Фуат рясулов


Məcmu tələbin dəyişikliyi (əyrinin hərəkəti) müşahidə olunur, o zamani



Yüklə 4,2 Mb.
səhifə139/176
tarix01.01.2022
ölçüsü4,2 Mb.
#103376
növüDərs
1   ...   135   136   137   138   139   140   141   142   ...   176
8.4. Məcmu tələbin dəyişikliyi (əyrinin hərəkəti) müşahidə olunur, o zamani:

a) İstehlak qiymətləri indeksi dəyişir

b) İstehsalat resurslarının qiyməti dəyişir

c) İstehlakçıların gözləmələri dəyişir

d) Məhsuldarlıq dəyişir

e) Enerji daşıyıcılarının qiyməti dəyişir.



Doqquzuncu fəsil
Bu fəsli oxuyarkən aşağıdakı
termin və anlayışlara diqqət yetirin:



  • Pul – bu hər şeydir




  • Pul və onun funksiyaları




  • Mübadilə və mübadilə vasitəsi




  • Monetarist monetar siyasət




  • Pul kütləsi və onun aqreqatları



Tarixən insanların əmtəə və xidmətlərin istehsalı üzrə ixtisaslaşması dərinləşdikcə  natural mübadilə əməliyyatlarının aparılması getdikcə çətinləşirdi. Bu zaman hansısa bir universal mübadilə vasitəsinə tələbat meydana çıxırdı. Pulun yaranmasına səbəb  ticarətin sürətli inkişafı oldu ki, o da mal mübadiləsinin asanlaşdırılmasına xidmət etməli idi.



Pul - əmtəə və xidmətin mübadiləsi  zamanı  sərbəst şəkildə qəbul edilə bilən hər əşya ola bilər. Pul - mübadilə vasitəsidir.

Əgər insanlar pulu kəşf etməsəydilər, hələ də əvvəlki tək natural və ya barter mübadiləsi mövcud olardı ki, bu da müasir həyatı sadəcə mümkünsüz  edərdi.

Təsəvvür edin ki, siz ədəbiyyat müəllimisiniz. Sizcə, supermarketdən aldığınız malların haqqını Məhəmməd Füzulinin həyat və yaradıcılığı haqqında danışmaqla ödəməyi bacarardınızmı? Və yaxud, avtomobiliniz üçün aldığınız bir bak benzinin əvəzinə benzin doldurma məntəqəsinin işçilərinə Qarabağ probleminin səbəbləri haqqında 20 dəqiqəlik mühazirə oxumağı təklif edə bilərsinizmi?

Pul insanlara öz məhsulunu ona lazım olan digər məhsulla mübadilə etməyə imkan verir!

Prinsipcə hər şeyi pul kimi qəbul etmək mümkündür - əgər onları başqa əmtəələr üçün mübadilə vasitəsi kimi dəyişirlərsə.  Daha doğrusu, "PUL"- ticarəti asanlaşdırmaq üçün istifadə olunan xüsusi əşyaların ümumiləşdirilmiş adıdır.

Keçmişdə ayrı-ayrı ölkələrdə müxtəlif  əsrlərdə çox sayda əmtəə və əşyalardan mübadilə vasitəsi kimi istifadə olunmuşdur. Pul kimi qızıl və gümüşdən başqa daş təkərlər, duz, tütün, pivə, filin, su itinin dişləri, iribuynuzlu mal-qara, sikkələr, kağız banknotlar və s.-dən istifadə edilib. Hətta XIX əsrədək Dokotoda siçan quyruğu da pul kimi çıxış edirdi.

Bəs nə üçün insanlar adı çəkilən əşyaların çoxunun pul rolunda  qalmasından imtina etdilər?

Yaxşı mübadilə vasitəsi olmaq üçün pul rolunda çıxış edən əşyalar müəyyən tələblərə cavab verməlidir.  Belə ki, pul:



- insanların hamısı tərəfindən qəbul edilməlidir, yəni alqı-satqı əməliyyatları zamanı  insanlar onu pul kimi qəbul etməyə hazır olsun;

- rahat daşınan olmalıdır ki, həm böyük, həm də kiçik sövdələşmələrdə istifadə etmək mümkün olsun;

- dəyərinin saxlanılması baxımından elə olmalıdır ki, uzun müddətli dövrdə alıcılıq qabiliyyəti azalmasın;

- kompakt, bircinsli və bölünən olmalıdır;

- uzunömürlü və daimi dəyərə malik olmalıdır.

Gəlin müxtəlif dövrlər üzrə pul rolunu oynamış əşyaların adını sadalayaq və onların yuxarıdakı tələblərə uyğunluq dərəcəsini nəzərdən keçirək.



  1. İri buynuzlu mal-qara

  2. Duz

  3. Daş təkərlər

  4. Hisə verilmiş balıq

  5. Qızıl

  6. Mis sikkələr

  7. Kağız əskinaslar

Birincisi, kompakt deyil, bircinsli sayılmır (məsələn, inəklərin eləsi var ki, iridir, eləsidə var ki, nisbətən xırdadır, bəziləri kök-piyli, digərləri isə arıq-sümüklüdür), uzunömürlü deyil (onlar müxtəlif səbəblərdən, o cümlədən xəstəlikdən ölə bilərlər), bölünmür (inəyi lazım gələrsə bir neçə hissəyə bölüb, sonra da birləşdirə bilməzsən).

İkincisi, kompakt olsa da, daşımaq üçün çox da münasib deyil, dağıla, yaş ola bilər, bircinslidir, kifayət qədər uzun ömürlüdür, bölünən olsa da kristalları çox kiçik olduğundan qeyri-münasiblik yaradır.


Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin