Əlamətləri
|
Xalis rəqabət
|
İnhisar rəqabəti
|
Oliqopoliya
|
İnhisar
|
Firmaların sayı
|
xırda firmaların çox olması
|
çox sayda firmanın olması
|
bir neçə iri firmanın olması
|
bir iri firma
|
Məhsulun növü
|
eyninövlü
|
eynicinsli
|
eyninövlü və ya differensiallaşmış
|
unikal
|
Bazara daxil olma şəraiti
|
çox asan
|
nisbətən asan
|
böyük maneələr
|
çox çətin
|
Qiymətlərə nəzarət
|
yoxdur
|
əmtəənin əvəz edilməsi imkanları baxımından məhduddur
|
qiymət liderinin üstünlüyü
|
tam nəzarət
|
Nümunələr
|
kənd təsərrüfatı məhsulları, balıq, səhm, istiqraz
|
pərakəndə ticarət üzrə yerli mağazalar
|
pivə, alüminium, pambıq, avtomobil, alkoqolsuz içkilər, sabun
|
su təchizatı, qaz xidməti, telefon və digər kommunal xidmətlər
|
SAHİBKAR: O KİMDİR?
Çoxları hesab edir ki, sahibkarlıq bizim iqtisadiyyatımızda yeni fəaliyyət növüdür. Bu fəaliyyət kimin üçün yenidir? Təbii ki, bu işlə məşğul olmayan bizlər üçün belə fəaliyyət yeni hesab oluna bilər. Lakin sahibkarlıq bu və ya digər formada həmişə mövcud olub. Hətta sovet dövründə də sahibkarlığın inkişaf tarixi bir neçə mərhələdən keçib.
Birinci mərhələ Ötən əsrin 20-ci illərin əvvəllərinədək olan dövrü əhatə edib. Bu mərhələdə sahibkarlıq iqtisadi həyatdan sıxışdırılıb çıxarılıb. Bütün sferalarda dövlət inhisarı qurulub. Əvvəlcə sənaye müəssisələrinin, sonra isə kiçik firmaların milliləşdirilməsi prosesi gedib.
İkinci mərhələ - yeni iqtisadi siyasət dövrüdür. Bu dövrdə özəl sahibkarlıqdan iqtisadi inkişaf üçün istifadə olunub. Yenidən özəl firmalar meydana gəlib.
Üçüncü mərhələnin ömrü 60 ildən çox uzanıb. Bu dövr ərzində sahibkarlıq leqal sektordan "sürgün" edilib, qeyri- leqal şəraitdə fəaliyyət göstərib. Gizli sexlərdə kifayət qədər yüksək keyfiyyətli və tələbatı çox olan mallar istehsal olunmağa başlayıb.
80-cı illərin ikinci yarısından sonra yenidənqurma islahatlarının nəticəsi olaraq təsərrüfatçılığın çoxdan unudulmuş formaları: podrat, icarə, kooperativ və s. yenidən dirçəlməyə başlayıb.
İstənilən yeni müəssisənin açılması çətin olmaqla yanaşı, həmişə risklidir. Belə ki, ilk növbədə avadanlıq, xammal alınmasına vəsait xərclənməsinə ehtiyac yaranır. Bundan sonra isə işçi götürməli, ofis kirayə etməli, nəhayət məhsul buraxmalı və ən başlıcası isə, onun satışı həyata keçirilməlidir.
Alıcı özü seçim edir, həmin məhsulu alıb almayacağını sərbəst surətdə müəyyənləşdirir. Sahibkar isə elə qiymət təklif edir ki, istehsala çəkilən xərcləri ödəmək mümkün olsun.
Мянфяят саhибкарын баъарыьы, сяйи вя риски hесабына ялдя етдийи малиййя стимулу вя эялиридир.
Lakin əlverişsiz mühitdə istehlakçı malı almazsa və ya az alarsa, onda nəticədə mənfəət yox, zərər əldə olunur.
Hamı üçün, fəhlələr və müdiriyyət, eləcə də sahibkarlar üçün ən vacib məsələ mənfəət və zərərin sahibkarlıqda rolunu düzgün başa düşməkdən ibarətdir.
İş yerləri ilə təminat imkanları, işləyənlərin məvacibləri və onların ölçüsü bazar iqtisadi sistemində mənfəətin alınması uğurundan çox asılıdır.
Sahibkar o insandır ki, öz işinə risk etməklə başlayır. Sahibkar qərar qəbul edən və bu qərar üçün məsuliyyət daşıyan şəxsdir. Sahibkar bazar iqtisadiyyatının hərəkətverici qüvvəsidir. Sahibkarlıq fəaliyyəti «nə istehsal etməli?”, “necə istehsal etməli?” və “kimin üçün istehsal etməli?” suallarının həllini təmin edir. Sahibkarın daima gəlir (mənfəət) götürməsi üçün onun vaxtında düzgün qərarlar qəbul etməsi, kapital qoymaq üçün yeni sahələr axtarması, resurslardan istifadənin yeni və daha səmərəli üsullarını tapması, keyfiyyətli məhsul buraxması, xidmətin yeni üsullarını tapması, istehsalın, əməyin və satışın səmərəli təşkilinə nail olması, bazarı və rəqiblərini hərtərəfli öyrənməsi lazımdır.
Mənfəətdən başqa onlar üçün digər stimullar da vacib hesab oluna bilər:
Dostları ilə paylaş: |