Фязлуллащ компани



Yüklə 1,55 Mb.
səhifə9/58
tarix02.02.2022
ölçüsü1,55 Mb.
#114020
1   ...   5   6   7   8   9   10   11   12   ...   58

ƏLİNİN HƏRBİ XİDMƏTLƏRİ


Həzrət Peyğəmbərin on dörd illik dəvəti dövründə onun məntiqi və əsaslı moizələri azğın və bütpərəst ərəb qəbilələrinə təsir etmədiyindən Allah-təala tərəfindən cihad hökmü gəldi. Həzrət Peyğəmbərin hicrətin ikinci ilindən doqquzuncu ilinədək olan həyatı dövründə kafirlər, müşriklər, Ərəbistan yəhudiləri ilə səksəndən çox döyüş və qital oldu. Bu döyüşlərdən bəzilərində həzrət özü şəxsən iştirak edirdi. Həzrətin iştirak etdiyi döyüşlər «ğəzavat» adlanırdı.

Bu döyüşlərdə həzrət Əlinin (ə) fədakarlığı və canından keçməsi kimsəyə sirr deyil. Döyüşlərdə göstərdiyi misilsiz rəşadətlər və şücaətlərə görə həzrətə «Zəyğəmul-ğəzavat» (savaşlar şiri) deyərdilər. Həzrət Əli (ə) yalnız Təbuk döyüşü zamanı Peyğəmbərin göstərişi ilə Mədinədə qalmışdı. Qalan bütün döyüşlərdə qələbə bayrağı daim onun əlində olardı.

Həzrət Peyğəmbərin müşriklər və İslam düşmənləri ilə apardığı savaşlarda həzrət Əli (ə) bir çox ərəb qəhrəmanlarını öz qılıncı ilə diz üstə çökürdü. Bu savaşlara misal olaraq Bədr, Ühüd, Bəni-Nəzir, Əhzab (Xəndək), Xeybər, Məkkənin fəthi, Hunəyn və Taif döyüşlərini göstərmək olar.

Kitabın bu fəslində məqsədimiz həzrət Əlinin (ə) fədakarlıqları və hərbi xidmətləri haqqında danışmaq olduğundan müharibələr haqqında ətraflı danışmayacaq, yalnız həzrətin döyüş səhnələrindəki mübarizələrini nəzərdən keçirəcəyik. Çünki həzrətin döyüş meydanlarındakı qəhrəmanlıqlarını xatırlamadan onun həyatı haqqında danışmaq yetərsiz olardı. Həzrətin mübarizə əzmi ilə yaxından tanış olmaq üçün bəzi döyüşləri nəzərdən keçirmək zəruridir.



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin