Фуат рясулов


-  firmalar (istehsalat, ticarət  və s.)



Yüklə 4,2 Mb.
səhifə69/176
tarix01.01.2022
ölçüsü4,2 Mb.
#103376
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   176
-  firmalar (istehsalat, ticarət  və s.);

- banklar;

- sığorta şirkətləri;

- investisiya qrupları.

Bu zaman  bazar münasibətlərinin başlıca subyekti biznes -firma   sayılır, yerdə qalanlar- xidmətedicilər  hesab  olunur.

Biznes-firmalar biri-birindən fərqlənir. Onlar əmtəə və xidmətlərin geniş şəbəkəsini təqdim edir. Bütün bu rəngarəngliyə baxmayaraq, biznesin təşkilinin bir neçə forması mövcuddur. Bu formaların əsas kateqoriyasına fərdi müəssisələr, ortaq müəssisələr və korporasiya daxildir. Biznesin təşkilinin adıçəkilən hər bir forması özü fərqləndirici xüsusiyyətə malikdir, bu da istehsalçılar və istehlakçılar üçün xərc və mənfəət baxımından xüsusi əhəmiyyət kəsb edir. Hər bir biznes firmanın təşkili formasından asılı olmayaraq hərəkətverici qüvvəsi mənfəət qazanmaq və xərcləri minimumlaşdırmaqdan ibarətdir. Mənfəətin iqtisadi mahiyyəti onun praktikada daha çox tətbiq olunan mühasibat mahiyyətindən xeyli fərqlidir. Belə ki, iqtisadçılar bütün xərcləri, həm gizli (alternativ dəyər), həm də aşkar (mühasibat məsrəfləri) xərcləri nəzərə alırlar.

Firmaları təsnifləşdirməyə cəhd edək. Adətən, onları fəaliyyət növləri üzrə fərqləndirirlər. Sənayedə başlıca  məşğuliyyət  məhsul istehsalıdır, 50%-dən çox gəlirini sənaye məhsulunun buraxılışından əldə edən firmalar - sənaye istehsalı üzrə ixtisaslaşmış firma hesab olunur.

Ticarət firmaları tədavül sferasında alqı-satqı əməliyyatları ilə məşğul  olurlar.

Nəqliyyat firmaları sərnişin və yük daşınmasını həyata keçirirlər. Onlar, adətən ayrıca növdə ixtisaslaşır və su, hava, avtomobil,  dəmir  yol, boru kəməri nəqliyyatına bölünürlər.

Eyni zamanda nəqliyyatda ekspeditor, sığorta və digər fəaliyyətlə məşğul olan firmalar da mövcuddur.

Firmaların  təşkilinin digər vacib hesab olunan aspektinə-onun hüquqi vəziyyətinə baxaq. Bu nöqteyi- nəzərdən təşkilati-hüquqi formasına görə biznesin  təşkili aşağıdakı kimi fərqləndirilir:




Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin