Фуат рясулов



Yüklə 4,2 Mb.
səhifə70/176
tarix01.01.2022
ölçüsü4,2 Mb.
#103376
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   176
-fərdi müəssisələr;

-ortaqlıqlar; o cümlədən məhdud məsuliyyətli cəmiyyətlər;

-səhmdar cəmiyyəti.

Fərdi müəssisələrdə - bir nəfər sahiblik edir. Adətən belə tip müəssisələr kiçik və  orta  firmalar formasında təşkil olunur və kiçik biznes sahəsi adlanırlar. Kiçik biznes insanların çox vacib tələbatlarını ödəyir. İnsanlar hər  hansı bir nailiyyətə, cəhdə, risk etməyə, özünə inama görə fərqlənirlər. Və müxtəlif  insanlar öz müvəffəqiyyəti üçün fərqli çıxış  yolları arayırlar.

İnsanlar hansısa firmaya xidmət etməklə  özlərini tamamilə təmin edə bilərlər. Onlar firmalarda çalışmaqla əldə etdiyi qazanclar hesabına yeməkdən doya, yaxşı geyinə, mənzillə təmin oluna, lakin bütün bunlar onların azad fəaliyyətinin məhdudlaşdırılması hesabına başa gələ bilər.

Firmanın yaradılması və onun idarəolunma işinin səmərəli təşkili uzun müddət tələb edən mürəkkəb prosesdir.

Eyni zamanda, şəxsi  fəaliyyət insanın enerjisinin reallaşdırılmasına şərait yaradır, onun sahibkarlıq fəaliyyətini aşkara  çıxarır və insanlar bununla  hansısa başqa işlə müqayisədə öz istəklərini daha tez zamanda təmin edə bilirlər.  Çünki,  hər bir mülkiyyətçi müəssisənin mənfəətinin sahibidir.

Lakin biznesin belə formasının çatışmazlığı da mövcuddur. Bu,  tam əmlak məsuliyyətidir. Daha doğrusu, firmanın bütün borcları, biznesin problemləri  bir nəfər sahibkarın çiyninə düşür. Firmanın pul vəsaitləri çatmadığı hallarda sahibkar öz  şəxsi mülkiyyətindən, maşınından, evindən, pulundan və s.-dən mərhum  ola  bilər.

Digər çatışmazlıq sahibkarın işə qoyduğu vəsaitlərin məhdudluğu ilə bağlıdır. Adətən vəsaitlər xırda ticarətə, bəzən isə çox da böyük olmayan istehsalata çatır.



Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin