Фуат рясулов



Yüklə 4,2 Mb.
səhifə126/176
tarix01.01.2022
ölçüsü4,2 Mb.
#103376
növüDərs
1   ...   122   123   124   125   126   127   128   129   ...   176
CPİ dəyişikliyi 165-150

Qiymət dəyişməsi = -------------------------- X 100 % = ------------- X 100 % = 10%

Başlanğıc CPİ 150

İNFLYASİYA KİMLƏRƏ ZİYAN VURUR, KİMLƏRƏ FAYDA VERİR?
Bir az əvvəl biz öyrəndik ki, inflyasiya iqtisadiyyatda orta  qiymətlərin əvvəlki dövrlə müqayisədə nisbətən sürətli artımıdır. Yüksək inflyasiya, əlbəttə ki, iqtisadiyyatda arzuolunmaz hadisə hesab olunur. Lakin, inflyasiya şəraitində iqtisadi fəaliyyətin heç də bütün iştirakçıları, bütün təsərrüfat subyektləri uduzmurlar. Fikrimizi,  konkret misallarla izah edək.

Banklar inflyasiya şəraitində ayırdıqları kreditləri geri alarkən uduzurlar. Çünki, onların geri aldıqları pullar inflyasiyanın təsirindən dəyərsizləşmiş və nəticədə alıcılıq qabiliyyətinin bir hissəsini itirmiş olur. Bu halda bankdan krediti götürənlər udur. Çünki borcunu nisbətən "ucuzlaşmış" pulla qaytarmış olur. Pullarını banklara uzun müddətə sabit faizlə qoyan əmanətçilərin hamısı uduzurlar. İnflyasiya həmin pulları bank faizinin gətirdiyi fayda ilə müqayisədə daha böyük həcmdə dəyərsizləşdirir. Əmanətçilər yüksək faizlərin gətirdiyi üstünlüklərdən qazanc götürə bilmirlər. Bu zaman çoxlu miqdarda daxili borcu olan hökumət udur. Axı belə olan halda hökumət borcları nisbətən "ucuz" pulla qaytarır (Daxili borca dövlət müəssisə və idarə işçilərinə olan əmək haqqları, dövlət sifarişləri üzrə yerinə yetirilmiş işlər və göstərilmiş xidmətlərə görə  borclar daxildir). Yaxın illərdə göstərəcəyi xidmətlərə görə, dəyişməz tariflər üzrə müqavilə bağlayan firmalar da uduzurlar. Belə olan halda gəlir az olsa da, xərclər artır, nəticədə mənfəət olmur. Bu siyahını bir az da uzatmaq olardı. Lakin deyilənləri qısaca belə yekunlaşdırmaq məqsədəuyğundur:

İnflyasiya şəraitində:

- Daşınmaz əmlak kimi real aktivlərin sahibləri və borclular UDURLAR!

- Pullarını borca verənlər, əmanətə qoyanlar isə UDUZURLAR!
İqtisadi artımın ölçülməsi

İqtisadi artımı ölçmək üçün biz iqtisadiyyatda istehsal olunmuş əmtəə və xidmətlərin həcminin bir dövr ərzində digəri ilə müqayisədə artımını tapırıq. Adətən iqtisadi artımı müəyyənləşdirmək üçün Ümumi Daxili Məhsul göstəricisindən istifadə olunur.

Biz bu barədə əvvəlki fəsildə az da olsa söhbət aparmışdıq. Lakin, bu göstəricinin əhəmiyyətini nəzərə alaraq, yenidən diqqətimizi ona yönəldək.

Ümumi daxili məhsul (ÜDM) - milli hesablar sisteminin ən mühüm göstəricilərindən biridir. ÜDM istər istehsal, istərsə də xidmət sahələrində ölkənin rezidenti sayılan iqtisadi vahidlərin istehsal fəaliyyətinin son nəticəsini  xarakterizə edir və bu vahidlərin son istehlakı üçün məhsul və xidmətlər istehsalı üzrə yaratdığı əlavə dəyərin həcmi ilə ölçülür.

Gəlin, əvvəlcə ÜDM-ə verilən tərifdən irəli gələn 2 terminin (milli hesablar sistemi və rezidentlər, qeyri-rezidentlər) mahiyyətinə varaq.





Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin