Фязлуллащ компани


Dördüncü hissə Əlinin (ə) şəxsiyyəti və əxlaqi fəzilətləri



Yüklə 1,55 Mb.
səhifə37/58
tarix02.02.2022
ölçüsü1,55 Mb.
#114020
1   ...   33   34   35   36   37   38   39   40   ...   58

Dördüncü hissə

Əlinin (ə) şəxsiyyəti və əxlaqi fəzilətləri

ŞƏXSİYYƏT MƏFHUMU


Fəlsəfi baxımdan hər bir insanın şəxsiyyətini onun ruhani xüsusiyyətlər məcmusu təşkil edir. Xalq arasında isə insanın şəxsiyyəti onun hansısa səciyyəvi xüsusiyyətləri ilə təyin olunur. Məsələn, siyasi bacarığa malik olan adama siyasi şəxsiyyət, həyatını elmə sərf edən insana elmi şəxsiyyət deyirlər. Psixologiyada sübut olunmuşdur ki, insanın ruhani və fiziki keyfiyyətləri arasında əlaqə mövcuddur. Hər hansı bir fərdin şəxsiyyətini kamil şəkildə tanımaq üçün onun ruhani və cismani xüsusiyyətlərini araşdırmaq zəruridir.

İnsanın fiziki və ruhani keyfiyyətləri ilə tanış olmaq üçün təbiət elmlərindəki müşahidə və təcrübə üsulundan istifadə edilir. Çünki insanın ruhunun və ruhani keyfiyyətlərinin mahiyyətini tanımaq qeyri-mümkündür. Bu həqiqətlər haqqında yalnız onların əsərləri vasitəsi ilə məlumat əldə etmək olur.

Digər maraqlı nöqtə odur ki, insan özündə olan xüsusiyyətləri başqalarında da asanlıqla müəyyənləşdirir. Dişi ağrıyan adam başqalarının dişağrısını daha dəqiq qiymətləndirə bilir.

Digər bir tərəfdən hər bir insanın ruhunun keyfiyyətləri onun varlıq tamında bir hissədir. Psixologiyada bu tamlıq vəhdət adlandırılır. İnsan şəxsiyyətini göstərən bu anlayış bəşər tarixi boyu hifz olunmuşdur.

Deyilənləri nəzərə alsaq, həzrət Əlinin (ə) cismani və ruhani keyfiyyətləri ilə tanışlıqda mühüm bir çətinliklə rastlaşırıq. Çünki həzrətin böyük ruhunda olan bir çox xüsusiyyətlər bizim üçün məchuldur.

Həzrət Əli (ə) insan idi. Amma onun xüsusiyyətləri kimsədə görünməmişdi. Həzrət başqalarına oxşamadığından ətrafdakıların onu düzgün dəyərləndirməsi də problemə çevrilir. Həzrətin ecazla dolu varlığı bütün keçmişdəkiləri heyran qoymuş və gələcəkdəkiləri də heyran qoyasıdır.

Onun bütün əməlləri qeyri-adi olmuşdur. Güclü adam, adətən başqalarının müxalifətinə dözmür. Çünki səbir qüdrətlilikdən çox, acizliyə yaxın olan haldır. Amma həzrət Əli (ə) qeyri-adi gücə malik olmaqla yanaşı, qeyri-adi səbrə də malik idi. Bunu möcüzədən başqa bir şey adlandırmaq olmaz.

Adətən, xoş rəftarlı insanlar savaş meydanında kara gəlmirlər. Amma həzrət Əli (ə) istisna təşkil edirdi. Ərəb qəhrəmanlarına diz çökdürən bu cəngavər həm də bir uşaq kimi həlim idi.

Seyyid Rəzi «Nəhcül-bəlağə»nin müqəddiməsində deyir: «Həzrəti tanımadan onun kəlamlarını oxuyub düşünən insan elə təsəvvür edər ki, bu sözləri xanənişin bir adam demişdir. Axı mənəviyyat dolu bu kəlamların sahibinin qılıncından qan damdığını kim təsəvvür edə bilər?! Bəli, həzrət təzadlı xüsusiyyətlərin toplandığı ecazkar bir insan idi.

İbn Əbil-Hədid Nəhcül-bəlağənin şərhində yazır: «Biz şücaətli, eyni zamanda bağışlayan insan görməmişik. Təlhə və Zübeyr, Abdullah ibn Zübeyr və Əbdül-Məlik ibn Mərvan şücaətli insanlar idilər. Amma onların şücaəti paxıllıqlarının və hərisliklərinin kölgəsində qalırdı».

Hamıya məlumdur ki, təvazökar insanlar heybətli olmur. Həzrət Əli (ə) misilsiz təvazöyə malik idi. O yalın torpaq üstündə oturduğundan Əbu-Turab (torpaq atası) ləqəbini almışdı. Amma bu sadə insanın savaş meydanındakı heybəti ərəb qəhrəmanlarının bədəninə titrətmə salırdı. Bir gün Müaviyə Qeys ibn Sədə dedi: «Allah Əbül-Həsənə (Əliyə) rəhmət etsin, çox zarafatcıl adam idi». Qeys ona belə cavab verdi: «And olsun Allaha, o nə qədər xoşrəftar idisə də, heybəti hamıdan artıq idi. Onun heybəti təqvadan doğurdu və sənin Şam əhli qarşısındakı heybətindən deyildi».

Bu da aydındır ki, müəyyən ixtisas sahibi həmin ixtisasda ümumi məlumata malik olan adamdan üstündür. Məsələn, ürək həkimi ürəklə bağlı xəstəliklərdə can həkimindən daha çox məlumatlıdır. Bir sözlə, peşəkar şəxs mütəxəssisdən üstündür. Bir şerdə deyildiyi kimi:


İxtisas sahibi olsan da bil sən

Peşəkardan üstün olan deyilsən.
Həzrət Əli (ə) bütün kamal sifətlərinə malik olmaqla yanaşı, istənilən bir kamal sifətinin ən üstün dərəcəsinə sahib idi. Hər hansı bir fəzilətdə onunla müqayisəyə gələcək insan yox idi.

Adətən, insan kolorili qidalar yedikdə güclü olur. Əgər insanın qidadan aldığı enerji onun işə sərf etdiyi enerjidən az olarsa, orqanizm zəifləməyə başlayar. Həzrət Əlinin (ə) yediyi arpa çörəyi idi və hər süfrəyə oturanda üç tikədən artıq yeməzdi. Amma həzrətin güclü biləkləri Xeybər qapısını yerindən oynatdı. Mərhəb onun bir zərbəsi ilə canını tapşırdı. Bu barədə həzrət özü belə buyurur: «Kim mənim süfrəmdə arpa çörəyini gördüsə, təəccüb etdi ki, bu qida ilə düşmən qoşununa necə hücum edib onun sıralarını yarıram».

Savaş adamları, adətən, bir o qədər də mərhəmətli olmurlar. Onların qəlbi qan tökdükcə bərkiyir. Amma ərəb cəngavərlərini diz üstə çökürən həzrət Əli (ə) yoxsulları və ehtiyaclıları gördükdə mum tək yumşalır, yetim körpələrlə rastlaşdıqda ağlayırdı. Bir şerdə həzrətin bu halı belə vəsf olunur:
Savaşa girəndə aslandı, şirdi,

Bir yetim görəndə ona əsirdi.
Ona görə də həzrəti, «təəccüblər təəccübü» adlandır-mışdılar. Həzrətin vücudu təzadlı xüsusiyyətlər məcmusu idi. Çünki məntiq baxımından ziddiyyətlərin ictiması qeyri-mümkündür.

Təbiətşünaslar, psixoloqlar və alimlər sübut etmişlər ki, insan beyni fikir və düşüncələr mərkəzidir. Onun bir nöqtəsi zədələnərsə, insanın düşüncəsində və yaddaşında problemlər yaranar. Hansı ki, İbn-Mülcəm öz zəhərli qılıncı ilə həzrəti başından yaraladıqdan sonra o çox dəyərli vəsiyyətlərini buyurur. Həzrətin başıyarılı vəziyyətdə söylədiyi sözlər onun adi vaxtlardakı danışığından fərqlənmir. Həzrət yaranın ağırlığından bəzən huşunu itirsə də, ayılan tək sözünün ardını buyurmağa başlayır. Onun danışığında zərrəcə rabitəsizlik, dolaşaqlıq sezilmir. Söhbətimizin müqəddiməsində qeyd etdiyimiz kimi həzrət Əlinin (ə) şəxsiyyətinin vəsfi kimsənin gücündə deyil. Onun əməl və rəftarlarını bizim ölçümüzlə dəyərləndirmək mümkünsüzdür. Bəli, Mövləvinin təbirincə, pakların işini özümüzlə müqayisə etməli deyilik. Sadəcə, həzrətin böyük şəxsiyyətinin fəzilətlərini dərk etməkdə aciz olduğumuzu etiraf etməliyik.

Əmirəl-möminin Əlinin (ə) şəxsiyyətini vəsf etməkdə dil və qələm acizdir. Növbəti söhbətlərimizdə bu şəxsiyyət haqqında danışmaqda məqsədimiz həzrətin şəxsiyyətinin mahiyyətini açıqlamaq yox, zehinlərimizi cilalamaqdır. Çünki həzrət bütün keyfiyyətlərinə görə Peyğəmbərin varisi idi. Xəyal quşu onun fəzilət səmasında qanad çalmaqda acizdir, bu nəhayətsiz okeanda üzmək istedadından məhrumuq. Həzrət Peyğəmbər (s) Əliyə (ə) belə buyurur: «Məndən və səndən başqa kimsə Allahı layiq olduğu kimi tanımadı. Səni də məndən və Allahdan savay lazımınca tanıyan olmadı».1

Nizam adlı məşhur filosof uyğun mövzu ilə bağlı deyir: «Əmirəl-möminin haqqında danışmaq çətindir. Əgər onun haqq və məqamına uyğun tərif demək istəsək, həddi aşarıq. Əgər naqis danışsaq, kafir olarıq. Amma lətif və dəqiq bir orta hal var. Bu halın idrakı Allahın tövfiqindən asılıdır».



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin