Фязлуллащ компани



Yüklə 1,55 Mb.
səhifə11/58
tarix02.02.2022
ölçüsü1,55 Mb.
#114020
1   ...   7   8   9   10   11   12   13   14   ...   58

ƏHZAB (XƏNDƏK) DÖYÜŞÜ


Bəni-Nəzir bəni-Qurəyzə kimi yəhudi qəbilələrinin Mədinə ətrafından çıxarılması onların müsəlmanlara, xüsusi ilə həzrət Peyğəmbərə olan kinini daha da artırdı. Həmin qəbilələrin başçılarından neçə nəfəri Məkkəyə gedib Qüreyşlə görüşdü Peyğəmbərə qarşı hazırlıqlarını bildirdilər. Qüreyş başçıları bu fürsətdən istifadə edib, onların təkliflərini həvəslə qarşıladılar. Beləcə, bütün bütpərəst Məkkə qəbilələri yəhudilərlə əl-ələ verərək hicri 5-ci ildə ümumi səfərbərlik keçirdilər on min nəfərə yaxın döyüşçünü Əbu-Süfyanın başçılığı altında Mədinə üzərinə göndərdilər. Bu xəbər həzrət Peyğəmbərə çatan kimi o müsəlmanları bir yerə topladı müdafiə olunmaq haqqında müzakirələr başladı. Salman Farsi təklif etdi ki, Mədinə ətrafında xəndək qazılsın. Bu təklifə əsasən düşmən qarşısında onların hərəkətinin qarşısını alası süni maneələr düzəldilməli idi. Həzrət Peyğəmbər Salmanın təklifini qəbul etdi. Göstəriş verildi ki, dərhal xəndək qazılmasına başlanılsın. Müsəlmanlar xəndək qazmağa başladılar. Həzrət özü digər müsəlmanlarla çiyin-çiyinə bu işlə məşğul idi. Düşmən qoşunu çatmamışdan qabaq xəndək qazılıb hazırlandı. Müşriklər xəndəyə yaxınlaşdıqları vaxt təəccübdən yerlərində donub qaldılar. Çünki ərəbistanda həmin vaxtadək bu sayaq müdafiə sistemi görünməmişdi. Qüreyş başçıları qarşılarında açılmış səhnəni müşahidə edib dedilər: «And olsun Allaha, bu ərəb hiyləsi deyil».1

Sayı üç minə çatan müsəlmanlar xəndək ətrafında mövqe tutmuşdular. Qoşunlar bir neçə gün xəndək ətrafında üzbəüz dayandılar. Bəzən bir-birlərinə daş və ox atırdılar. Nəhayət, Qüreyş cəngavərlərindən olan Əmr ibn Əbdüvəd və bir neçə başqa döyüşçü xəndəyin dar hissəsindən adlayıb keçə bildilər.

Əmr xəndəyi keçən kimi döyüşmək üçün mübariz istədi. Əmrin qorxunc nərəsi fəzada yayılan kimi ürəklərə titrətmə düşdü, rənglər bəyazıdı. Nə üçün?

Çünki Əmri hamı tanıyırdı. Bu şəxs ərəbin adlı-sanlı qəhrəmanlarından idi. Bütün Ərəbistanda onun qarşısına çıxan yoxdu. Əmr təklikdə min döyüşçüyə bərabər sayılırdı.

Əmrin mübariz çağırışı ikinci dəfə müsəlmanların qulağında uğuldadı. Bu məqamda Mədinə qoşununa qorxu dolu bir sükut hakim olmuşdu. Kimsə səsini çıxarmağa cürət etmirdi. Əmr deyirdi: «Deyirsiniz ki, sizlərdən kim öldürülsə behiştə gedəcək. Məgər aranızda behiştə getmək istəyən yoxdurmu?»

Nəhayət, həzrət Peyğəmbər (s) sükutu pozdu və buyurdu: «Bu bütpərəstin şərini İslam ümmətinin üzərindən kim götürə bilər?» Hamı nəfəsini içinə çəkib durmuşdu. Kimsədən səs çıxmırdı. Bu vaxt həzrət Əli (ə) ayağa qalxdı və ərz etdi: «Mən, ya rəsuləllah!» Peyğəmbər (s) buyurdu: «Səbr et, olsun ki, başqa bir könüllü də tapıla. Amma kimsə bu ərəb qəhrəmanı ilə üzbəüz gəlmək istəmirdi. Həzrət Peyğəmbər (s) öz sualını bir daha təkrar etdi. Yenə də onun çağırışına yalnız həzrət Əli (ə) cavab verdi. Peyğəmbər (s) buyurdu: «Ya Əli, bu şəxs Əmr ibn Əbdüvəddir». Həzrət Əli (ə) ərz etdi: «Mən də Əli ibn Əbu-Talibəm». Həzrət Peyğəmbər (s) Əlinin (ə) başına əmmamə qoydu, kəmərinə qılınc bağladı və buyurdu: «Get Allah səni qorusun». Sonra başını qaldırıb riqqətlə dedi: «Pərvərdigara, bu döyüş meydanında əmim oğlunu tənha qoyma».

Əmr rəcəz oxuyaraq müsəlmanları döyüşə çağırırdı. Bu vaxt həzrət Əli (ə) pusqudan ovunun üstünə sıçrayan qəzəbli şir tək sürətlə Əmrə doğru hərəkət etdi. Həzrət düşmənin rəcəzinə ədəblə cavab verdi.

Özünü adlı-sanlı ərəb qəhrəmanı sayan Əmr həzrət Əliyə (ə) həqarətlə baxdı və dedi: «Məgər səndən başqa behişt istəyən yoxdur? Mən sənin atan Əbu-Taliblə dost idim. Səni əlimdə qanadları qırılmış quş tək çırpınan görmək istəmirəm. Məgər bilmirsənmi ki, mən Əmr ibn Əbdüvəd, böyük ərəb qəhrəmanıyam?!»

Həzrət Əli (ə) buyurdu: «Mən səni əvvəlcə tövhid və İslama dəvət edirəm. Əgər bunu qəbul etmirsənsə, gəldiyin yolla da qayıt, Peyğəmbərlə döyüşdən çəkin».

Əmr dedi: «Mən öz ata-babamın yolundan (bütpərəstlikdən) əl götürmərəm. Əgər döyüşsüz geri qayıtsam, Qüreyş qadınları mənə istehza edər». Həzrət Əli (ə) buyurdu: «Onda atdan düş, vuruşaq. Mən səni Allah yolunda öldürmək istəyindəyəm».

Əmr qəzəbləndi və atdan düşdü. Əli ilə üzbəüz dayananda həzrət Peyğəmbər buyurdu: «İman və küfr tam halda mübarizəyə qalxmışdır». Doğrudan da, belə idi. Həzrət Əli (ə) imanın özü, bəlkə bütünlüklə iman idi. Əgər həmin gün həzrət Əli (ə) olmasaydı, İslamdan ad qalmazdı. Əmr də şirk və küfrün nümayəndəsi, Qüreyşin gözünün işığı sayılırdı.

Nəhayət, bu iki mübariz bir-birinə elə hücum etdi ki, toz-duman havaya qalxdı. Ətrafdakılar onları aydın görə bilmirdi. Əmrin zərbəsi həzrət Əlinin (ə) sipərini ikiyə böldü. Həzrətin başı da yaralanmışdı. Amma Əlinin (ə) cavab zərbəsi Əmrin həyatına son qoydu. Həzrətin təkbir səsi göyə ucaldı. Əlinin təkbir sədasından məlum oldu ki, Əmr öldürülmüşdür. Əmrin ölümü isə Qüreyşin qəti məğlubiyyəti demək idi. Əmr ibn Əbdüvədin bacısı bu döyüş haqqında belə bir şer oxumuşdur:


İki şir döyüşdü, hər biri taysız,

Sanki buludlardan zərbə yağırdı.

Ey Əli, beləsin yendirməmişdin,

Əlbət ki, bu uğur başqa uğurdu.
Qüreyş öz qəhrəmanının məğlubiyyətindən sonra xar oldu. Bu məğlubiyyət onları rüsvay etdi. Həzrət Əli (ə) Əmrin başını Peyğəmbərin hüzuruna gətirdiyi vaxt Peyğəmbər (s) buyurdu: «Xəndək günü Əlinin (ə) zərbəsi səqələynin ibadətindən əfzəldir». Bəziləri isə Peyğəmbərin belə buyurduğunu nəql edirlər: «Xəndək günü Əlinin Əmrə vurduğu qılıncın mükafatı cin və insin ibadət mükafatından üstündür».

Bəli, düşmənin ən etibarlı sütununu Əlinin (ə) qılıncı qırdı. Beləcə, növrəstə İslam müşriklərin şərindən xilas oldu. Həmin gün həzrət Əli (ə) olmasaydı, bütün müsəlmanları pərən-pərən salmaq üçün təkcə Əmr kifayət edərdi. O özü deyirdi ki, İslamı tarixin səhifəsindən çıxarasıdır. Bəli, qiyamət gününədək İslamın mövcudluğu xəndəyi adlamış Əmr və onun yoldaşlarını dizə çökürən zərbənin girovundadır. Əmrin və onun yoldaşlarının qətlə yetirilməsi ilə müşriklərin döyüş ruhiyyəsi qırıldı və aralarında qorxu hakim oldu. Bundan əlavə, Allahın əmri ilə güclü bir tufan qopdu və dəhşətə düşmüş Qüreyş Əbu-Süfyanın əmri ilə yubanmadan Mədinəni tərk edib Məkkəyə üz tutdu.

Xəndək döyüşündən sonra həzrət Peyğəmbər əhdi sındırıb müşriklərlə həmkarlıq etmiş bəni-Qürəyzə tayfasını tənbeh etmək qərarına gəldi. Bu tayfa zahirdə müsəlmanlarla peyman bağlayır, əslində isə Qüreyşlə həmkarlıq edirdi. Həzrət Peyğəmbər (s) onlarla döyüşə Əlini (ə) göndərdi. İyirmi beş günlük mühasirə və vuruşdan sonra bəni-Qürəyzə tayfasının fitnəkarlığına son qoyuldu. Müsəlmanlar Mədinə ətrafındakı yəhudilərin şərindən xilas oldular.



Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin