Пенсийа - вяtяndаşларыn гаnуnла мцяййяn oлуnмуş йаşdаn баşлайараг, иşляdийи илляриn сайыndаn асылы oлараг алdыüы pул вясаиtиdир.
Əksər ölkələrdə pensiyaların məbləüi orta əmək haqlarının 50-80 faizi həcmində müəyyənləşdirilir.
İ qtisadi fikir tarixindən
Karl Marks (1818 - 1883)
Alman iqtisadçısı və filosofu Karl Marks – bəşər tarixinin ən görkəmli şəxslərdən biridir. 1841-ci ildə Berlin universitetini bitirən və hüquq elmləri doktoru dərəcəsini alan Marks elmi və siyasi fəaliyyətinə başlayıb. Ömrünün çox hissəsini emiqrant kimi İngiltərədə keçirtməyə məcbur olub. Marks belə nəticəyə gəlib ki, insanlar arasındakı iqtisadi münasibətlər cəmiyyətin ictimai həyatının quruluşunu müəyyən edir. Buna görə də iqtisadi hadisələrin təhlili onun cəmiyyətin inkşafı haqqında nəzəriyyəsinin əsasını təşkil edib. Marksın iqtisadi nəzəriyyəsinə görə kapitalistlər muzdlu işçiləri istismar edir, yəni onlara bütün əmək haqlarını yox, ancaq əmək haqlarının minimum hissəsini, yəni fəhlənin və onun ailəsinin mövcudluğu üçün imkan yaradan qədərində məbləği ödəyir. Buna görə də proletariat və burjuaziya arasında olan ziddiyyət dəfedilməzdir. Onun qənaətincə, fəhlələr istismardan qurtulmaq üçün, cəmiyyətdə siyasi hakimiyyəti ələ almalı və bütün kapitalı ictimai mülkiyyətə çevirməlidirlər.
Marksın fikrincə, gələcəkdə sinifsiz kommunizm cəmiyyəti qurulacaq. Burada hər kəs bacardığı qədər işləyib və öz ehtiyaclarına uyğun olaraq cəmiyyət tərəfindən yaradılmış məhsul payını alacaq. Belə cəmiyyətdə hər kəs ictimai maraqları öz maraqlarından üstün tutacaq.
Marksın ən tanınmış işləri Engelslə birgə yazılan «Kommunist partiyasının Manifesti» (1848) və «Kapital» (1867) əsərləridir.
Xülasə:
Ə mək bazarı insanlara iş tapmağa imkan verən üsuldur. Eyni zamanda əmək bazarı müxtəlif firma və təşkilatlara onlara lazım olan işçini tapmağa imkan verir.
Bu bazarda digər bazarlarda mövcud olan qanunlar hökm sürür. Daha doğrusu tələb və təklif qanunları.
Konkret əmək üzrə tələb və təklif əyrilərinin kəsişmə nöqtəsi, bu əməyin bazar qiymətini, daha doğrusu əmək haqqını göstərir.
Dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda da iş qüvvəsinin alqı-satqısının 2 mexanizmindən istifadə olunur: fərdi əmək müqaviləsi və kollektiv müqavilə.
Əməkdə diskriminasiya o zaman olur ki, işçi seçilərkən, vəzifəsi artırılarkən və s. heç bir əsas olmadan ona fərq qoyulur.
Dostları ilə paylaş: |