2000
1800
1600
1400
1200
1000
800
600
0
-
80 140 200 Q ədədlə
Şəkil 4. Təklif əyrisi.
Təklif şkalasının məlumatları əsasında tərtib etdiyimiz əyrini ingiliscəyə tərcümənin baş hərfi olan S (Supply) hərfi ilə işarə edək.
Təklif əyrisi həmişə artan istiqamətdə görsənməklə, yuxarı və sağa meyllənir.
Bazar tarazlığı
İndiyə qədər biz tələb və təklifə ayrılıqda baxmışıq. Bu zaman öyrənmişdik ki, qiymətdən asılı olaraq, alıcı müxtəlif sayda mal alır, satıcı isə müxtəlif miqdarda mal satır. Belə olan halda bazarda görüşən hər iki tərəfin davranışının qrafiki təqdimatını eyni koordinat sistemində çəkək.
Əvvəla, qeyd edək ki, biz tələb və təklifi şərti olaraq başa düşürük. Bu tələb kimə məxsusdur? Mənə, sənə, yoxsa hamıya?
Əlbəttə ki, müxtəlif insanların zövqü fərqlənir və belə olan halda biz həmişə bazar tələbindən, hamının ümumi tələbatını özündə əks etdirən tələbdən danışmalıyıq. Tələb və təklifin qarşılıqlı fəaliyyəti nəticəsində bazarda hansısa kompromis əldə olunur, tarazlıq yaranır. Bazar qiyməti - həmişə kompromisin əldə olunması nəticəsində formalaşır. Bu bazarın ən başlıca üstünlüklərindən biridir. O sanki, alıcı və satıcının razılaşdığı fayda mexanizminə malikdir. Bazar sahibkarları o məhsulları istehsal etməyə məcbur edir ki, həmin məhsullar həqiqətən də alıcıya lazımdır və onlar onun haqqını ödəməyə hazırdılar. Bazar, həmçinin həmin istehsaldan fayda əldə etməyə şərait də yaratmaqla, satıcının istəyini də nəzərə alır.
Gəlin, ayrılıqda tərtib etdiyimiz tələb və təklif qrafikini birləşdirək. Bunun üçün ilk növbədə tələb və təklif şkalasını ümumiləşdirib, onun əsasında qrafik quraq.
Cədvəl 7.
TƏLƏB VƏ TƏKLİF ƏYRİSİ
Qiymət, man
|
Tələb, ədəd
|
Təklif, ədəd
|
1600
|
100
|
180
|
1400
|
110
|
170
|
1200
|
120
|
160
|
1000
|
140
|
140
|
800
|
160
|
120
|
600
|
200
|
80
|
Bu şkaladan istifadə etməklə, tələb və təklif nöqtələrini əvvəlki koordinatlar üzrə qeyd edib, kəsişən əyriləri çəkək.
2000
1800
1600
1400
1200
1000
800
600
0
P, man
-
80 140 200 Q
Şəkil 5. Tələb və təklif əyrisi
Tələb və təklif əyrisinin kəsişən nöqtəsi tarazlıq nöqtəsi adlanır. Buna uyğun gələn qiymətə isə tarazlıq qiyməti və ya bazar qiyməti deyilir. Bizim şkalamızda bazar qiyməti 1000 manata bərabərdir. Qrafikdən göründüyü kimi, məhz bu qiymətdə tələbin həcmi təklifə bərabər olur (140 ədəd/1000 manat).
A nöqtəsi, tarazlıq nöqtəsi hesab olunur. Bu yeganə nöqtədir ki, həm tələb, həm də təklif əyrisinə məxsusdur. Bu nöqtəni daha dəqiq öyrənək. Bu nöqtə alıcının qiymət 1000 manat olduğu halda, onun 140 ədəd piroq almağa hazır olduğunu bildirir. İstehsalçının isə qiyməti 1000 manata 140 ədəd piroq istehsal etməyə hazır olduğunu əks etdirir. Yalnız bu nöqtə üzrə istehsal olunmuş piroqların hamısı satılır. Bazarın başlıca prinsipi - sazişin alıcı və satıcı üçün sərfəli olmasıdır. Əlbəttə ki, bu mexanizm sınaq metodu əsasında işləyir. Çünki, nə qədər məhsul istehsal etməyi dəqiq təyin etmək çox çətindir. Buna səbəb bazar qiymətini bəri başdan müəyyənləşdirməyin mümkün olmamasıdır.
Bundan başqa, tələb və təklifin rəqs etməsi də mümkündür ki, bu barədə də sizinlə növbəti fəsildə danışacağıq.
Bazar kəfkiri və yaxud da tələb və təklif qarşılıqlı surətdə necə fəaliyyət göstərir?
Bazarda satıcı və alıcının sərfəli razılaşma mexanizmi nə deməkdir? Bu necə olur?
İndi gəlin, bunu aydınlaşdırmağa cəhd edək. Fərz edək ki, piroqun satıcısı onun bazar qiymətini 1600 manat səviyyəsinə qaldırmaq haqqında qərar qəbul edib. Bu halda bazarda nə baş verəcək. Buna alıcıların reaksiyası necə olacaq?
Belə vəziyyət qrafikdə punktirli xətlər şəklində ifadə olunmuşdur.
2000
1800
1600
1400
1200
1000
800
600
0
P, man
-
Dostları ilə paylaş: |