Фязлуллащ компани


SÜNNƏ ƏHLİNƏ BİR NEÇƏ SÖZ



Yüklə 1,55 Mb.
səhifə55/58
tarix02.02.2022
ölçüsü1,55 Mb.
#114020
1   ...   50   51   52   53   54   55   56   57   58

SÜNNƏ ƏHLİNƏ BİR NEÇƏ SÖZ


Biz söhbətimizin bu hissəsində möhtərəm sünni qardaşlarımızdan onların xilafətlə bağlı məsələlərdəki incəliklərə tərəfsiz yanaşmalarını istəyirik. Əgər bizim dediyimiz sözlərdə yalan və iftira yoxdursa, onları təəssübsüz qəbul etmək lazımdır.

Ey əziz qardaşlar! Şübhəsiz ki, hər bir insan öz etiqadına ehtiramla yanaşmalıdır. Amma bu da aşkar həqiqətdir ki, bütün etiqadlar həqiqi sayıla bilməz. Çoxları uşaqlıq dövründən gördüyü tərbiyə nəticəsində ata-babalarının dini ilə gedir və ömür boyu tutduqları yolun doğru olub-olmadığı barədə düşünmürlər. Hansı ki, hər bir insan danışdığı əqidənin həqiqətə uyğun olub-olmadığını şəxsən araşdırmalıdır. Təəssüb ucbatından tutduğunu buraxmamaq insanın öz ziyanına tamamlanır.

Siz deyirsiniz ki, Peyğəmbər (s) xəlifə təyin etməyib. Əgər doğrudan da Peyğəmbər (s) xəlifə təyin etməmişdisə, bəs nə üçün Əbu-Bəkr özündən sonra xəlifə təyin edirdi. Əbu-Bəkr özünü Peyğəmbər (s) xəlifəsi adlandırırdı. Əgər Peyğəmbər xəlifə təyin etməmişdisə, nə üçün Əbu-Bəkr belə bir məqama iddialı idi?

Ömər özü Əbu-Bəkr tərəfindən təyin olunduğu halda, özündən sonra yenidən şura məsələsini ortaya atdı. Əgər məsələ şurada həll olunmalı idisə, nə üçün bütün xalq bu şurada təmsil olunmurdu? Ömər hələ şura başlamamışdan qabaq qərar çıxarmışdı ki, müxaliflər, azlıqda qalanlar öldürülsün. Belə bir göstərişə necə haqq qazandırmaq olar?

Ötən söhbətlərdə sübuta yetirildi ki, imamət ilahi bir məqamdır. İmamı şura yolu ilə seçmək cinayətdir. Əgər doğrudan da bu istiqamətdə xalqa söz verilsəydi, şübhəsiz ki, Əli (ə) seçilərdi. Üçüncü xəlifədən sonra nisbətən azad mühitə düşmüş xalq Əlinin (ə) evinə üz tutmadımı?

Həzrət Peyğəmbər ölümündən qabaq kağız-qələm istədi. Ömər isə onun bu istəyinə belə cavab verdi: «Vəsiyyətə ehtiyac yoxdur, Allahın kitabı bizə bəsdir». Əgər vəsiyyətə ehtiyac yoxdusa, nə üçün Əbu-Bəkr və Ömər özləri vəsiyyət etdilər? Əgər imamət məsələsinə, bu məqamın Allah tərəfindən təyin olunmasına inanmırsınızsa, heç olmaya ilk üç xəlifənin səhabələrdən fəzilətli olmadığını etiraf edin.

Sünni qardaşlarımız unutmasınlar ki, bizim bu kitabda gətirdiyimiz dəlillər əqli və məntiqi dəlillər idi. Bizim müxtəlif mövzularla bağlı söhbətlərimizdə əsas mənbələr sırasında sünni mənbələri də dayanırdı. Biz bütün üzr və bəhanələri kəsmək üçün ən məşhur sünni alimlərindən sitatlar göstərdik. Əlbəttə ki, bütün bu ixtilaflara baxmayaraq, zahiri birliyi qorumaq zəruridir. Həzrət Əli (ə) də belə etmişdir!


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin