4000
3000
2000
1000
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
0
|
1
|
2
|
3
|
4
|
5
| Əmək vahidi
Şəkil 21. Məhsul buraxılışı və əmək vahidinin qarşılıqlı əlaqəsi
Qrafikdən göründüyü kimi üçüncü əmək vahidinin əlavə olunması məhsul yığımının nisbətən az artımına gətirib çıxarır.
Даhа бир ресурс ваhидинин дяйишмяси иля ялагядар бурахылмыш мяhсул сон hядд мяhсулу адланыр.
Onun qrafiki təqdimatı aşağıdakı kimidir.
Son hədd məhsulu (əmək vahidinə)
3000
2000
1000
MR
-
Əmək vahidi
Şəkil 22. Son hədd məhsulunun qrafik təqdimatı
Təcrübədə bir çox hallarda orta göstəricini, daha doğrusu bir vahid əmək resursuna nə qədər məhsul buraxıldığını müəyyənləşdirmək lazım gəlir. Tutay ki, bizim misalda bir əmək vahidinə əvvəlcə 2 ton (2000:1=2000), sonradan məhsul buraxılışının dəyişməsi nəticəsində isə ton yarım (3000:2=1500) yemiş düşür.
Орта мяhсул - мяhсул бурахылышынын hяъминин гейд олунан ресурса нисбятидир.
Aşağıda təqdim olunmuş 10-cu cədvəlin məlumatlarından istifadə etməklə, orta və son hədd məhsulu göstəricisini asanlıqla təyin etmək olar.
Cədvəl 11
Əmək vahidi
(1)
|
Ümumi
məhsul, kq (2)
|
Üstəlik
məhsul, kq (3)
|
Orta məhsul,kq
(4)=(2): (1)
|
0
|
0
|
|
|
1
|
2000
|
2000
|
2000
|
2
|
3000
|
1000
|
1500
|
3
|
3500
|
500
|
1167
|
4
|
3800
|
300
|
950
|
4-cü sütunun məlumatlarına diqqət yetirək.
Yetişdirilmiş yemişin orta miqdarını tapmaq üçün məhsulun ümumi həcmini sərf olunmuş əməyin ölçüsünə bölmək lazımdır.
İndi isə 3-cü sütunun məlumatlarına nəzər salaq. Son hədd məhsulu müxtəlif miqdarda əmək sərfinə uyğun surətdə buraxılmış məhsulun əvvəlkindən fərqi ilə müəyyənləşdirilir. Daha doğrusu son hədd məhsulu bir əmək vahidinin əlavə olunması hesabına məhsul buraxılışının nə qədər artımını ifadə edir. Cədvəl məlumatlarına - sütunlarına bir daha nəzər yetirməklə iqtisadiyyatın başlıca qanunlarından birini- Azalan qaytarma qanununu aydınlaşdıra bilərik.
Азалан гайтарма гануну hяр бир йени
ресурс ваhидинин артырылмасына эюря мяhсул бурахылышынын эетдикъя азалмасыны
характеризя едир.
Bu qanunun prinsiplərini bizim misalımıza tətbiq etsək görərik ki, yeni əmək resurslarının cəlb edilməsi nəticəsində avadanlığın yüklənməsi, torpaq ərazisinin korlanması halları çoxalmaqla son hədd məhsulunun buraxılışı və ya faktiki olaraq əlavə yetişdirilmiş yemişin miqdarı aşağı düşəcək.
Gəlin, başqa bir misal üzərində firmanın məsrəflər konsepsiyasının öyrənməyə çalışaq (məsrəf və xərc-sinonim sözlərdir).
Bu məqsədlə çox da böyük olmayan, ayaqqabı istehsalı üzrə ixtisaslaşmış firmanın fəaliyyətinə nəzər yetirək. İstehsal üçün ona bir sıra zəruri resurslar, konkret olaraq tikiş sexi, avadanlıq, xammal və materiallar, o cümlədən dəri, yapışqan, rəng və sairə, eləcə də mütəxəssis - pinəçilər lazımdır.
Eyni zamanda nəzərdən qaçırmayaq ki, firmada müdiriyyət (direktor, mühasib və digər qulluqçular), həmçinin köməkçi heyət (gözətçi, yükdaşıyan, süpürgəçi və sairə) fəaliyyət göstərir.
Bütün bu işçilər heç də bilavasitə ayaqqabı tikişində iştirak etmirlər.
Yeri gəlmişkən, unutmaq lazım deyil ki, firma bütün xərclərini məhsul satışından əldə etdiyi vəsait hesabına ödəyir.
Firmanın xərclərinin bir hissəsi sabit və ya bəzən də fiksə edilmiş xərclər adlanır. Bu xərclər məhsul buraxılışının həcmindən asılı deyildir.
Məsələn, gözətçinin məvacibinə diqqət yetirək. Onun vəzifəsi fabriki qorumaqdır. Onun maaşı fabrikin işləyib-işləməməsindən, orda ayaqqabının çox və ya az istehsal edilməsindən asılı deyildir. O öz işini yerinə yetirir - ərazini qoruyur və buna görə də sabit əmək haqqı alır.
Və yaxud fabrikin icarəyə götürdüyü sex binalarına nəzər salaq. Hətta fabrik hansısa dövrlərdə işləməsə belə icarəyə götürdüyü tikiliyə görə haqq ödəməyə məcburdur.
Fabrik üç növbədə işləyib, daha çox ayaqqabı buraxsa da belə bu haqqın məbləği dəyişməyəcək.
Başqa bir misal kimi telefona görə abonent haqqını göstərək. Yenə də əvvəlki misallarda olduğu kimi onun məbləği fabrikin istehsal etdiyi məhsulun həcmindən heç cürə asılı deyil.
Сабит (фикся едилмиш) хяръляр о хяръляря
дейилир ки, онларын юлчцсц мяhсул бурахылышынын
hяъминдян асылы дейил.
Sabit xərclər müxtəlif formalarda olur və firmalarda adətən onu ümumi qaimə xərcləri adı ilə rəsmiləşdirirlər. Müasir xarici iqtisadi ədəbiyyatlarda sabit xərcləri FC-lə (Fixed cost) işarə edirlər.
Firmanın məsrəfləri ilə bağlı tədqiqatımızı davam etdirəndə sabit xərclərlə yanaşı, dəyişən xərclərin də mövcudluğunu aşkara çıxarırıq. Dəyişən xərclər barədə yəqin ki, sizdə artıq müəyyən təsəvvür yarandı. Belə xərclər məhsul buraxılışının həcmindən asılı olaraq dəyişir.
Tutaq ki, hansısa ayaqqabı sexində gündə 30 cüt ayaqqabı tikilir. Sexin sahibi istehsalın həcminə uyğun miqdarda dəri, yapışqan, mıx, rəng və sairə alır. İşçi götürür və onlara əmək haqqı verir.
Əgər, sahibkar bir müddətdən sonra gündəlik istehsalını 45 cütə qaldırmaq qərarına gəlirsə, onda lazım olan resurslar, o cümlədən dəri, rəng və s. bəs etməyəcək. Buna görə, daha çox material almaq zərurəti yaranacaq. Tezliklə, ikinci növbəni təşkil etmək üçün yeni işçilər götürmək tələb olunacaq. Bu o deməkdir ki, 45 cüt ayaqqabı istehsalının xərcləri 30 cüt ayaqqabının buraxılışına nisbətən artacaq.
Дяйишян хяръляр о хяръляря дейилир ки,
онлар мяhсул бурахылышынын hяъминдян
асылы олараг дяйишир.
Bu xərclər bir neçə dəfə dəyişə bilər. Onun dəyişməsinin həcmi istehsalın həcminin artıb - azalmasından asılıdır.
Dəyişən xərclər istehsalın miqyasından, xammal, materialların qiymətindən, işçilərin əmək haqqın səviyyəsindən və s.-dən asılı olaraq dəyişir. Adətən, onu VC (variable cost) ilə işarə edirlər.
Dostları ilə paylaş: |