5. Əmlak vergisi. Müəssisələr əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) orta illik qalıq dəyərinin 1 faizi həcmində əmlak vergisi ödəyəcəklər.
Fiziki şəxslər üçün əmlak vergisi onların şəxsi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən tutulur. Bu dəyər şərti maliyyə vahidinin 6000 mislinə (yəni 33000000 manata) qədər olanda onda əmlak vergisi tutulmur. Əmlakın qalıq dəyəri şərti maliyyə vahidinin 6000 mislindən çox olduqda - 33000000 manatdan çox olduqda vətəndaşlar həmin həddən yuxarı məbləğin 0,1 faiz dərəcəsi ilə əmlak vergisi ödəyirlər.
Fiziki şəxslər habelə onlara məxsus olan su və hava nəqliyyatı vasitələrinə görə də əmlak vergisi ödəyirlər.
Qeyd etmək lazımdır ki, hüquqi şəxslərin əmlak vergisi dövlət büdcəsinə, fiziki şəxslərin əmlak vergisi isə yerli (bələdiyyə) büdcələrə cəlb olunur.
Əmlakın qalıq dəyəri dedikdə isə müəssisənin balansında olan əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış köhnəlmənin (amortizasiyanın) məbləği qədər azaldılan dəyəri nəzərdə tutulur.
Dostları ilə paylaş: |