Əməyin diskriminasiyası
Əməyin diskriminasiyası nədir?
Bu, birinin işinə və yaxud xidmətlərinə görə vəzifəyə irəli çəkilməsinə digəri ilə müqayisədə üstünlük verilməsi və yüksək tutulmasıdır. Belə olan halda bu istiqamətli qərar qəbul edərkən işçilərin nə əmək vərdişi, nə qabiliyyəti, nə də ki, bacarıüı nəzərə alınmır. Müasir dünyada belə hallarla hələ də irqi, milli ayrı-seçkiliklər zamanı rastlaşmaq mümkündür. Lakin hazırda daha çox rastlaşdıüımız diskriminasiya halları cinsi əlamətlər (kişi və qadın) üzrə qeydə alınır.
Diskriminasiyanın qurbanı olaraq çoxlu sayda işləyənlər bu prosesdən əziyyət çəkdiyinə görə, o son nəticədə hamıya mənfi təsir göstərir. Axı diskriminasiya nəticəsində hansısa istedadlı işçi işləməkdən və ya xidmətinə görə irəli çəkilməkdən kənarlaşdırılır. Deməli, belə olan halda biz insan resurslarından maksimum dərəcədə səmərəli istifadə edə bilmirik.
Biz əmək bazarından və orda mövcud olan tələb və təklif qanunundan danışarkən, tələb və təklifin fəaliyyətinə təsir göstərən qeyri-bazar qüvvələrindən söhbət açmamışdıq.
Dostları ilə paylaş: |