Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Elmi-Metodiki Şuranın 04.07.2002-ci il tarixli 16 saylı protokolu əsasında dərs vəsaiti kimi təsdiq olunmuş və təhsil nazirinin 11.07.2002-ci il tarixli 767 saylı əmrilə qrif verilmişdir
Bakı – «Elm» - 2004
Elmi redaktor:AzərbaycanDövlətİqtisadUniversitetinindosenti,
i.e.n. AzərMehtiyev Rəyçilər:Xəzər Universitetinin professoru M.N.Nuriyev
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru R.B.Əliyev
Kitabda iqtisadiyyata girişin, mikroiqtisadiyyat, makroiqtisadiyyat və beynəlxalq ticarətin əsas anlayış və prinsipləri təqdim olunmuş, müasir iqtisadi biliklərin mənimsənilməsi üçün vacib hesab edilən iqtisadi kateqoriya, hadisə və qanunların şərhi verilmişdir. Dərs vəsaitində klassik və müasir iqtisadi nəzəriyyələrin başlıca tezislərinin, bazar iqtisadiyyatının əsas anlayışlarının, həmçinin iqtisadiyyatın tədrisi prosesində daha çox işlənən terminlərin izahına, iqtisadi fikir tarixindən seçmələrə, müzakirə üçün suallara, testlərə də geniş yer ayrılmışdır.
Kitab qeyri-iqtisad ali məktəblərinin tələbələri, kolleclərin, litseylərin və orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, habelə «İqtisadiyyata giriş» fənnini tədris edən müəllimləri üçün nəzərdə tutulmuşdur. Kitabdan iqtisadiyyatı müstəqil surətdə öyrənmək istəyənlər də istifadə edə bilər.