III. Translate the following sentences into English:
Müasir informasiya texnologiyasından tibdə, təhsildə və idmanda geniş istifadə olunur.
Kompüterləşdirilmiş diaqnostiki avadanlıqlar xəstəliklərin dəqiq diaqnozunun müəyyən olunması və müalicəsində böyük rol oynayır.
Kompüterlər şikəst adamlara gündəlik fəaliyyətlərində köməklik göstərirlər.
İndi nitq qabiliyyətini itirmiş şəxsə fərdi kompüterinə danışıq sintezatoru qoşmaqla danışmağa şərait yaratmaq olur.
Təhsilin bütün sahələrində kompüterlərdən istifadə etmək mümkündür.
Xüsusi kompüter proqramlarının köməyi ilə tələbələrin biliklərini yoxlamaq və qiymətləndirmək mümkündür.
Biologiya və psixologiya kimi elmlər kompüter texnologiyası ilə sıx əlaqəli olmasalar da elmi-tədqiqat işlərində kompüterlərdən istifadə olunur.
Xüsusi hövsələ və yanaşma tələb edən tələbələr üçün kompüter yaxşı müəllim rolunu oynaya bilər.
İdmançıların seçilməsində və yarışlara hazırlanmasında kompüterlərdən səmərəli istifadə olunur.
Kompüterdən istifadə etməklə idmançının zəif və güclü cəhətlərini müəyyənləşdirmək mümkündür.