Фуат рясулов


Sabit və dəyişən xərclərin məbləğinin cəmi ümumi xərcləri təşkil edir



Yüklə 4,2 Mb.
səhifə78/176
tarix01.01.2022
ölçüsü4,2 Mb.
#103376
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   176
Sabit və dəyişən xərclərin məbləğinin cəmi ümumi xərcləri təşkil edir.

Ümumi  xərclər  isə  TC (total cost) ilə işarə olunur.

Daha doğrusu, ümumi xərcləri  hesablamaq  üçün aşağıdakı şəkildə düstur tərtib olunur.
TC=FC+VC
Sabit dəyişən və ümumi xərclərin qrafiki aşağıdakı kimi təsvir olunur. (Bax: şəkil 23-ə)

P TC

VC




FC


Q

Şəkil 23. Sabit, dəyişən və ümumi xərclərin qrafik təqdimatı
Bütün bu məsrəf anlayışları ilə yanaşı satılmış məhsuldan əldə edilmiş vəsaitin nə qədər  sərfəli olmasını  öyrənmək  üçün bir məhsul vahidinin istehsalçıya neçəyə başa gəldiyini də müəyyənləşdirmək vacibdir. Belə olan halda, sual olunur: bir cüt ayaqqabının dəyərini necə müəyyənləşdirmək olar?

Bu məqsədlə ümumi istehsalat xərclərini istehsal olunmuş ayaqqabının miqdarına bölmək tələb olunur. Bu zaman alınmış nəticə, yəni bir məhsul vahidinə çəkilən xərc orta ümumi xərc adlanır və ATC (average total cost) ilə  işarə  olunur. ATC = AT / Q

Biz orta ümumi xərclərin hesablanmasını ona görə  vacib hesab edirik ki, bu metodikaya uyğun olaraq, həmçinin orta  sabit (fiksə  edilmiş) xərcləri (AFC) və  orta  dəyişən xərcləri (AVC) hesablaya bilək. Belə olan halda,  yuxarıda  göstərilən formul əsasında  orta ümumi xərcin düsturunu  aşağıdakı  kimi  yazmaq olar.
ATC= AFC+AVC
Orta ümumi xərclər orta sabit xərclərlə orta dəyişən xərclərin cəminə bərabərdir.

Xərclərin  siyahısı  bununla bitmir. Bəzən istehsalçını başqa bir xərc də  maraqlandırır  ki, ona da marjinal və ya son hədd xərcləri deyilir.




Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin