S (Hindistan)
D
Əməyin miqdarı Q
Şəkil 28. İngiltərə və Hindistanda əməyin tələb və təklif əyrisi
Aydındır ki, Hindistanda əmək haqqının aşağı səviyyəsi iş qüvvəsi təklifinin çoxluğu ilə izah olunur.
Oxşar qrafikləri ABŞ və Meksikanın əmək bazarları üzrə də quraq. (şəkil 29)
Əmək haqqı
P
S
D (ABŞ)
D(Meksika)
Əməyin miqdarı Q
Şəkil 29. ABŞ və Meksikada əməyin tələb və təklif əyrisi
Göründüyü kimi, Meksikada əmək haqqı ABŞ-dan aşağıdır və bu başlıca olaraq onunla izah oluna bilər ki, Meksikada əməyə tələb əyrisi ABŞ-a nisbətən sola və aşağıya doğru daha çox meyllənib.
Deyilənləri yekunlaşdıraraq özümüz üçün aşağıdakı nəticələri çıxaraq.
Müxtəlif ölkələrdə əmək haqqının fərqli səviyyəsi iqtisadiyyatın əsas qanunu, daha doğrusu, tələb və təklif qanunu ilə izah oluna bilər. Orta əmək haqqı səviyyəsi öz-özünə yüksələ bilməz. Onu müxtəlif ölkələr hökmən "qazanmalı və onun artımına yönələn əmək haqqı siyasəti yeritməlidirlər".
İndi isə gəlin, aydınlaşdıraq görək ki, nəyə görə firmalar əmək haqlarını yuxarı qaldırmaqda «xəsislik» edirlər?
Axı, belə olan halda əhali daha çox pul qazanmaqla çoxlu miqdarda mal almaq imkanlarına malik olur. Mallara olan tələbatın yüksəlməsi isə istehsalçıların öz buraxılışlarını çoxaltmağa gətirib çıxaracaq. İstehsalatın artması da işçi qüvvəsinə tələbatın çoxalmasını şərtləndirəcək, deməli yenidən əmək haqları artacaq.
Digər tərəfdən də sahibkar mənfəət naminə bizneslə məşğul olur. Biz isə bilirik ki, mənfəət müəyyən dövrə əldə olunmuş gəlirdən bütün xərcləri çıxdıqdan sonra yerdə qalan vəsait hesabına yaranır.
Əgər işçilərə ödənilən əmək haqqı birdən-birə artırılarsa, onda ümumi xərclər də çoxalacaq və nəticədə sahibkar nisbətən az mənfəət əldə edəcək. Deməli, məhsul buraxmaq sərfəli olmayacaq.
Ola bilər ki, çoxlu sayda məhsul istehsalına başlamaqla, miqdar artımı hesabına əvvəlki tək normal mənfəət qazanmaq mümkün olsun. Lakin bunun üçün istehsal gücünü tez bir zamanda artırmaq lazım gəlir ki, bir çox hallarda da müəssisənin sahibi buna tam şəkildə hazır olmur.
Axı, bu iş o qədər də asan deyil. Yeni avadanlıq tapmaq, onu almaq, quraşdırmaq, əlavə xammal və materiallar cəlb etmək tələb olunur. Bütün bunlara isə vaxt və xeyli miqdarda əlavə pul vəsaiti lazımdır.
Əmək haqqını artırmaq istəyən sahibkar ziyan əldə etməkdən ötrü tezliklə qiymətləri bahalaşdırır. Lakin belə olan halda işçi aldığı yüksək əmək haqqı ilə çoxlu mal ala bilmir. Deməli, onun həyat səviyyəsi yenə aşağı səviyyədə qalır.
Göründüyü kimi, əmək haqqını sadəcə olaraq qaldırmaq heç bir sahibkara sərf etmir və bunun üçün ilk növbədə satışın həcmini, firmanın gəlirini çoxaltmaq lazımdır.
Gəlin, birlikdə daha bir misalı aydınlaşdıraq. Təsəvvür edək ki, 5 pinəçinin işlədiyi ayaqqabı tikişi üzrə çox da böyük olmayan emalatxanamız var. Pinəçinin hər birinin aylıq əmək haqqı 200 min manatdır. Tutaq ki, onlar gündə 10 cüt ayaqqabı tikirlər.
Bu hesabla ay ərzində 20 iş günü fəaliyyət göstərən pinəçilər tərəfindən 200 cüt ayaqqabı tikilir və sahibkar pinəçilərə ayda 1 milyon manat əmək haqqı verir.
Sahibkar ayaqqabının cütünü 30 min manata satır. Bu zaman istehsal və satışın maya dəyəri 25 min manat təşkil edir. Hər cüt ayaqqabı satışından sahibkara mənfəət formasında 5 min manat vəsait çatır.
İndi isə müəyyənləşdirək görək hər cüt ayaqqabının maya dəyərində əmək haqqı xərcləri nə qədərdir. Bunun üçün 1 milyon manatlıq əmək haqqını 1 ayda istehsal olunmuş ayaqqabının miqdarına bölək (1.000.000:200=5.000). Nəticə, 5000 manat alınır.
İndi fərz edək ki, sahibkar istehsalını 2 dəfə artırmaq məqsədilə yeni emalatxana quraşdırıbdır. Təbii ki, əvvəlki illə müqayisədə xeyli mükəmməl avadanlığın quraşdırılmasına baxmayaraq, indi daha çox işləmək tələb olunacaq. Tezliklə ayaqqabı istehsalı 400 cütə çatacaq belə olan halda çox güman ki, pinəçilər tələb edəcək ki, sahibkar onların maaşlarını da 2 dəfə artırsın.
Gəlin, bu cür tələbin irəli sürülməsində pinəçilərin nə qədər haqlı olduğunu aydınlaşdırmağa çalışaq.
Əvvəlcə, müəyyənləşdirək görək hər cüt ayaqqabının maya dəyərində əmək haqqı xərcləri nə qədər artıb. Əvvəlki əmək haqqı səviyyəsini saxlasaq, indi 1 cüt ayaqqabının tam maya dəyərində əmək haqqı xərci (1000000:400) 2.500 manat təşkil edəcək. Deməli, hər cüt ayaqqabı üzrə tam maya dəyəri 2.500 manat azalaraq 22.500 manat səviyyəsinə düşəcək və beləliklə də sahibkarların mənfəəti 7500 manat olacaq (30.000-22500=7500).
Nəzəri cəhətdən sahibkarın işçilərinin əmək haqqını 2 dəfə artırması mümkündür. Lakin, belə olan halda onun gəliri əvvəlki səviyyədə qalacaq. Məgər, bu ədalətlidirmi? Axı, o əlavə avadanlıq, xammal, material alınmasına xeyli vəsait xərcləmiş və onlar vasitəsilə əmək məhsuldarlığının yüksəlməsini, məhsul satışını stimullaşdırmışdır.
Sahibkar tezliklə əmək haqqını 1,5 dəfəyədək artıra bilər (burda konkret hədd yoxdur) və belə olanda bu dəyişiklikdən hamı udacaq. Əmək haqqının artımı səviyyəsi əmək məhsuldarlığının artımından asılıdır və bu zaman aşağıdakı cədvəldə təqdim edilən dəyişikliklər baş verir.
Cədvəl 14
Dostları ilə paylaş: |