Фязлуллащ компани


BƏZİ SƏHABƏLƏRİN ƏBU-BƏKRƏ ETİRAZI



Yüklə 1,55 Mb.
səhifə20/58
tarix02.02.2022
ölçüsü1,55 Mb.
#114020
1   ...   16   17   18   19   20   21   22   23   ...   58

BƏZİ SƏHABƏLƏRİN ƏBU-BƏKRƏ ETİRAZI


Əbu-Bəkrin xəlifəliyi müəyyənləşdikdən sonra, Peyğəmbərin vəfatından beş gün ötmüş bəzi səhabələr məsciddə toplandılar. Onlar Əbu-Bəkri nəsihət etməyə başladılar. Əvvəlcə Əbuzər Qəffari Əbu-Bəkrə xitabla dedi: «Ey Əbu-Bəkr, xilafət mənsəbini Əlidən almaq Allaha və onun rəsuluna itaətsizlikdir. Ağıllı və dərin düşüncəli insan əbədi axirət dünyasını ötəri dünyaya satmaz. Sizin bu hərəkətiniz özünüzün və müsəlmanların zərərinə olacaq. Ey Əbu-Bəkr, mən İslamın mənafelərinə əsasən bu sözləri deyirəm. Dediklərimi qəbul edib-etməməkdə azadsan».

Əbuzərdən sonra Salman və Xalid ibn Səd həzrət Əlinin (ə) fəzilətlərindən və onun xilafət məqamına daha layiq olduğundan danışdılar. Onlar Əbu-Bəkri bu məqamı qəsb etdiyi üçün qorxutdular. Sonra mühacir və ənsara üz tutaraq dedilər: «Müsəlmanların birliyini qarşıdurmaya çevirməyin, öz nəfs istəklərinizə xatir din və məzhəblə oyun oynamayın».

Sonra Xalid ibn Səd Əbu-Bəkrə dedi: «Ənsar sənə Ömərin təhriki və Ovsla Xəzrəc arasındakı ixtilaflara görə beyət etdi. Belə bir beyətin heç bir dəyəri yoxdur».

Əbu-Əyyub Ənsari, Osman ibn Hənif və Əmmar Yasər ayağa qalxaraq hər biri Əlinin fəziləti və üstünlüyü haqqında danışdılar. Əlinin (ə) qəzəvatlardakı fədakarlıqlarını yada saldılar. Əbu-Bəkri səhabələrin dedikləri pərişan etdi. Məsciddən çıxdı və öz evinə getdi. Müsəlmanlara belə bir xəbər göndərdi: «Sizin mənə rəğbətiniz yoxdur, bir başqasını xəlifə seçin».

Əbu-Bəkrin tərəddüdə düşdüyünü görən Ömər onun evinə gedib məcburi şəkildə məscidə gətirdi. Ömərin göstərişi ilə silahlı adamlar Əbu-Bəkri mühasirəyə aldı və kimsənin onunla danışmasına imkan vermədi. Ömərin bu işindən sonra kimsə Əbu-Bəkrlə danışa bilmədi.


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin