Müzakirə üçün suallar
Nə üçün iqtisadçılar normal mənfəətlə kifayətlənmirlər?
Nə üçün qısamüddətli dövrdə bütün xərcləri sabit və dəyişən xərclərə bölmək olar?
TEST
5 .1. Firmanın ümumi məsrəfləri bərabərdir:
a) sabit və dəyişən xərclərin cəminə
b) sabit və dəyişən xərclərin fərqinə
c) öhdəliyə götürülmüş xərclərə
d) aşkar və gizli xərclərin fərqinə
Aşağıdakı cədvəlin məlumatlarından istifadə etməklə 5.2., 5.3., 5.4. və 5.5-ci sualların cavabını tapın.
Buraxılış, ümumi xərclər,
0, 1800,
1, 2400,
2, 2800
3, 3000,
4, 3400,
5, 4000,
6, 4800,
7 5800
8 7000
5.2. Altıncı vahid məhsulun istehsalına çəkilmiş orta sabit xərclər neçə manat təşkil edir:
a) 300 man
b) 800 man
c) 1800 man
d) 2400 man
e) 3000 man
5.3. 7-ci vahid məhsulun istehsalına marcinal xərclər nəyə bərabərdir.
a) 400 man
b) 600 man
c) 800 man
d) 1000 man
e) 1400 man
5.4. Əgər qiymət 1000 manat təşkil edirsə və firma xalis rəqabət şəraitində fəaliyyət göstərirsə, maksimumlaşdırılmış mənfəət hansıdır.
a) 3
b) 4
c) 5
d) 7
e) 8
5.5. Xalis rəqabət şəraitində fəaliyyət göstərən firmanın marcinal gəliri marcinal xərclərdən çoxdur. Mənfəəti artırmaq üçün firma necə fəaliyyət göstərməlidir.
a) İstehsalı artırmalı
b) İstehsalı aşağı salmalı
c) Qiyməti aşağı salmalı
d) heç bir qərar qəbul etməməli
5.6. Mükəmməl rəqabətli bazarda fəaliyyət göstərən firmanın ümumi xərcləri ümumi gəlirlərini üstələməsinə baxmayaraq qısamüddətli dövrdə biznes fəaliyyətini o vaxta qədər davam etdirir ki, onda:
a) Ümumi gəlir ümumi dəyişən xərcləri üstələyir
b) Ümumi gəlir ümumi sabit xərclərə bərabərdir
c) Marjinal gəlir artır
d) Ümumi gəlir ümumi dəyişən xərcləri deyil, ümumi sabit xərcləri üstələyir
e) Marjinal xərclər marjinal gəliri üstələyir
Altıncı fəsil
Bu fəsli oxuyarkən aşağıdakı
termin və anlayışlara diqqət yetirin:
|