Фуат рясулов



Yüklə 4,2 Mb.
səhifə136/176
tarix01.01.2022
ölçüsü4,2 Mb.
#103376
növüDərs
1   ...   132   133   134   135   136   137   138   139   ...   176
İ qtisadi fikir tarixindən



Jan - Batist Sey (1767- 1832)
Jan - Batist Sey - fransız iqtisadçıdır. Dəyər nəzəriyyəsi, istehsalın üç amili haqqında baxışlar və mübadilə nəzəriyyəsi ona məxsusdur. Sey hesab edirdi ki, istehsalın üç amili –əmək, kapital və təbiət (torpaq) üç əsas gəlirə uyğundur: iş qüvvəsi əmək haqqını, kapital faizi, torpaq rentanı yaradır. Hər üç gəlirin məbləği məhsulun dəyərinin ölçüsünü müəyyən edir. O, faydalılığı dəyərin əsası hesab edirdi. Sey həmçinin qeyd edirdi ki, əşyanın dəyəri onun qiyməti ilə ölçülür, qiyməti isə faydalılıq müəyyən edir.

Sey təsdiq edirdi ki, istehsalçı öz məhsulunun qiyməti barədə xəbər verərkən əmindir ki, onun malı o adamlar tərəfindən qiymətləndirilərək alınacaq ki, onların bunu almağa vəsaiti olsun. Belə vəsait digər məhsullardan, məhsuldar sənayedən, kapitaldan, torpaqdan ibarətdir. Buradan da o, nəticə çıxarır ki, «satış üçün məhsul istehsalatın özündə yaranır». «Satmaq olmaz, ona görə ki, pul azdır» tezisinə qarşı Sey başqa bir tezis qoyur: «satmaq olmaz, ona görə ki, digər məhsullardan azdır». Sey təsdiq edir ki, «pul həmişə kifayət qədərdir ki, tədavülə və qiymətlilərin qarşılıqlı mübadiləsinə xidmət etsin» . Sey qeyd edir ki, istehsalçı öz məhsulunu satarkən çalışır ki, «yalnız öz məhsulunun qiymətinə elə məhsullar alsın ki, bunlar ona istehlak üçün lazım olsun», deməli, satıcı bütövlükdə pul axtarmır və onda lüzum görmür, əgər ona malik olmağı arzulayırsa, deməli onu öz istehlakını təmin edən əşyalara dəyişir. Bunlar Seyin mübadilə nəzəriyyəsinin əsas tezislərini təşkil edir.



Xülasə
1

. İstənilən dövlətin başlıca iqtisadi məqsədlərinə ölkə vətəndaşlarının tam məşğulluğunu,  əmtəə və xidmətlərin qiymətlərinin sabitliyini, ölkədə iqtisadi artımı təmin etmək daxildir.Tam məşğulluq dedikdə əksər əhalinin iqtisadiyyatda təminatlı əmək haqqı olan iş yerləri ilə təmin olunması başa düşülür. Qiymətlərin  sabitliyi dedikdə iqtisadiyyatda elə vəziyyət  təsvir olunur ki, bu zaman ümumi qiymətlərin orta səviyyəsi nə artır, nə də ki azalır.İqtisadi artım iqtisadiyyatda uzun müddət ərzində  daima artan miqdarda əmtəə və xidmətlərin buraxılışı zamanı baş verir. Bu artım əhalinin artımını qabaqladıqda hər adambaşına düşən məhsul və xidmətlər buraxılışı da getdikcə çoxalır.

2. İşsizliyin 4 tipi mövcuddur:

- Friksion işsizlik;

- Tsiklik işsizlik;

- Struktur işsizlik;

- Mövsümi işsizlər.
3. İqtisadiyyatda ümumi qiymətlərin orta səviyyəsinin ölçülməsi üçün qiymət indeksindən istifadə olunur. Digər qiymət indeksləri də vardır. Onlardan ən çox istifadə olunanları aşağıdakılardır:


  • İstehsalçıların qiymət indeksi.

  • ÜDM -in deflyatoru

4. Qiymətlərin orta səviyyəsinin əvvəlki dövrlərə nisbətdə davamlı surətdə artımı inflyasiya, azalması isə deflyasiya adlanır.

5. İqtisadçıların fikir ayrılığının səbəbləri aşağıdakılarla izah olunur.

- Müxtəlif müddət çərçivəsi;

- Fərqli yanaşmalar;

- Müxtəlif iqtisadi nəzəriyyələr;

- Fərqli qiymətləndirmələr.


Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin