2. Qiymətlərin sabitliyi dedikdə iqtisadiyyatda elə vəziyyət təsvir olunur ki, bu zaman ümumi qiymətlərin orta səviyyəsi nə artır, nə də ki azalır. Lakin bu heç də o demək deyildir ki, ayrıca hansısa bir malın və ya xidmətin qiyməti dəyişmir. Təbii ki, iqtisadiyyatda belə hal mümkün deyildir. İstənilən halda müəyyən dövrə ayrıca malların qiyməti dəyişir: bəzilərinin qiyməti bahalaşır, digərlərininki isə ucuzlaşır. Lakin ola bilər ki, son nəticədə qiymətlərin orta səviyyəsi sabit qalsın.
İqtisadi dillə desək qiymətlərin orta səviyyəsinin davamlı surətdə artımı inflyasiya, azalması isə deflyasiya adlanır.