- Nəyi istehsal etməli? Daha doğrusu, hansı əmtəə istehsalı və xidmət fəaliyyəti nə qədər vacibdir.
- Necə istehsal etməli? Daha doğrusu, istehsalın hansı üsulundan istifadə olunmalıdır.
- Kimlərə satmalı? Daha doğrusu, həmin əmtəə və xidmət kimlərə lazımdır.
Bu üç suala verilmiş cavab əsasında bu və ya digər ölkənin hansı iqtisadi sistemdə yaşadığını izah etmək mümkündür. Belə bir fikrə nəzər salaq.
“Milyonların iqtisadi fəaliyyətini koordinasiya etməyin iki üsulu mövcuddur. Birincisi, totalitar dövlətin və ordunun zor gücü ilə bir-birinə bağlılığını şərtləndirən mərkəzləşdirilmiş inzibati rəhbərlikdir. İkincisi, fərdlərin könüllü əməkdaşlığıdır: belə metoddan bazar istifadə edir”.
Dostları ilə paylaş: |