Фязлуллащ компани


ƏLİNİN (Ə) SƏXAVƏT VƏ İSARI



Yüklə 1,55 Mb.
səhifə42/58
tarix02.02.2022
ölçüsü1,55 Mb.
#114020
1   ...   38   39   40   41   42   43   44   45   ...   58

ƏLİNİN (Ə) SƏXAVƏT VƏ İSARI


Səxavət kərəm səciyyəsindən doğur və cəmiyyətdə fərdlər arasında məhəbbəti bərqərar edir. Səxavətli şəxsin hər hansı eybi olsa da, xalq onu sevməkdə davam edir.

Həzrət Əli (ə) səxavətdə məşhur idi və çarəsizlərin istək kəbəsi sayılırdı. Ehtiyacı olanlar ona müraciət edər, o da öz növbəsində fitri nəcabəti ilə onlara cavab verərdi. Haris Həmədani ona öz ehtiyacını bildirdiyi vaxt həzrət buyurur: «Məni istəyini bildirməyə layiq sayırsanmı?» Haris ərz edir: «Bəli, ya Əmirəl-möminin». Həzrət dərhal çırağı söndürdü. O istəmirdi ki, ehtiyaclı şəxs öz istəyini bildirərkən xəcalət çəksin.

Bir gün bir yoxsul həzrət Əlinin (ə) yanına gəlib öz ehtiyacını bildirdi. Həzrət xidmətçisinə buyurdu ki, bu şəxsə min dinar versin. Xidmətçi soruşdu: «Qızıl verim, yoxsa gümüş?» Həzrət buyurdu: «Yoxsulun ehtiyacı hansınadırsa, ondan da ver». Həzrətin qatı düşməni olan Müaviyə bir şəxsdən soruşdu: «Haradan gəlirsən?» Həmin şəxs Müaviyəyə yaltaqlanaraq dedi: «Ən xəsis adam olan Əlinin (ə) yanından». Müaviyə dedi: «Vay olsun sənə, Əlidən səxavətlisi dünyaya gəlməyib. Əgər onun ixtiyarında bir anbar saman, bir anbar qızıl olsa, qızılı samandan qabaq bağışlayar».

Bir gün həzrətin (ə) xidmətçilərindən biri həzrətin mülk qazancını ona təqdim edir. Həzrət (ə) bu qazancı dərhal fəqirlər arasında bölüşdürür. Xidmətçi səhəri gün görür ki, Həzrət Əli (ə) ailəsinə çörək almaq üçün bazarda qılıncını satır.

Həzrət Əli (ə) heç vaxt ona ağız açanı rədd etmədi. Özü belə buyurur: «Əgər hiss etsəm ki, biri məndən nə isə istəmək fikrindədir, o mənə ağız açmamış, istəyini yerinə yetirərəm. Çünki əsl səxavət istənilmədən verməkdir».

Həzrət (ə) buyurmuşdu: «İstəyi olanlar istəklərini kağıza yazsınlar ki, ağız açmağın xəcaləti çöhrələrində görünməsin». Bir dəfə həzrət əlindəki dörd dirhəmin birini gecə, birini gündüz, birini aşkar, birini isə gizlində infaq etdi. Həmin vaxt nazil olmuş bir ayəni təfsirçilər həzrətin nəfəqəsinə aid edirlər.1

Osmanın qətlindən sonra həzrət xilafət kürsüsünə oturduğu vaxt bir ərəb onun hüzuruna gəlib ərz etdi: «Mənim üç növ xəstəliyim var: bədən xəstəliyi, cəhalət xəstəliyi və yoxsulluq xəstəliyi». Həzrət buyurdu: «Xəstəliyi təbibə, cəhaləti alimə, fəqirliyi varlıya bildirmək lazımdır». Ərəb dedi: «Siz həm təbibsiniz, həm alimsiniz, həm də varlı». Həzrət göstəriş verdi ki, beytül-maldan üç min dirhəm ona versinlər. Sonra kişiyə buyurdu: «Min dirhəmi xəstəliyinin müalicəsinə, min dirhəmi pərişanlığı aradan qaldırmağa, min dirhəmi isə nadanlığı aradan götürməyə sərf et».1

Əksər alimlər və təfsirçilər nəql etmişlər ki, həzrət Əli (ə) məsciddə namaz qıldığı vaxt rüku vəziyyətində olarkən, məscidə daxil olmuş yoxsula öz üzüyünü bağışlamışdır. Onların bildirdiyinə əsasən, vilayət ayəsi də məhz həmin məqamda nazil olmuşdur.

Həzrət təkcə maddi yardımlarla kifayətlənmirdi. O haqq yolda öz canını da isar etmişdi. Hicrət gecəsi Peyğəmbərə (s) xatir ölümlə üzbəüz dayanaraq, onun yerində yatmışdı.

İsar insanın başqalarını özündən üstün tutmasıdır. Nəfsinə tam hakim olmayan insan belə bir səciyyəyə sahib ola bilməz. İsar sifəti ən üstün əxlaqi və ilahi sifətlərdəndir. Həzrət böyük əziyyətlə qazandığı çörəyi evinə apararkən yolda rastlaşdığı yoxsulun əl açdığını görüb həmin çörəyi ona verir. Bir dəfə həzrət (ə) qulamı Qəmbərlə bazara gedir və iki köynək alır. Nimdaş köynəyi özü geyir, təzəni isə Qəmbərə verir.

Əksər mühəddislər və tarixçilər «Dəhr» surəsinin «Həl-əta» ayəsinin həzrət Əlinin (ə) isarı haqqında nazil olduğunu bildirirlər. Yazırlar ki, Həsən və Hüseyn xəstələndiyi vaxt ata-anaları, həm də özləri nəzr edirlər ki, sağaldıqdan sonra üç gün oruc tutsunlar. Evin xadiməsi də bu işdə onlara qoşulur.

Allah-təala Həsən və Hüseynə şəfa verdikdən sonra onlar öz əhdlərinə vəfa edib oruc tuturlar. Həzrət qonşudakı yəhudidən arpa borc alır. Həzrət Fatimə birinci gün həmin arpadan beş çörək bişirir. Axşam iftar zamanı bir yoxsul qapını döyür. Həzrət beş çörəyin beşini də yoxsula verir. Ailə yalnız su ilə iftar edir.

İkinci gün Fatimə arpanın digər hissəsindən yenə də beş çörək bişirir. Yenə də şam vaxtı qapı döyülür və bir yetim ac olduğunu bildirir. Peyğəmbər ailəsi yenə də beş çörəyi yetimə verib su ilə iftar edir. Üçüncü gün isə şam vaxtı bir əsir onlara müraciət edir və ailə iftar üçün hazırladığı çörəyi ona verib, su ilə iftar edir. Dördüncü gün Həsən və Hüseynin aclıqdan əsdiyini görən Peyğəmbər (s) buyurur: «Allaha pənah aparıram ki, siz üç gündür bu vəziyyətdəsiniz. Cəbrail dərhal nazil olur və «Həl-əta» sursinin on səkkizinci ayəsini gətirir.


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin