Фязлуллащ компани



Yüklə 1,55 Mb.
səhifə13/58
tarix02.02.2022
ölçüsü1,55 Mb.
#114020
1   ...   9   10   11   12   13   14   15   16   ...   58

MƏKKƏNİN FƏTHİ


İslam ordusu müxtəlif kiçik və böyük döyüşlərdə sınaqdan keçdikdən, say baxımından böyüdükdən sonra hicri səkkizinci ildə həzrət Peyğəmbər Məkkəyə doğru hərəkət edib, anadan olduğu və Qüreyşin işgəncələri ilə hicrətə məcbur edildiyi şəhəri tabe etmək qərarına gəldi.

Həzrət Peyğəmbər (s) Məkkədə olduğu on üç il ərzində Qüreyş müşriklərini tövhid və allahpərəstliyə dəvət etdi. Nəinki bu dəvətlərdən müsbət nəticə hasil olmadı, hətta doğru yola dəvət edilənlər həzrət Peyğəmbərə (s) olmazın əziyyətlərini verdilər. Həzrət Peyğəmbərin hicrətdə olduğu bütün dövr ərzində Məkkə müşrikləri müsəlmanlarla qarşıdurma vəziyyətində oldular. Bir vaxt Məkkədən qorxu içində çıxmış mühacir müsəlmanlar indi qüdrət və əzəmətlə Məkkəyə doğru hərəkət edirdilər. Artıq həzrət Peyğəmbərin arxasınca qalib vəziyyətdə Məkkəyə daxil olmaq vaxtı çatmışdı.

Bəzi müsəlmanlar dərin fikrə gedib işin sonundan qorxsalar da, həzrət Peyğəmbər (s) onları qələbə ilə müjdələyirdi. Çünki Allah-təala Peyğəmbərinə göndərdiyi ayədə qələbə vəd etmişdi: «And olsun ki, Allah-təala öz Peyğəmbərinin röyasının çin olduğunu təsdiq etdi. Siz, inşaallah, əmin-amanlıq içində, başınızı qırxdırmış, saçınızı qısaltmış halda və qorxmadan Məscidül-hərama daxil olacaqsınız. Allah sizin bimədiklərinizi bilir. O bundan əlavə, tezliklə bir qələbə də bəxş edəcəkdir».1 Məkkənin fəthindən qabaq nazil olmuş «Nəsr» surəsində də Məkkənin fəthi və həmin şəhər əhlinin müsəlman olması haqqında məlumat verilir.

Həzrət Peyğəmbərin (s) əsil məqsədi bu idi ki, Məkkənin fəthi Allah evinə hörmət əlaməti olaraq döyüşsüz və qansız həyata keçsin. Ona görə də Həzrət (s) hərəkət vaxtını hamıdan gizli saxlayırdı. O bu işdə yalnız həzrət Əli (ə) ilə məsləhətləşmişdi. Çünki Qüreyş bu işdən xəbər tutsaydı, işin gedişi başqa cür ola bilərdi. Bir qədər sonra səhabələrdən də bir neçəsi məsələdən xəbər tutdu. Hatəb adlı mühacir Məkkədə qohum-əqrəbası olduğundan Peyğəmbərin məqsədi haqqında Qüreyş müşriklərinə məktubla məlumat vermək istədi. O bu məktubu bir qadın vasitəsi ilə Məkkəyə göndərdi.

Allah-təala öz Peyğəmbərini bu məsələdən xəbərdar etdi. Həzrət Peyğəmbər (s) həzrət Əli (ə) və Zübeyri qadının arxasınca göndərdi. Onlar qadına çatıb məktubu ondan aldılar.2

Həzrət Peyğəmbər hicri səkkizinci il, ramazan ayının əvvəllərində mühacir və ənsardan təşkil olunmuş on iki min nəfərlik ordusu ilə Mədinədən çıxdı. Peyğəmbər öz qoşunu ilə Məkkə yaxınlığına çatdığı vaxt Abbas ibn Əbdül-Müttəlib Qüreyşləri İslam ordusunun çoxluğu və təchizatı ilə qorxutmaq üçün Məkkəyə tələsdi. Məkkə əhalisi Peyğəmbərin gəlişindən qismən də olsa xəbərdar idi. Bu səbəbdən də Əbu-Süfyan daha çox məlumat toplamaq üçün Məkkədən çıxdı və yolda Abbasla rastlaşdı.

Abbas ibn Əbdül-Müttəlib müsəlmanların çoxluğunu və yüksək döyüş əzmini Əbu-Süfyana nəql etdi. Abbas bu işin acı nəticəsini Əbu-Süfyanın nəzərinə çatdırıb onu təslim olmağa razı saldı.

Əbu-Süfyan çarəsizlik ucbatından bu təkliflə razılaşdı və Abbasın himayəsində əzəmətli İslam qoşununun arasından keçib Peyğəmbərin xidmətinə getdi. Bir qədər söhbətdən sonra Əbu-Süfyan İslamı qəbul etdi.

Əbu-Süfyan iyirmi bir il müddətində Qüreyş kafirlərini Peyğəmbərə qarşı təhrik etmişdi. İndi isə İslamın əzəməti qarşısında təslim olurdu. O nizamlı və qüdrətli İslam ordusunu heyranlıqla seyr edirdi. O öz keçmişinə görə bağışlanacağı intizarında idi.

Qurni-Kərimin bildirdiyi kimi həzrət Peyğəmbər (s) böyük mərhəmət sahibi idi. Həzrət (s) Əbu-Süfyanı Məkkəyə göndərdi və bildirdi ki, İslamı qəbul edənlər amanda qalacaq.

Peyğəmbər (s) əvvəlcə bayrağı Səd ibn İbadəyə vermişdi. Amma sonradan Sədin Məkkə əhli ilə sərt davranacağını nəzərə alaraq bayrağı ondan alıb Əliyə (ə) verdi. Müsəlman qoşunu böyük əzəmət içində Məkkəyə daxil oldu. Həzrət Peyğəmbər (s) Məkkənin qapısı qarşısında dayandı və dedi: «La ilahə İlləllah, Vəhdəhu Vəhdəh, Sədəqə vədəhu və Nəsərə Əbdəhu». Bu tövhid, allahpərəstlik şüarlarının Məkkədə aşkar səsləndiyi ilk gün idi. Həmin gün Bilalın azan nidası Kəbənin üstündən Məkkə fəzasını bürüdü. Müsəlmanlar həzrət Peyğəmbərə iqtida edib namaz qıldılar. Sonra həzrət cəza və intiqam gözləyən Məkkə əhlinə üz tutaraq buyurdu: «Özünüz haqqında nə deyirsiniz və nə güman edirsiniz?» Dedilər: «Sözümüz yaxşılığadır, yaxşılıq ümidindəyik. Kərimin qardaşı və Kərimin qardaşı oğlusan. Bizim üzərimizdə qüdrətə çatmısan». Həzrət Peyğəmbər onların bu sözlərindən riqqətə gələrək buyurdu: «Mən qardaşım Yusifin dediyini deyirəm». Sonra əlavə etdi: «Gedin, hamınız azadsınız».1

Bu ümumi əfv Məkkə əhlinin ruhiyyəsində yaxşı təsir qoydu. Qəlblərdə ixtiyarsız olaraq həzrətə məhəbbət yarandı. Sonra Peyğəmbər bütün bütlərin qırılması haqqında göstəriş verdi. Əli ilə birlikdə Kəbəyə daxil oldu. Bütün bütlər və bütpərəstlik əlamətləri məhv edildi. Qırılmış bütlər Kəbədən bayıra töküldü.



Həzrət Əlinin (ə) sifətlərindən biri də bütsındıran olmasıdır. O, xalq arasında bütpərəstlik əlamətlərini müşahidə etməyə dözümsüz idi. Həzrət Peyğəmbərin (s) göstərişi ilə həzrət Əli (ə) Hobəl kimi böyük bütləri aşırıb, müqəddəs Kəbə məkanını bütpərəstlik çirkabından təmizlədi.

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin