Фуат рясулов



Yüklə 4,2 Mb.
səhifə64/176
tarix01.01.2022
ölçüsü4,2 Mb.
#103376
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   176
XALİS İNHİSAR

İnhisar o  vaxt mövcud olur ki, yalnız bir firma həmin məhsulun yeganə istehsalçısı sayılır  və onun bazarda əvəzedicisi yoxdur.



Məhsulun əvəzləyicisinin olmamasından danışarkən, başlıca olaraq, alıcının seçiminin, alternativinin məhdudluğu başa düşülür. Malın əvəzləyicisinin olmaması reklam baxımından çox sərfəlidir. Belə olan halda inhisarçıya reklama külli miqdarda vəsait xərcləməyə ehtiyac qalmır, çünki onsuz da onun  bazarda rəqibi yoxdur. Biz öyrənmişdik ki, xalis rəqabətdə ayrıca firma bazarın təyin etdiyi qiymətlə razılaşmağa məcburdur. İnhisarçı isə qiymət üzərində  nəzarəti həyata keçirir, qiymətləri diktə edir. O, istehsal olunmuş məhsulların miqdarı üzərində manipulyasiya etməklə qiymətə təsir göstərir. İnhisarın mövcudluğu praktiki olaraq iqtisadi, texniki, hüquqi və s. baryerlərin dəf edilməsi ilə izah olunur. Burada, biz xüsusilə qeyd etməliyik ki, "təbii  inhisarlar"a əsasən ictimai istehlak sferasında, elektrik, su və qaz  təhcizatı sahəsində  rast gəlinir. Bu sahədə rəqabət tezliklə istehlakçıların  xeyrinə dəyişdiyindən hökumət istisna olaraq bu sahəyə əlavə bir firma da cəlb edir. Lakin bu dəyişiklik olsa da belə hökumət adətən qiymətə nəzarət hüququnu özündə saxlayır.

Cədvəl 10

Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin