Sosial transfertlər - müxtəlif səviyyəli büdcələrdən, büdcədənkənar fondlardan, ictimai təşkilatların vəsaitlərindən əhaliyə edilən əvəzsiz ödənişlərdir. Sosial transfertlərə aiddir: bütün növ pensiyalar (qocalığa, əlilliyə, ailə başçısının itirilməsinə və xidmət müddətinə görə, sosial pensiyalar və s.); bütün növ təqaüdlər; bütün növ müavinətlər; kompensasiya ödənişləri və güzəştlər, habelə sanatoriyalara, istirahət evlərinə göndərişlərin (putyovkaların) dəyərinin ödənilməsi formasında maddi yardımlar. Bundan başqa, əhaliyə natural formada transfertlər - haqqı ödənilmədən və ya güzəştli qiymətlərlə əmtəə və xidmətlər təqdim olunur. Bunlara təhsil, mədəniyyət, idman, sosial təminat, mənzil-kommunal və s. sahələrdə xidmətlər aiddir.
ÜDM-lə yanaşı istifadə olunan göstəricilərdən biri də milli gəlirdir.