Müzakirə üçün suallar
1 . İzah edin ki, büdcə dövlətin nəyinə gərəkdir. Bir anlığa təsəvvür edin ki, Siz hökumətdə maliyyə naziri vəzifəsi tutursunuz və büdcənin icrasına məsulsunuz, onda vəsaitləri daha çox hansı istiqamətlərə yönəldərdiniz. Bu sualı bir neçə tələbəyə (şagirdə) ünvanlayın.
2. Dövlət büdcəsinin 5 əsas gəlir mənbəyini sadalayın. Onların hansı mənbələrdən formalaşmasını izah edin.
3. Dövlət büdcəsinin 5 əsas xərc maddəsini sadalayın və onları vaciblik dərəcəsinə görə sıralayın.
4. Dövlət və yerli vergiləri sadalayın, vergilərin hansının dövlət büdcəsinə, hansının bələdiyyə büdcəsinə ödənildiyini fərqləndirin.
5. Dolayı və birbaşa vergilərin fərqini izah edin və onların hər birinə misallar çəkin.
6. Proporsional, reqressiv və proqressiv vergilərin fərqlərini izah edin və onların hər birinin konkret misallar üzrə hesablanması qaydasını göstərin.
7. Gəlir vergisinin şkalası üzrə 400 min manat və 4 milyon manatlıq əmək haqqı məbləğini vergiyə cəlb edin.
8. Müxtəlif məbləğlər (4 milyon, 44 milyon manat) üzrə fiziki şəxsin əmlakının (evinin, mülkünün) qalıq dəyərindən vergi hesablayın.
Test
Dostları ilə paylaş: |