Фуат рясулов


Beləliklə, fərdi müəssisənin üstünlüklərinə aid edilir



Yüklə 4,2 Mb.
səhifə71/176
tarix01.01.2022
ölçüsü4,2 Mb.
#103376
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   176

Beləliklə, fərdi müəssisənin üstünlüklərinə aid edilir:


Çatışmazlıqları isə aşağıdakılar hesab edilir:

  • Genişləndirmək üçün pul vəsaiti tapmaq çox çətindir

  • Qeyri –sabitdir

  • Məhdud məsuliyyət subyektidir

  • Sahibkarı məcbur edir ki, idarəetmənin bütün funksiyaları ilə məşğul olsun

Ortaqlıq- iki  və ya  bir neçə şəxsin birliyidir. Firmanın bu cür təşkili fəaliyyət sferasına çoxlu pul vəsaitləri cəlb etməyə imkan verir. Eləcə də hər bir tərəfdaş işə  özünün ideyalarını və s. qoyur.

Lakin burada da, şəxsi təsərrüfatçılıqda olduğu kimi, tərəfdaşlar ortaqlıq öhdəlikləri ilə şəxsi əmlak məsuliyyəti daşıyırlar.

Bundan başqa əgər tərəfdaşlardan biri ortaqlıqdan çıxmaq qərarına gəlirsə, o, qanuna müvafiq surətdə öz fəaliyyətini rəsmi olaraq dayandırır. Yox, əgər qalan tərəfdaşlar öz fəaliyyətlərini davam etdirmək istəyirlərsə, onda mütləq yeni müqavilə tərtib olunmalıdır.

Ortaqlığın üstünlüklərini aşağıdakılarla ümumiləşdirmək olar:



  • Asan təşkil olunur

  • İdarəetmənin daha yüksək səviyyədə ixtisaslaşması mümkündür

  • Fərdi müəssisə ilə müqayisədə maliyyə resursları cəlb etmək imkanları daha üstündür

  • Məhdud tənzimləmə subyektidir

Çatışmazlıqlarına isə bunlar aid edilir:

  • Mülkiyyətin bölüşdürülməsində fikir ayrılığı halı yaranır

  • Bir tərəfdaşın getməsi və ya ölümü ilə əlaqədar olaraq onun mövcudluğuna avtomatik olaraq son qoyulur

  • Məhdud məsuliyyət subyektidir

  • Maliyyə resursları məhduddur.

hdud məsuliyyətli cəmiyyətlər (MMC) ortaqlıqların bir növü olmaqla kapitalın birləşdirilməsi formasıdır.

Belə müəssisələrin iştirakçıları firmanın öhdəlikləri üzrə heç də şəxsi əmlakına görə deyil, yalnız özünün pay qoyuluşları həcmində məsuliyyət daşıyırlar.

MMC-nin kapitalı iştirakçıların payına görə bölünür. Pay dividendlər almağa və firmanın ləğvi zamanı onun əmlakının bir hissəsini əldə etməyə hüquq  verir.

Dividend - firmanın mənfəətindən pay sahiblərinə ayrılmış hissəni ifadə edir.

hmdar cəmiyyəti - nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyətdir. Səhmlər buraxmaüa yalnız səhmdar cəmiyyətlərinin hüququ vardır. Səhmdar cəmiyyətinin iştirakçıları (səhmdarlar) onun öhdəlikləri üçün cavabdeh deyildirlər və cəmiyyətin fəaliyyəti ilə baülı zərər üçün onlara mənsub səhmlərin dəyəri həddində risk daşıyırlar.

hmdar cəmiyyət  -  hmlərin buraxılış yolu ilə kapitalın birləşməsidir. Səhmlərini  sərbəst olaraq bir şəxsdən digərinin adına keçirmək mümkün olan səhmdar cəmiyyətləri açıq tipli səhmdar cəmiyyətlər adlanırlar və o qısaca olaraq ATSC kimi ifadə olunur.

Səhmdar cəmiyyət yaradılarkən, təsisçilər xüsusi sənədlər hazırlayırlar ki,  o da "Səhm" adlanır. Səhm - qiymətli kaüız olub, onun sahibinə səhmdar cəmiyyətinin  mənfəətinin bir hissəsini dividendlər şəklində almaq, idarə etmədə iştirak və cəmiyyətin ləüvindən sonra qalan əmlakın bir hissəsinə malik olmaq hüququ verir. Səhmin üzərində yazılmış qiymət onun nominal dəyərini əks etdirir. Təsisçilərlə  səhmdarları fərqləndirmək lazımdır. Təsisçilər firmanı yaradanlar, səhmdarları isə səhm sahibləridir. Səhmlər özü də iki cür olur: adi və imtiyazlı.     

Adi səhm sahibləri müəssisənin  mənfəətindən dividend  almaqla yanaşı, səhmdar cəmiyyətin idarəetmə prosesində iştirak etmək hüququna da malikdir. İmtiyazlı səhm sahibləri isə müəssisənin maliyyə fəaliyyətindən  asılı  olmayaraq  həmişə sabit dərəcələrlə  dividend alsa da səhmdar cəmiyyətinin idarəedilməsində iştirak hüququndan məhrumdurlar. Adi səhmlərə görə dividendlərin verilməsi isə cəmiyyətin işləməsindən və onun nə qədər mənfəət əldə etməsindən asılıdır. Səhmdar cəmiyyətlər yaradılma formasına görə 2 cür olur: açıq və qapalı tipli. Onların başlıca fərqi səhmdarların hüquqlarını reallaşdırmaq imkanları ilə müəyyənləşdirilir. Belə ki, açıq tipli səhmdar cəmiyyətin səhmdarları öz səhmlərini dəyişə, sata, bağışlaya bilər. Qapalı tipli  səhmdar cəmiyyətlərdə isə səhmdarlar səhmlərini yalnız öz  aralarında sata və ya dəyişə bilərlər.

Səhmdar cəmiyyətin mənfəəti çox olduqda, onun  dividend  vermək qabiliyyəti də yüksək olur və belə olan halda firmanın səhmləri beynəlxalq fond  birjalarının listinqinə (siyahısına) daxil edilir.

Səhmdar cəmiyyətin üstünlüklərini aşağıdakı kimi fərqləndirmək olar:



  • Səhm və istiqrazların satışı yolu ilə külli miqdarda kapital cəlb etmək qabiliyyətinə malikdir

  • Səhm sahiblərinin məsuliyyəti məhduddur

  • Sabitlik və daimilik

  • İxtisaslaşmış rəhbər heyətin idarəetmə məsələlərinə cəlbi imkanı mövcuddur

Çatışmazlıqlarına gəlincə isə onlar belədir:

  • Dövlət tərəfindən əhəmiyyətli tənzimləməyə reaksiyası güclüdür

  • Ağır maliyyə yükü və təşkilati xərcləri daşıyır

  • İkiqat vergiqoymanın subyektidir: korporativ gəlirlərə və dividendlərə

  • Sahiblik və nəzarət bölüşdürülür (sahibkar – icraçı problemi).

Fond birjası - müstəsna olaraq fəaliyyət predmeti qiymətli kağızların normal tədavülü üçün zəruri şərait yaradan, onların bazar qiymətlərini müəyyən edən (qiymətli kağızlara olan tələb və təklif arasında tarazlığı əks etdirən qiymət), həmçinin onlar haqqında lazımi informasiyanı yayan, qiymətli kağızlar bazarı iştirakçılarının yüksək peşəkarlıq səviyyəsini nümayiş etdirmək üçün mühit formalaşdıran təşkilatdır. Fond birjası qapalı səhmdar cəmiyyəti formasında yaradılır. Fond birjası öz fəaliyyətini müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi razılıq əsasında həyata keçirir. Fond birjası qiymətli kağızlar bazarında ticarətin təşkilatçısı kimi, depozitar fəaliyyəti və qarşılıqlı öhdəliklərin müəyyən edilməsi (klirinq) fəaliyyəti istisna olmaqla, digər fəaliyyət növləri ilə məşğul ola bilməz.

Fond birjası -  qiymətli kağızların alqı-satqı yeridir.  Məsələn, tutaq ki, hansısa firmanın səhmlərinin nominal dəyəri 100 min manatdır. Əgər səhmlərə çoxlu dividendlər verilərsə, onda  birjada onun qiyməti bahalaşır. Fərz edək ki, səhmin nominal  qiyməti 150 min manatdır. Əgər bu  səhm  sahiblərinə az gəlir gətirirsə, onda birjada  səhmlərin  qiyməti aşağı düşür. Hər  bir səhmin bazar qiyməti nominal dəyərdən aşağı və yaxud da yuxarı ola bilər.

Fond birjalarında dövriyyədə olan bütün qiymətli kağızların orta məzənnəsi fond indeksi adlanır.

Biz tez-tez televiziya ekranlarından, radio efirindən maliyyə xəbərlərini dinləyərkən müxtəlif indekslər barəsində eşidirik. Onların arasında ən geniş yayılmışları bunlardır: Dou-Cons indeksi, Nasdaq indeksi, Faynenşal tayms indeksi, Nikkey indeksi və s.

Dou-Cons indeksi Nyu-York fond birjasında ABŞ-ın 30 ən iri sənaye şirkətlər qrupunun səhmlərinin orta məzənnə göstəricisidir. Bu indeks gündəlik olaraq birjanın bağlanmaısı zamanına hesablanır.

Nasdaq indeksi – özünün xüsusi satış hərraclarına malik olan birjadan kənar kompyuter sisteminin aparıcı indeksidir.

Nikkey indeksi Tokio birjasında Yaponiyanın 225 ən iri şirkətinin səhmlərinin orta qiyməti əsasında müəyyənləşdirilir.


Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin