Fxslxgghpxn ncplhkxn ncpxl


İKİNCİ DӘRS DİNӘ YÖNӘLMӘNİN SӘBӘBLӘRİ (1)



Yüklə 0,83 Mb.
səhifə3/31
tarix01.07.2018
ölçüsü0,83 Mb.
#55417
1   2   3   4   5   6   7   8   9   ...   31

İKİNCİ DӘRS

DİNӘ YÖNӘLMӘNİN SӘBӘBLӘRİ (1)


1. İnsan dinə, məzhəbə və Allaha etiqad bəsləməyə necə meyl göstərmişdir?

2. İnsanların dinə yönəlməsində cəhalət, qorxu və ictimai-əxlaqi ehtiyaclar nə kimi təsir göstərmişdir?

Dini anlayışlar və bu barədə aparılan araşdırmalar baxımından hər bir din tədqiqatçısı və cəmiyyətşünasın qarşılaşdığı ilk sual bundan ibarətdir: Tarix boyu hansı amillər insanların dini düşüncələrə qapılmasına səbəb olmuşdur? Görəsən insanı dinə, mənəviyyata, təbiətin fövqündə olan həqiqətlərin axtarışına vadar edən səbəblər daxili bir amil və ehtiyac hissindən doğmuşdurmu? Və yaxud o, digər amillərin, ümumiyyətlə onun ixtiyarında olmayan səbəblərin təsiri ilə bu kimi inancları qəbul etmək məcburiyyətində qalmışdır? Bundan əlavə, insan yarandığı ilk dövrlərdən dini etiqadlarla yanaşı meydana gəlmişdir, yoxsa onu özü vücuda gətirmişdir? Qısa şəkildə desək, “din necə formalaşmışdır?” sualı insan həyatı ilə maraqlanan hər bir tədqiqatçı alimin rastlaşdığı ilkin və qaçılmaz bir sualdır.

Tarixçilər və din tədqiqatçıları tərəfindən bu kimi suallara cavab verilərkən bir-biri ilə fərqli nəzəriyyələr irəli sürülmüşdür; dini anlayışların yaranması və insanın dinə yönəlməsi məsələsinə müxtəlif mövqelərdən yanaşıldığı üçün təbiidir ki, bu barədə əldə olunan nəticələr də həmin mövqeləri əks etdirir. Bu və gələn dərslərdə məhz həmin mövqeləri araşdırıb, mühüm nəzəriyyələri tənqid və təhlil edəcəyik.
1. Cəhalət nəzəriyyəsi:

Bu fikri irəli sürənlər isbat etmək istəyirlər ki, daim axtarış və tədqiqatda olan insan, varlıqların və hadisələrin səbəb və amillərini araşdırmışdır. Məlum məsələdir ki, əldə etdiyi nailiyyətlərlə yanaşı, onun qarşısında sirrinə və həqiqətinə vara bilmədiyi bir çox təbii hadisələr və məchul məsələlər də olmuşdur. Qarşılaşdığı hər hansı bir hadisənin səbəbini tapmaqda aciz qalan zaman, onlar üçün qeyri-təbii səbəblər təsəvvür etməyə başlamışdır. Misal üçün, ildırımın nə olduğunu bilmədiyi üçün onu hansısa bir allahın qəzəbi kimi başa düşmüşdür; yaxud malariya xəstəliyinin səbəbindən xəbərsiz olduğu üçün, qamışlığın kənarında yaşayan, orada məskunlaşan cinlərin hücuma keçərək onu xəstəliyə düçar etdiyini güman etmişdir. Məşhur tarixçi Vil Dorant bu barədə deyir: «Təsadüfən yaranan, yaxud insanın, səbəblərini aşkar edə bilmədiyi hadisələrdən doğan təəccüb hissi dini etiqadların meydana gəlməsinə səbəb olan amillərdəndir.»

Samuel King isə deyir: «Elmi inkişaflar sayəsində təbii sirlərin bir çoxunun aydınlaşmasına baxmayaraq, bu amillərdən bəziləri hələ də elmi izahlar çərçivəsindən xaricdə qalmışdır; bu amillərin dərk olunmaması və onlarla uyğunlaşmaq da dinin yaranmasına səbəb olmuşdur.

Bu nəzəriyyənin cavabında qeyd etmək lazımdır ki, Devid Hiyum, Aqost Kent və Eynişteyn kimi qərb alimləri tərəfindən irəli sürülən bu fərziyyənin bir neçə əsaslı iradı vardır:

1. Bu nəzəriyyə, səbəbləri məlum olmayan qeyri-təbii və təsadüfi hadisələr əsasındadır. Halbuki qədim zamanlardan indiyə qədər ilahiyyatçı filosofların əsaslanaraq istinad etdikləri sübutların ən mühümü nəzm bürhanıdır. Din alimləri həmişə insanları nəzm və harmoniya dəlili, eləcə də varlıq aləminə hakim kəsilən dəqiq və heyrətamiz səbəb-nəticə qanunu əsasında təbiətin fövqündə dayanan həqiqətlərə və Allaha doğru hidayət etmişlər.

2. Bu nəzəriyyədə maddi səbəblərlə Allah arasında bir növ qarşıdurma irəli sürülmüşdür; bu fikrə əsasən hər bir varlığın maddi və vahid bir səbəbi vardır ki, kəşf edildikdə və ya məlum olduqda, artıq o hadisə Allaha aid edilməyəcəkdir. Guya insan, yalnız hər hansı bir şeyin maddi səbəbini tapa bilməsə, onu Allaha və təbiətin fövqündə dayanan metafizik səbəblərə aid edir. Halbuki məsələ belə deyildir; dindar bir insan heç vaxt maddi işlərin axarında olan təbii qanunauyğunluqları və hadisələrin yaranma səbəbini inkar etməmişdir. Dini nöqteyi-nəzərdən Allah-taala varlıq aləmində olan bütün səbəblərin əsil səbəbkarıdır.1 Deməli, varlıqların

və hadisələrin maddi səbəbləri ilə, onların yaradılışının əsil səbəbi arasında heç bir qarşıdurma mövcud deyildir.

3. Bu nəzəriyyədə bir sıra xurafatçı və əsassız etiqadlara istinad olunmuşdur ki, adətən savadsız insanlar onlara etiqad bəsləyirlər; ilahi dinlərin baniləri və alimlər arasında dini inancların yaranması barədə qeyd olunan həmin etiqadlara rast gəlmək olmaz.

4. Dini əqidələrin yaranmasını bəşəriyyətin cəhalət və məlumatsızlığı ilə əlaqələndirən alimlər, dinə etiqad bəsləyən saysız-hesabsız dünya səviyyəli elm korifeylərini necə izah edirlər?! Bəşər elminin inkişafında öz xüsusi rolu olan bir çox elm xadimləri dini etiqadlarını məhz elmi araşdırmalar zamanı əldə etmişlər. Bu kimi alimlər inanırlar ki, insanın həqiqi elmi artdıqca, varlıq aləmində son dərəcə ali bir səbəbin varlığına qarşı olan iman və etiqad da artır. Misal üçün, Funtetel, Burlishaman, Montnel, Herşel, Әdvinfəst, Kepler, Çestrreks, Buhler, Yənçestr və s. alimlər bu qəbildəndir. Məşhur bioloq Vinçestr bu barədə deyir: «Elm insanın bəsirətini və dünyagörüşünü artırır, şəxs öz Allahını daha yaxşı tanıyır, Onun əzəmət və qüdrət bacarığını daha yaxşı dərk edir. Elm aləmində baş verən hər bir yeni kəşf imanın dərəcəsini yüz dəfələrlə artırır; bizim inanclarımızın batinində yerləşən son vəsvəsələrin və şirkin səbəblərini aradan aparır, onun yerini yüksək ilahiyyat və tövhid mərifətinə verir.

2. Qorxu nəzəriyyəsi:

insanlar ilk dövrlərdən başlayaraq, həmişə həyatlarını təhdid edən, qorxu və iztirab yaradan bir çox amillərlə qarşılaşmışlar. Sel, zəlzələ, tufan, vulkan, ildırım, şimşək və bu kimi digər təhlükələr daimi olaraq insana qorxu və nigarançılıq gətirmişdir. Buna görə də o, özünə bu kimi təhlükə və bəlalardan nicat verə biləcək bir sığınacaq axtarmışdır. Alimlərdən bir qrupu bu fərziyyəyə əsaslanaraq belə təsəvvür etmişlər ki, ibtidai insanlar yırtıcı heyvanların təhlükəsindən qorunmaq üçün mağaralara sığındıqları kimi zəlzələ, sel və bu kimi digər təbii fəlakətlərdən xilas olmaq üçün də təbiətin fövqündə dayanan yenilməz və qüdrətli bir qüvvə axtarmaq qərarına gəlmişlər. Qeyri-təbii və sonsuz qüvvəyə malik olan allah, yaxud sair məbudlar insanların məhz kömək və sığınacaq məqsədilə üz tutaraq sitayiş etdikləri inanc mənbələridir; məlum olur ki, din və Allaha etiqad insanın bir çox təbii hadisələr qarşısındakı acizliyi və dəhşətli hadisələrdən yaranan qorxusunun nəticəsidir.

Vil Dorant bu barədə deyir: «Romalı filosof Lukeryetus demişdir: «Bizim ilk qorxumuz allahlardandır; qorxunun növləri arasında ölümdən yaranan qorxu daha çox təsirə malikdir. İbtidai insanların həyatı hər addımda təhlükə ilə qarşılaşırdı və çox az hallarda bir şəxs təbii ölümlə dünyadan köçürdü... Məhz buna görə də ibtidai insanlar ölümün bir təbii hadisə olmasına inana bilmir, həmişə onun üçün qeyri-adi səbəblər təsəvvür edirdilər.»

Bertrand Rassel də bu barədə deyir: «Zənnimcə dinlərin mənşəyi hər şeydən əvvəl qorxu və vəhşət hissidir. İnsan özünü son dərəcə gücsüz hesab edir. Onun qorxusunun əsas səbəbi üç amildən ibarətdir:

1. Təbii fəlakətlər; Məsələn insan ildırım vasitəsilə öləcəyindən, yaxud zəlzələ nəticəsində yerin altına batacağından qorxur.

2. İnsanlar arasında baş verən hadisələr; müharibədə öldürülmək, yaralanıb əlil olmaq və bu kimi digər səbəblər.

3. Həyatdan lazımınca kam almamaq; insan nə vaxtsa öləcəyindən, dünya nemətlərindən kifayət qədər bəhrələnməyəcəyindən qorxur. Belə bir halda dini etiqad onun köməyinə gəlir, qorxu və vəhşət hissini azaldır və bir növ müvazinət və mötədillik yaradır.

Eynşteyn bu barədə deyir: “İbtidai həyat quruluşunda yaşayan insanlar ölümdən, aclıqdan, vəhşi heyvanlardan, qocalıqdan və bu kimi digər məsələlərdən qorxduqları üçün qeyri-təbii qüvvələrə sitayiş etməyə başlamış və bununla da din yaranmışdır.»

Bu nəzəriyyəni araşdırıb təhlil edərkən bir neçə məsələni qeyd etməliyik:

1. Bu nəzəriyyədə dinə və allaha olan etiqad qorxu və vəhşət hissindən doğan bir nəticə kimi qeyd olunmuşdur. Deməli, hər yerdə qorxu olarsa, allaha etiqad da olmalı və qorxu olmayan hallarda bu əqidələr mövcud olmamalıdır. Amma məsələ heç də belə deyildir. Təbii və qeyri-təbii hadisələr qarşısında son dərəcə mətin və qorxmaz adamlar vardır ki, bütün həyatları ilə dinə və Allaha bağlıdırlar; onların qorxmazlığı heç də dinə etiqadlı olmamalarına səbəb olmamışdır. Digər tərəfdən də son dərəcə qorxaq insanlar tapmaq olar ki, heç bir dinə əqidəli deyillər və bu qorxaqlıq onların dini inanclara üz tutmalarına səbəb olmamışdır. Bu nəzəriyyəyə görə, insanın elm və məlumatı nə qədər çoxalsa, Allaha olan etiqad və dinə maraq da bir o qədər azalmalıdır. Çünki, həmin fərziyyəyə əsasən, təbii varlıqlardan yaranan qorxu hissi cəhalət və məlumatsızlıqdan irəli gəlir. Misal üçün, insan hər hansı bir xəstəlikdən qorxa bilər, lakin onu doğuran səbəbləri və müalicə yolunu tapa bilsə, qorxusu aradan gedər. Yaxud, təbii hadisələr qarşısında müvəffəqiyyət qazansa, artıq bu barədə təhlükə hiss etməz. Deməli, yuxarıdakı nəzəriyyəyə əsasən, insanın təhdidedici amillərlə əlaqədar məlumatı nə qədər artsa, imanı da bir o qədər azalmalıdır. Halbuki bu mətləb real gerçəkliyin əksinədir.

2. Qeyd etmək lazımdır ki, bu nəzəriyyəni irəli sürənlər öz tədqiqatlarının bünövrəsini ibtidai dinlər üzərində qurmuşlar. Xatırladırıq ki, əvvəla bu dinlər barəsində tam aydın bir təsəvvür və dəqiq məlumat mövcud deyildir; bu barədə söylənilənlərin əksəriyyəti sırf fərziyyə və güman əsasındadır. İkincisi, bu kimi ayinlər əsas etibarilə mütərəqqi və yetkin dinlərdən hesab olunmurlar; cəhalət, mövhumat və xurafatla qarışmış inanclar silsiləsindədir. Bu sahədə tədqiqat aparan alimlər öz elmi araşdırmalarını islam dini kimi ağıl və məntiq əsasında olan kamil bir din üzərində qursalar, alınan nəticələr tamamilə fərqli olacaqdır.

3. İkinci bənddə qeyd olunanlara diqqət yetirsək məlum olar ki, qorxu nəzəriyyəsini irəli sürən sosioloqlar, tarixçilər və din tədqiqatçıları onu yalnız bir nəzəriyyə olaraq qəbul etmişlər. Buna görə də hansısa bir müddəanın isbatında ondan elmi bir mətləb kimi istifadə etmək olmaz.

Samuel King bu barədə deyir: «Dinlərin mənbə və mənşəyi müəmmalarla örtülmüşdür. Bu barədə alimlər saysız-hesabsız nəzəriyyələr irəli sürmüşlər ki, onlardan yalnız bəziləri ağıl və məntiqlə uyğundur; hətta ən yaxşı nəzəriyyələr belə, elmi cəhətdən isbat olunmamışdır; fərziyyə olaraq söylənən bu fikirlər məntiqi təsəvvür dairəsindən bir addım belə kənara çıxa bilməmişdir. Buna görə də cəmiyyətşünaslar arasında dinlərin mənbəyi ilə əlaqədar kəskin fikir ayrılığı mövcuddur.»

3. Әxlaqi və ictimai ehtiyaclar nəzəriyyəsi: Bu nəzəriyyənin tərəfdarları inanırlar ki, insanın bir sıra əxlaqi, ruhi və ictimai ehtiyacları vardır; bu ehtiyaclar böyük, qüdrətli, bacarıqlı və əbədi bir varlığa etiqad bəslənilmədən təmin olunmur. Bu daxili tələbat insanların qüdrətli və bacarıqlı Allaha etiqad bəsləməsinin əsasını təşkil edir. Eynşteyn bu barədə deyir: «Hər kəs ideoloji hərəkətlərin nəticəsini görmək istəyirsə, yadda saxlamalıdır ki, insan övladının bütün təfəkkür və səyləri həyatda qarşılaşdığı ehtiyacları ödəmək və problemlərini həll etmək üçün olmuşdur. İki heyrətamiz qüvvə olan eşq və arzu bəşəriyyətin hərəkətvericisi qüvvəsi, mübarizə və ixtiraların əsas mühərriki olmuşdur. Bundan da üstün məqsədlərə doğru irəliləyərək bəşər həyatı üçün müxtəlif məqsədlər qeyd etmək mümkündür, lakin onlar iki surətdən xaricdə olmayacaqdır...» O sonra əlavə edərək deyir: «Bəşəriyyətin ictimai xüsusiyyəti də dinlərin yaranma səbəblərindən biridir. Hər bir şəxs öz ata-anasının, qohum-əqrəbasının, rəhbərinin və böyük şəxsiyyətlərinin ölümünü görür; buna görə də hidayət olunmaq arzusu, sevmək, sevilmək bir şəxsə arxalanıb ümid bəsləmək onda ilahi bir əqidəni qəbul etməyə şərait yaradır. Düşünür ki, həmin Allah bağışlayan və mehribandır, insanı və sair varlıqları qoruyub saxlayır, kainatı nəzm və harmoniya əsasında idarə edir, məxluqata mükafat verir. O elə bir Allahdır ki, onları sevir, həyatı, qəbiləni və irqləri qoruyub saxlayır; onlara nail olmadıqları arzularda, qane olmadıqları istəklərdə təsəlli verir; elə bir Allahdır ki, ölülərin ruhlarını məhv olmaqdan saxlayır. Bu, ictimai, yaxud əxlaqi əqidənin yaranması deməkdir.»

Bu nəzəriyyəni araşdırarkən iki məsələyə diqqət yetirmək lazımdır:

1. Burada din haqqında söylənən bütün faydalı təsirlər qəbul olunur. Şübhə yoxdur ki, dini etiqadlar insanın psixoloji və ictimai əzab-əziyyətlərinin azaldılmasında özünəməxsus rol ifa edir. Allaha etiqadlı olan bir kimsə təklikdən əzab çəkib ruhi narahatlıq keçirmir, iman və etiqadı sayəsində əmin-amanlıq, asudəlik hiss edir. Amma təsirlə məqsədi bir-birinə qarışdırmaq olmaz. İnsan həmişə müəyyən bir işi xüsusi bir məqsədlə yerinə yetirə bilər, amma o işin digər bir müsbət və mənfi təsiri də olacaqdır ki, bu, ilkin məqsədə diqqət yetirmədən yaranır. Din haqda qəbul etdiyimiz təsirlər Allaha etiqad və mərifətdən sonra hasil olur. Amma Allaha etiqadlı olmağın məqsədi tamamilə başqa bir şeydir.

2. Eynşteyn eşq və arzunu insanın bütün həyati fəaliyyətlərinin yeganə hərəkətverici amili hesab edir və bu iki amildən kənarda olan digər məqsədləri rədd edir. Məlum məsələdir ki, o öz müddəasına dəlil gətirməmişdir. Deməli, onun sadəcə fərziyyə və iddia olaraq söylədiyi məsələni elmi anlayış kimi qəbul etmək olmaz.

DӘRSİN XÜLASӘSİ


Әgər cəhalət və məlumatsızlıq dinə yönəlmənin səbəbi sayılarsa, dinin özü də cəhalətə dəvət etməlidir və heç bir alim dindar olmamalıdır.

Qorxunu Allaha etiqadın mənşəyi hesab etmək olmaz, çünki bu hissin mənşəyi cəhalət və məlumatsızlıqdır. Buna görə də cəhalət nəzəriyyəsi barəsində söylənən iradlar burada da gələcəkdir.

insanın əxlaqi-İctimai ehtiyaclarından bir hissəsinin təmin olunması dindarlığın məqsədi deyil, onun təsirlərindəndir.

SUALLAR VӘ TAPŞIRIQLAR


1. Cəhalət nəzəriyyəsinin xülasəsini bəyan edin;

2. Nə üçün cəhaləti dinə yönəlmənin əsas amillərindən biri hesab etmək olmaz?

3. Qorxu nəzəriyyəsini qısa şəkildə aydınlaşdırın və onun iradlarını bəyan edin.

4. Allaha etiqadın əsas mənşəyi kimi irəli sürülən əxlaqi-İctimai ehtiyaclar hansılardır?

5. Әxlaqi-İctimai ehtiyaclar nəzəriyyəsinə tutulan iradlar nədən ibarətdir?


Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin