Artikl (The Article)
Artikl ismə aid olub, onun qarşısında işlənən köməkçi sözdür. Müasir ingilis dilində iki artikl var: 1) qeyri / müəyyənlik artiklı: a
2) müəyyənlik artiklı: the
Qeyri-müəyyənlik artiklının iki forması vardır: a və an. Əgər isim samitlə başlanarsa, qeyri / müəyyənlik artiklının a, saitlə başlanarsa an forması işlənir. Məsələn:
1) a table, a book, a map və s.
2) an apple, an hour (2 ) an engeneer və s.
Qeyri-müəyyənlik artikl bir qayda olaraq sayıla bilən ilk dəfə adı çəkilən tək isimlərlə işlədilir. Cəmdə ismin qarşısında qeyri / müəyyənlik artikl işlənmir, məsələn:
a bag – bags a book - books
a tree – trees a table – tables
Müəyyənlik artikl artıq bizə məlum olan isimlərin qarşısında işlənir, məsələn; give me the book – kitabı mənə verin
İngilis dilində müəyyənlik artikl həm tək, həmdə cəm isimlərlə işlənə bilir, məsələn,
the table – the tables, the tree – the trees
the room – the rooms, the wall – the walls
Bu halda qeyri / müəyyən artikl çox vaxt Azərbaycan dilində “bir” sözünə uyğun gəlir, məsələn; a moment passed – Bir dəqiqə keçdi.
An apple a day, will keep a doctor away – Gündə 1 alma yesən, həkimə ehtiyacın olmaz.
Tərkibində “to have” feli olan bir sıra ifadələrdə isim qeyri müəyyən artikllə işlənir: to have a rest, to have a talk, to have a bath, to have a walk, to have a good. Lakin – to have breakfast (supper, coffee, tea və s.) deyilir.
Müəyyənlik artikl artıq bizə məlum olan isimlərin qarşısında işlənir, məsələn; give me the book – Kitabı mənə ver.
Dostları ilə paylaş: |