İNHİSAR RƏQABƏTLİ BAZAR
İkinci model - inhisar rəqabətidir.
Инhисар рягабяти дедикдя, базарда чохлу сайда хырда истеhсалчыларын охшар, лакин бир гядяр фяргли мяhсуллар тяклиф етмяси баша дцшцлцр.
Burada, həmçinin hər bir firma bazarda böyük paya malik olmur və ona görə də bazar qiymətinə az nəzarət edilir. Lakin xalis rəqabətli bazardan fərqli olaraq istehsalçılar eyni məhsulların müxtəlif növlərini buraxır. Televizorda müxtəlif kanallar vasitəsilə seyr etdiyiniz reklamları yadınıza salın və həmin reklamlarda bizə hər hansı malı almağı təklif edən zaman, adətən onun hansısa xüsusi cəhətini qeyd edirlər. Məsələn, götürək tutacağının yuxarı hissəsi 18 dərəcəli bucaq altında əyri olması ilə düzxəttlilərdən xeyli fərqlənən diş fırçasını. Bu yaxşıdır və ya pisdir, eləcə də onu almaq istəyirik ya yox, gəlin bu barədə düşünək. Əgər, biz istəyiriksə, adi deyil, mütləq 18 dərəcəli bucaq altında əyilmiş fırça alaq, onda onu yalnız müvafiq firmadan əldə etmək olar. Və yaxud avtoqələmi götürək. Avtoqələmin müxtəlif növlərinin olduğunu hamımız bilirik. Demək olar ki, onların hamısı eyni məqsədə xidmət etsə də, ölçüsünə, formasına, dizaynına görə bir-birindən xeyli fərqlənir. Bunlar dükanların vitrinini bəzəyir. Belə müxtəliflik öz aləmində unikallığı göstərir. İnhisar rəqabəti şəraitində firmalar arasında rəqabət yalnız qiymət ətrafında deyil, həm də məhsulun keyfiyyəti, reklamı, satış şəraiti və sair meyarlar üzrə gedir. Bu bazara giriş və çıxış nisbətən asandır.
Dostları ilə paylaş: |