Фуат рясулов


Əməyin stimullaşdırılması



Yüklə 4,2 Mb.
səhifə93/176
tarix01.01.2022
ölçüsü4,2 Mb.
#103376
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   176
Əməyin stimullaşdırılması

Biz sizinlə artıq işə götürülmə ilə əlaqədar danışmışıq. Fərz edək  ki, siz də həmin qaydalarla işlə təmin olunmusunuz. Bu vaxtdan etibarən, iqtisadi münasibətlərin iştirakçılarının (işçi və işəgötürənin) qarşısında yeni problemlər əmələ gəlir:

- işçi fikirləşir ki, necə etmək olar ki, öz əməyinə görə yüksək məvacib alsın.

- işəgötürən isə düşünür ki, necə  edim ki, işçi daha yüksək məhsuldarlıqla çalışsın.

İnsanlar əməyin stimullaşdırılmasının müxtəlif üsullarını bilsələr də, onlardan əsasları aşaüıdakılardır:

- əmək haqqı vasitəsilə stimullaşdırma

- işçiləri işlədiyi müəssisənin sahibliyinə və yaxud da idarəetmə heyətinə cəlb etmək.

Əvvəlcə əmək haqqı vasitəsilə stimullaşdırmanı aydınlaşdıraq.

Bütün dünyada ən çox rastlaşdıüımız əməyin ödənilməsi forması vaxta və işə muzddur.

Vaxtamuzd zamanı işçi müəyyən vaxt ərzində öz vəzifə öhdəliklərini yerinə yetirdiyinə görə maaş alır. Məsələn, gözətçi müəyyən olunmuş məvacibi ona görə alır ki, o üç gündən bir axşam saat 9-dan səhər saat 7-yə qədər obyekti qoruyur. Onun əmək haqqının səviyyəsi vaxtdan asılı olaraq dəyişir. Daha doürusu, o iki gündən bir işləyirsə, onda yüksək maaş alacaq. Əməyin ödənilməsinin vaxtamuzd formasına görə, işçi yerinə yetirdiyi hər bir məmulatın buraxılışına görə əmək haqqı alır.

Məsələn, xarrat istehsal etdiyi pəncərə və qapıların sayından asılı olaraq məvacib qazanır. O nə qədər çox istehsal edərsə, bir o qədər də çox qazana bilər. Hər iki sistem sadə olduüuna görə bütün dünyada çox yayılıb.

Əməyin ödənilməsinin vaxtamuzd formasında əmək haqqının səviyyəsi görülmüş iş saatlarının miqdarından birbaşa asılıdır.

Əməyin ödənilməsinin işəmuzd formasında əmək haqqı  yerinə yetirilmiş istehsalat əməliyyatlarının və ya hazırlanmış məhsulların miqdarından birbaşa asılıdır.

Əməyin stimullaşdırılmasının ikinci forması bütün dünyada geniş yayılsa da, bizim ölkəmizdə hələ ki, çox tətbiq olunmur.



Səbəblər çox olsa da, başlıca səbəb ölkədə  bazar iqtisadiyyatının zəif inkişafı, özəl istehsalçıların sayının azlıüı ilə izah oluna bilər.

Gəlin aydınlaşdıraq görək, bu nə ilə yekunlaşa bilər?

Bu formanın mahiyyəti ondan ibarətdir ki, burda işçinin müvəffəqiyyəti yalnız şəxsi  göstəricilər üzrə deyil, müəssisə üzrə bütövlükdə qiymətləndirilir.

Psixoloqların rəylərinə görə, hər bir işçi müəssisənin idarəedilməsində iştirak etməkdə maraqlıdır, o bununla hörmətli olmaüa can atır. Bir sözlə, insanlar firmaların uüurlarında iştirakdan zövq alırlar.

Yeri gəlmişkən qeyd edək ki, əməyə münasibətdə belə yanaşmaya ilk dəfə olaraq Asiyada, konkret surətdə Yaponiyada üstünlük verilib. Bu daha çox hər bir şəxsiyyətə, güclü menecerlərə, bir sözlə fərdiliyə ünvanlanıb. Hazırda Avropa ölkələri və ABŞ da "uüurda  iştirakın Yapon modeli"ndən bəhrələnməyə çalışırlar.

Əməyin ödənilməsindən söhbət edərkən, pensiya "stimullaşdırılması"na xüsusi fikir vermək lazımdır. Siz gəncsiniz, sizə elə görsənir ki, həyat əbədidir, lakin hər  bir insan qocalmaüa məhkumdur.

Mövcud əmək qanunvericiliyinə görə hər bir vətəndaşa işləməyə görə də zaman məhdudiyyəti tətbiq olunur. Azərbaycanda müvafiq qanunvericiliyə görə, qadınlar  56, kişilərsə 61 yaşında təqaüdə çıxırlar. Yaxın gələcəkdə pensiya yaşının qadınlar üçün 60-a, kişilər üçünsə 65-ə çatdırılması nəzərdə tutulub. Hesab olunur ki, bu yaşdan sonra onlar normal əmək yükündən əziyyət çəkə bilərlər. Axı, həyat bu yaşda qurtarmır? Bəs bundan sonra nə ilə yaşamalı? Dövlət deyə bilər ki, bu problemi hər bir kəs özü həll etsin, mütləq həmin gün üçün vəsait yıüsın.

Təbii ki, belə yanaşma məntiqi cəhətdən də düz deyil. Çünki,  hamının gəlirləri də eyni deyil, kimisi çox, kimisi isə az qazanır. Hər bir ölkədə pensiya təminatını ödəyən dövlət və ya qeyri-dövlət sığorta sistemi mövcuddur və bu sistemə görə təqaüd yaşlı insanın pensiya almaq hüququ vardır.



Pensiya - qanunla müəyyən edilmiş yaş həddinə çatan, əlil olan, ailə başçısını itirən vətəndaşların, habelə müəyyən peşə fəaliyyəti ilə baülı olaraq uzun müddətli əmək qabiliyyətsiz şəxslərin maddi təminatı üçün dövlət büdcəsindən və büdcədənkənar xüsusi fondlardan verilən aylıq pul ödəməsidir.



Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin