Фуат рясулов


Rəqabət baxımından bazarlar aşağıdakı formada fərqləndirilir



Yüklə 4,2 Mb.
səhifə61/176
tarix01.01.2022
ölçüsü4,2 Mb.
#103376
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   176
Rəqabət baxımından bazarlar aşağıdakı formada fərqləndirilir:

1. Mükəmməl  bazar (xalis rəqabətli);

2. İnhisar rəqabətli;

3. Oliqopoliya;

4. İnhisar.

Onların hər birini ayrı-ayrılıqda xarakterizə edək.



XALİS RƏQABƏTLİ (MÜKƏMMƏL) BAZAR
Bazarın birinci tipi olan xalis rəqabətli bazarda eyni adlı hsul istehsal edən satan çoxsaylı kiçik müstəqil firmalar çıxış edir.

İstehlakçılar istənilən halda onlara lazım olan malları, daha doğrusu, istehsalçıdan eyni adlı və oxşar qiymətli məhsulları alır. Bütün hallarda, ayrıca götürülmüş xırda  istehsalçı bazar (tarazlıq)  qiymətinə, heç cür təsir  göstərə bilmir. Əgər o öz malının qiymətini əhəmiyyətli dərəcədə qaldırarsa, sadəcə olaraq onun malı nadir hallarda satılacaq, çoxlu sayda istehlakçılar malı almaqdan imtina edərək, başqa dükanlarda daha ucuz qiymətə satılan məhsullara üstünlük verəcək. Onların fəaliyyəti heç cürə bütövlükdə bazar qiymətinə təsir  göstərə bilmir. Çünki, belə firmaların istehsal  etdikləri və  yaxud, satdıqları məhsulların oxşar mallar üzrə ümumi yekunda xüsusi çəkisi cüzi payı ifadə edir. Əgər, xalis rəqabət şəraitində istehsalçı qiymətləri əhəmiyyətli dərəcədə aşağı salarsa, bu halda da onun qərarı bazarın tarazlıq qiymətinə heç cürə təsir göstərə bilməyəcək. Nəticədə, sadəcə olaraq onun ucuz qiymətə təklif etdiyi malları tez bir  zaman  ərzində  satılıb qurtaracaq və sahibkar kiçik mənfəətlə qənaətlənir.

Belə tip bazara giriş və çıxış sərbəstdir. Daha  doğrusu,  eyni  məhsul istehsal  edən  yeni  müəssisə asanlıqla yarana və bağlana  bilər. Çünki bu bazarda heç  kim  onların fəaliyyətinə əngəl törədə bilmir. Mükəmməl bazarda "qeyri-qiymət" rəqabəti  mövcud olmur. Praktiki olaraq bütün  firmalar oxşar məhsul istehsal edib, müxtəlif qiymətə satdığına  görə onlar  arasında rəqabət yalnız məhsulların qiyməti ətrafında gedir.

Xalis rəqabətli bazarda ayrıca firmalar öz qiymətlərini təyin edərkən bazardakı tarazlıq qiymətini nəzərə almağa məhkumdurlar. Bu bazara giriş və çıxış asandır.





Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin