsi) 174-dək (insan inkişafının ən aşağı səviyyəsi) aralığında sıralanır.

Bəs, dolanışığın səviyyəsi nə ilə müəyyən edilir? Bu suala iqtisadiyyatın bəzi anlayışlarını öyrənəndən sonra cavab axtaracayıq.
MƏHDUDLUQ
Bəllidir ki, dünyada heç bir dövlət və heç kim bütün istədiklərinə sahib ola bilmir. Sadəcə olaraq, nemətlər hamıya çatmır. Çünki, hamımızın  istəkləri qeyri-məhduddur. Xatırlayın ki, siz hər dəfə maüazada olanda  çoxlu və müxtəlif çeşidli mal  almaq istəyində olursunuz. Amma məhdud miqdarda mal  almaq imkanınız olur. Yaxud, biznesmen hər hansı bir məhsulu daha çox istehsal etmək istəyir, ancaq hər dəfə  ona nə isə mane olur. Bəzən, xammal, bəzən pul, bəzən də xırda bir hissə çatışmır. Resursların elə bir həddi mövcuddur ki, yalnız o çərçivədə insanların tələbatını ödəmək, maddi nemətlərin istehsalını və xidmətlərin fəaliyyətinı təşkil etmək mümkün olur. Başqa sözlə, ölkənin bütün əhalisi mövcud təbii və digər resurslardan istifadə etsə bu zaman istehsal nə vaxtsa dayana bilər. Bəs, nə etmək lazımdır? Yeganə çıxış yolu hər hansı bir məhsuldan çox istehsal etməklə kifayətlənmək deyil, mövcud resurslardan səmərəli istifadə yolu ilə fasiləsiz istehsalın yeni sahələri işə salınmalıdır. Deməli, insanların tələbatı sonsuz, onları təmin etmək üçün zəruri olan resurslar isə məhduddur. Hər bir  cəmiyyət, hər bir insan həmişə resursların və imkanların məhdudluüu problemi ilə rastlaşır. Onların hər birinin qarşısında daimi seçim problemi durur.


Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin