Vin qanunu. Vin mütləq qara cismin şüalanma spektrində enerjinin
spektral paylanmasını müxtəlif temperaturlar üçün təcrübi öyrənmişdir. Bu qanuna görə mütləq qara cismin şüaburaxma qabiliyyətinin maksimumuna uyğun olan dalğa uzunluğu mütləq temperaturla tərs mütənasib olaraq dəyişir :
burada - Vin sabiti olub sm. dərəcə. Bu qanun Vinin yerdəyişmə qanunu da adlanır, çünki temperatur yüksəldikcə mütləq qara cismin şüalanma enerjisinin maksimum qiyməti qısa dalğa tərfə yerini dəyişir. Temperaturu ölçmək üçün Vin qanununa əsasən xüsusi pirometr deyilən cihaz düzəldilir. Mütləq qara cismə uyğun olan cismin şüalanması spektrində enerjinin paylanması şəkil 2 – də göstərilmişdir. Qrafik şüaburaxma nabiliyyətinin müxtəlif tempera-turlarda dalğa uzunluğundan asılılığını göstərir.
Günəşin şüalanması təxmini olaraq Stefan – Bolsman Vin qanunlarına tabe olur.
Stefan – Bolsman qanunu mütləq qara olmayan cisimlərə də tətbiq oluna bilər. Kirxhof qanununa əsasən hər hansı cismin tam şüaburaxma qabiliyyətini onun şüaudma əmsalı və mütləq qara cismin şüalanma qabiliyyəti ilə ifadə etmək olar.
Şəkil 2.
( 1) ifadəsində - nin ( 1, a) ifadəsindəki qiymətini yerinə yazsaq :
Burada - gətirilmiş şüalanma əmsalıdır. O, cismin təbiətindən, temperaturundan və onun səthinin vəziyyətindən kəskin asılıdır. Şəkil 2 – dən görünür ki, temperaturun artması ilə mütləq qara cismin şüalandırma qabiliyyəti çox kəskin artır. Hər əyri bir maksimuma malikdir və bu maksimum temperaturun artması ilə artır və daha qısa uzunluqlu dalğalara tərəf yerini dəyişir. Bu əyrilər temperaturun artması ilə buraxılan işığın rəncinin dəyişməsini izah edir. Məsələn, dəmir parçasını, qızdırdıqda alçaq temperaturlarda daha uzun dalğalar, yəni infraqırmızı şüalar buraxır, 6000 S yaxın temperaturlarda isə görünən qırmızı şüalar şüalandırır.
Dostları ilə paylaş: |