Фуат рясулов



Yüklə 4,2 Mb.
səhifə58/176
tarix01.01.2022
ölçüsü4,2 Mb.
#103376
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   176
İ qtisadi fikir tarixindən



Ernest Engel (1821-1896)
Alman statistiki, Prussiya statistika bürosunun rəhbəri, məşhur «Engel qanunu»nun müəllifi Ernest Engelin adı hər bir iqtisadçıya yaxşı tanışdır. Engelin əsas tədqiqat sahəsi ailə büdcəsinin strukturu olub. O bu istiqamətdə apardığı çoxillik statistik təhlillərin nəticəsində belə qənaətə gəlmişdir ki, ailə gəlirlərinin artımı onun büdcəsinin strukturuna təsir göstərir. Bu zaman fizioloji tələbatlara -qidalanmaya xərclərin xüsusi çəkisi aşağı düşür, geyimə, yaşayışa sərf olunan xərclər əvvəlki səviyyədə qalır, mədəni tələbatların ödənilməsinə yönələn xərclərin isə ümumi yekunda payı yüksəlir. Bu nəticələr üzərində qurulmuş qanunauyğunluq iqtisadiyyatda «Engel qanunu» adını alıb.

Beləliklə də ayrı-ayrı ölkələrdə ailə büdcəsinin strukturunun təhlilinin nəticələri ilə tanış olmaqla, orda ölkə əhalisinin yaşayış səviyyəsini qiymətləndirmək mümkündür. Əgər ailə büdcəsində qidalanma xərclərinin xüsusi çəkisi yüksəkdirsə, deməli bu göstərici həmin ailənin pis dolanışığının ifadəsidir və əksinə.


Xülasə:


  1. İ

    qtisadiyyatın 5 başlıca sosial məqsədi vardır:




  1. Daha tənqidi düşünmək və qərar qəbul etməyi bacarmaq üçün alternativ qərarları nəzərə almaq və məqsədləri vaciblik dərəcəsinə görə qruplaşdırmaq vacibdir.

İqtisadiyyat – istehlakçıların davranışlarını təhlil etmək üsuludur.


  1. Bazarlar 5 funksiyaya malikdir:

- qiymət əmələ gəlməsi

- informasiya

- vasitəçilik

- tənzimləyici

- sağlamlaşdırma


  1. Bazar mexanizmi nöqsansız deyil. O, cəmiyyətin bütün problemlərinin həllini təmin etmir. Elə hallar olur ki, iqtisadiyyatda baş verən problemləri bazar çözə bilmir və belə hallar «bazarın dayanıqsızlığı» adlandırılır.




  1. Ölkədə gəlirlər əməyin nəticəsindən və mülkiyyətin ölçüsündən asılıdır və əslində də belə olmalıdır, ancaq insanların həyat səviyyəsində həddindən artıq böyük fərqlərə imkan vermək olmaz. Çünki bu sosial gərginliyə gətirib çıxara bilər.




Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin