Əmək resursları-bu bizik!
Hər kəsə əməyinə görə!
Və ya bazar qüvvələri əmək haqqını necə
müəyyənləşdirir
Əmək resurslarının təkamülü
(tədrici inkişafı)
Əməyin diskriminasiyası.
Əmək haqqına təsir göstərən
digər qeyri - bazar qüvvələr
Əməyin stimullaşdırılması
Hər kəsə əməyinə görə! Və ya bazar qüvvələri əmək haqqını necə müəyyənləşdirir?
Siz heç şübhəsiz ki, orta məktəbi bitirəndən sonra təhsilinizi kollecdə, yoxsa universitetdə davam etdirməyiniz haqqında düşünür və bəziləriniz bu istəyi reallaşdırmağa üstünlük verirsiniz. İstənilən halda, fərqi yoxdur, sizlərin əksəriyyəti nə vaxtsa - tez və yaxud da gec - əmək bazarına müraciət edəcəksiniz!
Hansısa vaxtdan etibarən sizlər əmək resurslarına münasibət göstərəcəksiniz!
Əmək bazarı işsizlərin toplaşdığı konkret yer deyil. Bu bazarın digər bazarlarla oxşarlığı da, fərqi də mövcuddur.
Ямяк базары - инсанлара иш тапмагда кюмяклик эюстярян васитядир, тяшкилатдыр. О инсанлара юз габилиййятляриня вя баъарыьына эюря иш тапмаьа шяраит йарадан иътимаи вя дювлят механизмидир.
Əmək bazarı vasitəsilə həm də müxtəlif firmalar və təşkilatlar onlar üçün lazım olan işçilərlə təmin olunurlar.
Beləliklə, əmək bazarında öz "əmək resurslarını" təklif edən işçilər (satıcılar) və məlum profil üzrə işçiyə tələbatı olan alıcılar (işəgötürənlər) fəaliyyət göstərirlər.
Bu bazarda da digər bazarlarda mövcud olan iqtisadi qanunlar, daha doğrusu, tələb və təklif qanunu fəaliyyət göstərir. Burada işçilər satıcı rolunda çıxış edərək, öz əməyini təklif edir. Firmalar isə alıcı rolunda çıxış edərək, təklif olunan məhsulu, daha doğrusu əməyi alırlar.
Əgər biz əməyə tələb və təklifin qrafikini qursaq, onun əyrisi əvvəlki fəsillərdə öyrəndiyimiz standart əyridən heç nə ilə fərqlənməyəcək. Yalnız bu qrafikin şaquli xəttində "Əməyin miqdarı", üfüqi xəttində isə "əmək haqqı" qeyd olunacaq.
Gəlin, bu suallara cavab axtaraq. Nəyə görə müxtəlif işçilərin əmək haqları fərqlidir? Nəyə görə, yüksək ixtisaslı xarratın əmək haqqı yardımçı təsərrüfatda çalışan fəhləninkindən çoxdur? Hətta, onlara tələbat demək olar ki, eyni olanda da həmin fərq mövcuddur. İş burasındadır ki, əməyin təklifi əhəmiyyətli dərəcədə fərqlidir. Çünki, yüksək ixtisaslı işçilərin sayı, ixtisassızlara nisbətən azdır.
Bu vəziyyəti özündə əks etdirən 28 və 29-cu qrafiklərə nəzər yetirək.
Əmək haqqı
P
S
Dostları ilə paylaş: |