Фуат рясулов


Normadan yuxarı mənfəət iqtisadi mənfəət adlanır



Yüklə 4,2 Mb.
səhifə81/176
tarix01.01.2022
ölçüsü4,2 Mb.
#103376
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   176
Normadan yuxarı mənfəət iqtisadi mənfəət adlanır.

Biz başa düşürük ki, hər bir sahibkar mənfəətin maksimumlaşdırılmasına çalışmalıdır, çünki aşaüı mənfəət onun fəaliyyətini sərfəsiz edir.

Beləliklə, bəzi yekunlara diqqət yetirək: son hədd xərcləri adətən MC ilə (ingiliscə Marginal cost) işarə olunur bu firmanın əlavə hsul istehsalına çəkdiyi məsrəfləri xarakterizə edir.

Əgər istehsalat artırsa onda son hədd xərcləri əvvəlcə azalır, sonradan artır və maksimum səmərəlilik nöqtəsini ötən kimi azalan qaytarma qanunu qüvvəyə minir.



Son hədd gəliri - hər bir sonrakı  məhsul istehsalından əldə olunmuş əlavə gəlirdir və MR (Marginal  revenue) ilə işarə olunur.  

Son hədd mənfəəti - son hədd gəliri ilə son hədd xərcinin fərqidir və MP (marginal profit) ilə işarə edilir.

Bu istiqamətli fikirlərimizi yekunlaşdırarkən, qeyd etməliyik ki, firma istehsalın həcmini artırmaq barədə qərar qəbul edərkən  adətən çox sadə qaydalara istinad edir. Həmin qaydalara görə, istehsalatı o səviyyəyə kimi qaldırmaq olar ki, orda  son hədd gəliri son hədd xərcləri ilə  eynilik təşkil etsin  (MR=MC).

İndi isə gəlin, biznes firmaların öz fəaliyyətlərini necə qurmasını və onların fəaliyyətinin cəmiyyətə  təsirlərini öyrənək.

Firmaların bu  baxımdan fəaliyyəti  qısamüddətli və uzunmüddətli  dövrlər üzrə təhlil olunur.



Qısamüddətli dövr - firmanın yalnız mövcud gücündən  səmərəli istifadə etməklə istehsalatı  artırmaüa nail olduüu müddətdir.

Deyiləni misalla aydınlaşdıraq.

Tutaq ki, bir neçə firmanın məhsuluna tələb gözlənilmədən artıb. Sahibkar nə edəcək? Sizcə, əvvəlcə yeni sex  tikintisinə, əlavə avadanlıq alınmasına  və quraşdırılmasına, yoxsa nə isə başqa resursların cəlb edilməsi işinə başlayacaq?

Axı, bu işlərin  görülməsi  üçün xeyli müddət və  külli  miqdarda vəsait  tələb olunur.  Eyni zamanda, o da  ola  bilər ki, həmin müddət ərzində əldə olunacaq şanslar itirilsin. Çünki, alıcılar həmin məhsulu indi  axtarır və istəyir ki, tez tapıb  alsın. Bəs belə  olarsa, nə  etməli?

Sahibkar tezliklə iki növbəli iş sisteminə keçməli, bu məqsədlə işə əlavə işçi götürməli, xammal,  material  almalı və  beləliklə  də qısa  müddət  ərzində  buraxılmış məhsulların  miqdarının  çoxalmasına nail olmalıdır.

Yox, əgər sahibkarın buraxdıüı məhsula  olan  yüksək tələbat uzun müddət  ərzində  dəyişmirsə, eləcə də  onun qiyməti getdikcə  bahalaşırsa, onda yeni istehsal  sahəsində tikintiyə başlamaq və mövcud istehsal güclərini   artırmaq məsləhətdir.





Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin