Sürtünmə qüvvələri Bir cismin digər cismin üzərində hərəkət edərkən, yaxud sükunətdə olarkən onlar arasında əmələ gələn qüvvəyə sürtünmə qüvvəsi deyilir. İki növ sürtünmə qüvvəsi mövcuddur. Xarici və daxili. Cisimlərin bir birinə nisbi hərəkəti zamanı
onlar arasındakı yaranan sürtünmə qüvvəsi xarici sürtünmə qüvvəsi adlanır. Cisimlər maye və qaz mühitində hərəkət edərkən yaranan qüvvə daxili sürtünmə qüvvəsi adlanır. Sürtünmənin 3 növü vardır: Sürüşmə sürtünməsi: bir cismin digər cismin səthi üzərində sürüşərsə, belə
sürüşmə sürtünməsi deyilir.
Sükunət sürtünməsi: səth üzərində cisim sükunətdə isə ona səbəb olan sürtünməyə sükunət sürtünməsi deyilir.
Diyirlənmə sürtünməsi: bir cisim digər bir cisim üzərində sürüşməyərək diyirlənərsə, belə hərəkətdə meydana çıxan sürtünməyə diyirlənmə sürtünməsi deyilir.
Sürtünmə qüvvəsinin təziq qüvvəsinə olan nisbəti ilə xarakterizə edilən kəmiyyətə sürtünmə əmsalı deyilir: