Funksiya qrafik şəklində verilə bilər. Funksional asılılığı əyani şəkildə təsvir etmək üçün qrafikdən istifadə edilir. Yuxarıdakı cədvəldə verilmiş koordinatlar cütünü koordinat sistemində qeyd edin və onları ardıcıl olaraq xətlə birləşdirin. Qrafikə əsasən, məsələn, x = 1 olduqda, y = 2 qiymətini aldığını demək olar.
Funksiyanın proqram vasitəsilə verilməsi Bu üsulla arqumentin verilmiş qiymətinə funksiyanın uyğun qiymətini tapmaq üçün muasir hesablama maşınlarından istifadə olunur. Arqumentin verilmiş qiymətlərinə
uyğun funksiya qiymətlərini tapmaq qanunu (məsələn, riyazi düstur) proqram şəklində yazılır və hesablama maşınına daxil edilir. Maşın göstərilən proqram əsasında funksiyanın qiymətlərini hesablayır.
Qeyd. Biz funksiyanın əsas verilmə üsullarını (analitik, cədvəl, qrafik, proqram) göstərdik. Funksiya bunlardan fərqli başqa üsulla da verilə bilər. Məsələn, funksiyanın
verilmə qaydasını sözlərlə də təsvir etmək olar.
Misal 3. Dirixle funksiyası aşağıdakı şəkildə təyin olunur:
Bu funksiyanın verilmə qaydası sözlərlə təsvir olunmuşdur.
Misal 4. [x] ilə x ədədini aşmayan ən böyük tam ədədi işarə etməklə
y=[x]
funksiyasını təyin edə bilərik.Buna x-in tam hissəsi və ya antye x funksiyası deyilir.(2) funksiyasının təyin oblastı bütün həqiqi ədədlər coxluğudur.[2] = 2, [1,3]=1,
[-0,5]= -1 və s. Onun qrafiki 2-ci şəkildə göstərilən “Pilləvari” xətdir. Bu funksiya sözlərlə verilmişdir.