Фязлуллащ компани



Yüklə 1,55 Mb.
səhifə29/58
tarix02.02.2022
ölçüsü1,55 Mb.
#114020
1   ...   25   26   27   28   29   30   31   32   ...   58
Hərislik qocanı həvəsə salar,

Sübhün yuxusunu gözlərdən alar.
Əmr As özünü tələsik Şama çatdırdı. Müaviyə onu gülər üzlə qarşılayıb girami tutdu. Ara sakitləşdikdən sonra Müaviyə Əmr Asla ikilikdə qaldıqda yenidən rəsmi tərzdə söhbətə başladı və onu Osmanın qanının alınmasına rəğbətləndirdi.

Əmr Müaviyənin qeyd-şərtsiz işə keçdiyini görüb, Əlini mədh etməyə başladı. O həzrət Əlinin (ə) Peyğəmbər (s) qəzavatlarındakı şəhadətlərini yada saldı, sonra isə Müaviyəyə etirazla dedi: «Sənin məqsədini həyata keçirmək çətin olmaqla yanaşı, həm də axirətini puça çıxarır».

Müaviyə dedi: «Mən axirət istəyi ilə bu işdə qədəm atıram. Məzlumcasına qətlə yetirilmiş Peyğəmbər xəlifəsi Osmanın qanı uğrunda qiyam etməkdən yaxşı iş ola bilərmi?» Əmr dedi: «Ey Müaviyə, sən məni çağırmısan ki, mən xalqı aldadım. İndi isə özün məni aldatmaq istəyirsən. Ərəbin ən hiyləgər adamını avam yerinə qoyma. Hansı ağıllı adam sənin sözlərinə inanar?! Əgər doğrudan da Osmanın halına yanırdınsa, mühasirədə qalıb səndən yardım istəyəndə nə üçün kömək etmirdin? Sənin xilafətdə gözün var. Osmanın qanının alınması isə bir bəhanədir. Əgər bu işdə səninlə həmkarlıq etməyimi istəyirsənsə, mənimlə öz dilimdə danışmalısan və sədaqətli olmalısan. Çünki biz bir-birimizi yaxşı tanıyırıq və bir-birimizi aldatmağımız da mənasızdır. Səninlə həmkarlıq edəcəyim təqdirdə sən xəlifəlik istədiyin kimi, mən də Misir hakimliyini istəyirəm. Öhdənə götür ki, Misir hakimliyi həmişə mənim olacaq və heç vaxt geri almayacaqsan!»

Niyyətindən Əmr Asın xəbərdar olduğunu görən Müaviyə Misir hakimliyini ona vəd etmədən arzusuna çatmayacağını hiss edib Əmrin təklifini qəbul etdi. Aralarında müqavilə imzalandı ki, Müaviyə Əliyə qələbə çalıb xilafət məqamına çatacağı təqdirdə Misir hakimliyini Əmr Asa verəcək. Müaviyə hiylə işlədərək müqavilənin sonunda öz katibinə dedi: «Yaz ki, Əmr Müaviyəyə itaət şərtini pozmayacaq». Müaviyə Əmr Ası mütləq bir beyətə sövq etmək istəyirdi. Yəni hətta Misir hakimliyi Əmr Asa verilməyəcəyi halda da o, Müaviyəyə qarşı çıxa bilməzdi. Amma Əmr As Müaviyədən cəld tərpənib dedi: «Yaz ki, Müaviyəyə itaət qeyd olunmuş şərtlər pozulanadək sındırılmayacaq». Əmr As demək istəyirdi ki, Misir hakimliyini almayacağı təqdirdə Müaviyəyə itaəti özünə vacib bilməyəcək. Bir sözlə, Əmr As Müaviyədən yazılı öhdəlik aldı və özünü Müaviyənin ixtiyarına verib onun vəziri, müşaviri oldu.

Müaviyə ilkin fürsətdə Əmr Ası hüzuruna çağırıb ona mövcud çətinliklər haqqına məlumat verdi. Müaviyənin müşküllərindən biri bu idi ki, onun ilkin düşmənlərindən olan Məhəmməd ibn Əbu-Huzəyfə zindandan qaçmışdı. Bu məsələ Müaviyəni çox narahat edirdi. Ona görə də Əmrə dedi: «Əgər mən Əli ilə döyüş üçün Şamdan çıxsam, qorxuram ki, Məhəmməd arxadan Şama hücum edib onu ələ keçirə. Bundan da təhlükəlisi Əli (ə) ilə savaşdır. O, mənim yanıma adam göndərib beyət istəmişdir. Rum dövləti də aramızdakı ixtilafdan istifadə edib Şama hücum etmək fikrindəndir». Əmr As bir qədər düşünüb dedi: «Ən əsası Əli ilə döyüşdür. Əvvəla, Məhəmməd ibn Əbu-Huzəyfə o qədər də qorxulu deyil. Digər tərəfdən Rum dövlətini hədiyyələrlə müvəqqəti də olsa sakitləşdirmək mümkündür. Sənin əsl təlaşın Əli ilə döyüşə yönəlməlidir. Müaviyə dedi: «Nə desən edəcəyəm». Əmr As Məhəmmədi təqib etmək üçün xüsusi bir dəstə göndərdi. Onlar Məhəmmədi həbs edib qətlə yetirdilər. Sonra Əmr Rum imperatoruna hədiyyələr göndərməklə onun başını qatdı. Nəhayət bütün güc Əli (ə) ilə döyüş üçün qoşun hazırlanmasına sərf edildi.

Müaviyə həzrət Əli (ə) ilə savaşda qələbə üçün heç bir çirkin yoldan çəkinmirdi. O, Osmanın qanının alınması bəhanəsi ilə Şam xalqını Əliyə (ə) qarşı qaldırdı. Hər yerdə həzrət Əli (ə) təhqir olunur, şamlıların qəlbində ona qarşı kin yaradılırdı. Belə ki, Əliyə (ə) qarşı üç yüz minlik ordu təchiz olundu.

Digər bir tərəfdən, həzrət Əli (ə) sülh yolu ilə Müaviyəni beyətə sövq edə bilmədi. Malik Əştərin məktubu da Müaviyə ilə döyüşün labüdlüyünü göstərirdi. Bəsrə valisi Abdullah ibn Abbasa göstəriş verildi ki, şəhər əhlini təchiz edib Kufəyə göndərsin. Bu məqsədlə bir neçə şəxs, eləcə də, Malik Əştər həzrətin hüzuruna çağırıldı. Həzrət özü minbərə qalxdı və onları Müaviyənin məqsədlərindən xəbərdar etdi. Sonra qoşun səfərbərliyinə başlanıldı.

Siffeyn döyüşü haqqında danışmazdan əvvəl Müaviyə və Əmr Asın bioqrafiyasına nəzər salmaq yaxşı olardı.



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin