Узунмцддятли дювр - фирманын юз истеhсал эцъцнцн дяйишдирилмясиня сярф етдийи мцддятдир.
Uzunmüddətli dövrdə bütün xərclər dəyişkən olurlar.
Bəs, nəyə görə bu dövrdə bütün xərclər dəyişilir?
Ona görə ki, uzunmüddətli dövrdə sahibkar öz istehsalının gücünü artırdığından onun sabit xərcləri də çoxalır.
Firmanın fəaliyyəti ilə bağlı xərclər müxtəlif tipli bazarlarda da fərqlənir.
Gəlin, qısa müddətli dövrdə və rəqabətli bazarda firmanın fəaliyyətinə diqqət yetirək.
Biz öyrəndik ki, istənilən firmanın maræinal gəliri maræinal xərclərə bərabər olanda mənfəəti maksimumlaşır.
Mükəmməl rəqabətli bazarda fəaliyyət göstərən firmalar üçün maræinal gəlir qiymətə bərabər olur. Bəs bu nəyə görə baş verir? Yadınıza salın ki, belə bazarda fəaliyyət göstərən firmalardan heç biri bazar qiymətinə təsir edə bilmir. Onlar yalnız bazar qiyməti ilə razılaşır və öz qiymətlərini onun ətrafında təyin edirlər.
Gəlin, firmanın orta sabit, orta dəyişən, orta ümumi və maræinal xərclərinin əyani təsvirinə çalışaq. Bütün bu xərclər 25-ci qrafikdəki formada görsənəcək.
Dostları ilə paylaş: |