Фязлуллащ компани



Yüklə 1,55 Mb.
səhifə18/58
tarix02.02.2022
ölçüsü1,55 Mb.
#114020
1   ...   14   15   16   17   18   19   20   21   ...   58

İŞİN SONU


Bir sözlə, Ömər yubanmağı məsləhət bilmədi. Ayağa qalxdı Əbu-Bəkrin əlini tutub dedi: «Bir halda ki, müsəlmanlar sənin xəlifəliyinə razıdırlar, əlini ver sənə beyət edim». Əbu-Bəkr isə xəlifəliyi Ömərə təklif etdi. Amma Ömər qabağa düşüb, Əbu-Bəkrə beyət etdi. Ovs qəbiləsi Xəzrəc qəbiləsinin əksinə olaraq Ömərlə həmkarlıq edib, Əbu-Bəkrə beyət etdi. Beləcə, işin sonu Əbu-Bəkrin xeyirinə tamamlandı.1

Bəli, sünnilərin istinad etdiyi icma və onların Əbu-Bəkrin xəlifəliyini şuranın nəticəsi bilmələrini əsil mahiyyəti bu idi. Yəni şura adlandırılan toplantının qərarında Xəzrəc qəbiləsinin, bəni-Haşimin, Səlman, Əbuzər, Miqdad, Əmmar, Xəzimə ibn Sabit, Səhl ibn Hənif, Osman ibn Hənif, Əbu Əyyub Salmani kimi səhabələrin, eləcə də, Məkkə, Yəmən Nəzran müsəlmanlarının heç bir rolu olmamışdır.

Ömər bir an olsun belə sakitləşmirdi. Xalqı Əbu-Bəkrə beyətə dəvət edirdi. Səqifədən çıxdıqdan sonra da küçə və bazarda müsəlmanları məscidə göndərirdi ki, Əbu-Bəkrə beyət etsinlər. İşin mahiyyətindən xəbərsiz xalq da dəstə-dəstə Əbu-Bəkrlə görüşə gedib ona beyət edirdilər.

Əbu-Bəkr məsciddə minbərə çıxıb dedi: «Ey camaat, mənim xəlifəliyim sizdən fəzilətli olmağım demək deyil. Mən sizin behtəriniz yox, mehtərinizəm. Bütün işlərdə sizdən məsləhət və kömək istəyərəm. Peyğəmbərin sünnəsi əsasında rəftar edərəm. Əgər mənim insafdan kənara çıxdığımı görsəniz məndən üz döndərib başqasına beyət edin. Yox əgər ədalətlə rəftar etmiş olsam, mənə arxa durun».

Səbəbiyyət qanununa əsasən hər bir səbəbdən nəticə yaranır. Səbəb və nəticə arasındakı oxşarlıq labüddür. Yanlış müqəddimədən doğru nəticə almaq mümkünsüzdür.

Memar əyri qoysa birinci daşı

Ulduzadək əyri ucalar başı.
Bu baxımdan səqifə əhvalatı İslama böyük bir zərbə oldu. Sonradan baş verən bütün acı hadisələr, həzrət Əlinin (ə) şəhadətə çatması, Kərbəla hadisəsi, Əhli-beytin əsarəti səqifə zərbəsinin acı nəticələri idi. Höccətül İslam Nəyyir deyir:
Şura beyətinə plan cızan kəs

Aşura qətlinə vermiş oldu səs.

Zeynəb əsir düşdü həmin zaman ki,

Şura qəsb elədi ilahi mülkü.


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin