Subsidiya - dövlət büdcəsindən aşağı səviyyəli büdcələrə, o cümlədən yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaitidir.
Dotasiya - dövlət büdcəsindən aşağı səviyyəli büdcələrə, o cümlədən yerli büdcələrə onların gəlir və xərclərini tənzimləmək üçün əvəzsiz verilən maliyyə vəsaitidir.
Beləliklə də makroiqtisadiyyat iqtisad elminin bir sahəsi kimi aşağıdakı sualları araşdırır və onlara cavab verməyə çalışır.
- Nə üçün istehsal və məşğulluq tez-tez aşağı düşür?
- İşsizliyi necə azaltmalı?
- İnflyasiyanın səbəbləri nədir və onu nəzarət altında necə saxlamaq olar?
Bu problemlərin həlli üçün sadə düsturlar mövcud deyil. Hələ bu azmış kimi qoyulmuş problemlərin həllinin müxtəlif səviyyələrində onlar arasında ziddiyyətlər meydana çıxır. Gəlin əvvəlcə makroiqtisadi siyasətin əsas məqsədini müəyyən edib, bu fəsildə araşdırmaq istədiyimiz 2 başlıca suala cavab verməyə çalışaq:
- İqtisadçılar iqtisadiyyatın məcmu nəticələrini necə qiymətləndirirlər?
- Yuxarıda sadalanan məqsədlərə çatmaq üçün tələb olunan iqtisadi siyasətin alətləri hansılardır?
Dostları ilə paylaş: |